Qarabag Media
Haqqımızda Əlaqə

Qarabağ ovqatının havası


Tarix:4-03-2019, 22:40 Kateqoriya:Manşet / Cəmiyyət

Qarabağ ovqatının havasıZakir Ağdamlının "İlahi dağlara qovuşdur məni” şeirlər kitabı müxtəlif səpkili poetik düşüncələri birləşdirməklə bir neçə maraqlı bölmələrdən "Əzəldən mənimçün sirdi bu dünya”, "Qəlbi dağlı bülbülüyəm o dağların, bu dağların”, "Nəğməli bülbüldün¸ səbirli güldün”, "Rəsul Allahından istəsə əyər, daşın üstündə də çiçək bitirər”, "Adlı-ünvanlı şeirlər”, "Torpaq həsrəti, yurd həsrəti”, "Gələcəyəm, Qarabağım”dan ibarətdir.

Kitab tematik baxımdan özündə əsasən Qarabağ həsrəti, yurd yaralarını dilə gətirən, gözümüz qarşısında canlandıran örnəklərə yer verilməsi ilə maraqlıdır. Bu isə, fikrimcə, tamamilə təbiidir. Çünki Zakir müəllim özü Qarabağdan olub, vaxtilə Ağdərədə həkim işləyib, o yerlərin havasını içinə çəkib, oranın etnik-milli xüsusiyyətləri və koloriti ilə nəfəs alıb. İndi həmin vaxtlardan 3-4 onillik keçsə də, Zakir müəllimin qəlbində o yerlərin nisgili qübar etməkdə, Qarabağla bağlı dərdləri boy verməkdədir. Bunu biz "Şuşam mənim”, "Elegiya”, "Ağlaram”, "Ağcabədi”, "Ağdam”, "Şuşa”, "Qoru” , "Ay Güloğlan”, "Oxu, Qədir”, "Ordum” , "Qarabağım” , "Ölməz yurd eşqiylə vuran ürəklər”, "Gəz”, "Dağlarda dolaşır ruhum həmişə”, "Qarabağ – möhtəşəm qalam”, "Dağlarda”, "Dərdlərimin son əlacı, məlhəmi”, "Qələbə müjdəli açıla yazım”, "Haydı, igidlərim”, "Ağdam”, " Mənimki”, "Şuşa” və s. kimi nümunələrdən yaxşı görürük.

Zakir Ağdamlı "Şuşam mənim” şeirində sanki aran və dağ Qarabağımızın poetik xəritəsini oxucunun gözü qarşısında uğurlu nostalji lirik biçimlərlə ortaya qoyur. Səkkiz bənddən ibarət bu şeirin bütün misralarını oxucuların gözü qarşısında canlandırma imkanımız olmasa da, ondan bəzi bəndləri ortaya qoyub oxucuları fikirlərimizin doğruluğuna inandırmağa çalışacağıq:

Gözəl Şuşam əsirlikdə, dardadı,
Ramiz kimi oğulları gordadı,
Bu zor işdi, əlacı da zordadı ,
Şuşam mənim, qədim şəhər, qalam, oy!
Həsrətinlə neçə ildi lalam, oy!


Zakir Ağdamlı nəinki şeirin bu bəndlərində, həm də digərlərində Azərbaycanımızın Qarabağdakı digər bölgələrinə Füzuliyə, Cəbrayıla, Zəngilana, Qubadlıya, Laçına, Kəlbəcərə nostalji ekskurs edir, onun əlimizdən çıxan, nəzarətimizdən kənarda qalan ellərini, obalarını özünəməxsus elegik hisslərlə Almaz İldırımsayağı "ağlayır”. Əslində, Zakir Ağdamlı burada nəinki ayrı-ayrı rayonlarımızın taleyini, həm də özünün düşdüyü, düçar olduğu həyatını təsvir edir, belə həyat tərzinə yas saxlayır. Şeir öz emosionallığı ilə yaddaşlara çökür.

Şairin lirik şeirlərində elegik intonasiyanın xüsusi çəkisi vardır. Bu söz şeir mətnini zaman və məkan hədlərində son dərəcə oxunaqlı edir. Mətndə hər bir etnonimə xüsusi diqqət yetirilir. Onların ağrı-acısı bizlərin hiss və duyğularına təsir edir. Şeirdə istifadə edilmiş bədii ifadə vasitələri mühüm emosional effekt yaradır. Şair "Elegiya” şeirində də, demək olar ki, analoji uğurlar əldə edir. Bu elegiyada Zakir müəllim çox mətləblərdən söhbət açır. Ağdamda qalan yurd yerləri Xıdırlı, Tərpətöyüt, Qiyaslı, Kəngərli, Ağdərə, Boyəhmədli, Papravənd, Vəli bəy kəhrizi, Beşık dağı, qəbristanlıqlar, ziyarətgahlar, Seyid Nurəli, Seyid Mirzə, Dəli Dağ, Gülgəz, Kəlbəcər, Qalayçılar, Qarapir, Xaçınçay, Baş Qərvənd və. s sadalanması vətənin hər qarış torpağı, daşı üçün şairin burnunun ucunun göynədiyini göstərir.
Zakir müəllimin "İlahi, dağlara qovuşdur məni” kitabındakı "Dağlarda dolaşır ruhum həmişə” şeirində sanki müəllifin poetik-estetik qayəsi xüsusi şəkildə üzə çıxmaqdadır. Şairin dağlara qovuşmaq istəyi onun düşüncəsini daim məşğul edən, onu maraqlandıran qaçılmaz istək kimi ortadadır. O, dağlara qovuşmaqla sanki ürəyinin sinə dağını soyutmağa can atır və buna görə də

Öyrənim dərdini adi daşında,
Düzəndə dincəlim, gədikdən aşım,
Dursam tamaşaya yalın başında,
Ruhum təzələnər, ağrımaz başım, – deyir. ( s. 175)

Lakin bütün bunlarla yanaşı şeirin sonunda Zakir müəllim özünün oyunlar içində qaldığı qənaətinə gəlir və

Oyunlar içində qaldım özüm də,
Daha şər dünyadan umacağım yox!
Ağdam bir cənnətdir mənim gözümdə,
Mənim ondan böyük sinə dağım yox! (s. 175)
misralarını dilə gətirir.

Şair tərəfindən yaradılmış yurd yerlərinin¸ doğma torpağın peyzajında, bir tərəfdən, onun ruhuna nur çiləyəcək anlar göz önünə gəlirsə, digər tərəfdən, dağların özünəməxsus koloriti, öz hisslərinin təbiətlə bağlılığı qeyri­-adi hormoniya yaradır. Peyzaj bu şeirdə özünün ən sadə funksiyasını yerinə yetirib hisslərin nəyi ehtiva etdiyini bildirməklə hadisələrin harada getdiyinə işarə edir.
Zakir Ağdamlının kitabda yer almış şeirlərinə nəzər saldıqda onun digər "Qarabağ-möhtəşəm qalam”, "Gəz”, "Dağlarda”, "Dərdlərimin son əlacı, məlhəmi”, "Haydı, igidlərim”, "Qartalın sorağı zirvədən gələr” və s. peyzaj mənzərələri göz oxşayan tablolar yaratmaqdadır. "Dağlarda” şeirində bunun təcəssümünü yaxşı görə bilərik:
Yaylağın havasın sinəmə çəkəm,
Çiçəyi oyadıb şehini tökəm,
Şam kimi əriyən bir qala tikəm,
O da çiçək kimi sola dağlarda. (s. 178)

Elə geniş şərhə ehtiyac duyulmasa da, burada şairin həyat, onun mahiyyəti ilə bağlı fikir və düşüncələrinin uğurlu şəkildə öz əksini tapdığını bir daha qeyd etməliyik. Zakir müəllimin peyzaj təsvirlərində lirik qəhrəmanın özünün daxili aləmi maraqlı rakursda ortaya çıxır, rənglər və duyğular qamması oxucu diqqətini daha yaxından məşğul edir. Burada müəllifin məqsədi bəlkə də peyzaj nümunələri yaratmaq yox¸ vətəninin, xalqının, özünün düşdüyü ağır vəziyyətin panoramını, ağrı-acılarını peyzajın köməyi ilə yaratmaqdır. İnsafən Zakir müəllim belə mənzərələri öz qəlbinin dərinliyindən gələn gizli hiss və duyğuları ilə yarada bilir.

Zakir Ağdamlının bu kitabında xeyli ithaf nümunələri ilə də rastlaşırıq. Lakin bu ithafların ("Ay Güloğlan”, "Samir, toyun mübarək”, "Bəxtiyar”, "Nəriman”, "Məmməd Araz”, "Fikrət”, "Mustafa”, "İsrafil”, "Fəyaz”, "Zahid” və s.) mahiyyətinə yol yenə də Vətən yaralarından, el dərdindən keçir. Onun nəcib xarakteri, yüksək etik mənəvi haqqı sanki şeirlərinin də episentrində oturub. "İlahi, dağlara qovuşdur məni” Zakir Ağdamlının bir kül halında oxucularla görüşə gəldiyi ikinci kitabıdır. Onun ipə-sapa düzdüyü nümunələrdə ədəbi sözün ona məsuliyyətlə yanaşma ləngəri görünməkdədir...

Nizami Tağısoy

___________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
"Barış Pınarı" əməliyyatı çərçivəsində 1200-ə qədər terrorçu zərərsizləşdirilib
SOCAR və “Uzbekneftqaz” birgə müəssisə yaradacaq
İlham Əliyev Sumqayıt bulvarında yaradılan şəraitlə tanış olub
Bəxtiyar Hacıyev Ata Abdullayevin Paşinyanla görüşündən yazdı
Cəsədi döyüş meydanında qalan 19 yaşlı şəhid - Milli Qəhrəman Mehman Sayadovun doğum günüdür
BDU-nun yataqxanasında ölən qızın kimliyi bilindi + YENİLƏNİB
Kliniki Tibbi Mərkəzin baş həkimi: "Zəhərlənən tələbələr şok vəziyyətindədirlər"
Ağır iqtisadi vəziyyətdə olan İran Rusiyadan 5 milyard dollar kredit istəyib
Əli Əsədovdan ikili diplomla bağlı QƏRAR
Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
Prezident Sumqayıtın 70 illiyinə həsr olunan tədbirdə iştirak edib
Tehran ABŞ-a nota göndərib
Mehriban Əliyeva Rusiyaya rəsmi səfərə getdi
Azərbaycan əhalisinin sayı açıqlandı
4 rayonda "ASAN Xidmət" açılacaq
"Bu variant üzərində işləyək" – Paşinyandan Qarabağ təklifi
Əfqan Abdullayev Təhsil Nazirliyində yeni vəzifəyə təyin edilib
Həssas qruplardan olan uşaqlara göstərilən xidmətlərə həsr edilmiş tədbir keçirilib
“Qoy məni öldürsünlər, dörd yerə parçalasınlar, amma qanunlar işləməlidir, bəsdir artıq...”
Ölümə doğru uçuş, göz yaşı tökdüyü yerdə qazılan məzar – Şəhid ziyalılarımız
Milli Qəhrəman Əliabbas İsgəndərovun doğum günüdür
Hakimiyyət qorxuya düşüb – “Traxtur” komandasının Təbrizdə keçirəcəyi görüş ləğv olunub
İsrail Suriyada 20-dən artıq hədəfi vurdu
İsgəndər Həmidov siyasətdən getdi: “Daha yaşlanmışam...”
AVRO-2020: Azərbaycan yığması son matçda da uduzdu - YENİLƏNİB
Qarakənd faciəsindən 28 il ötür
Bu il Azərbaycanda 12 mindən çox ailə dağılıb
Nazarbayevin qızının Sərkisyan sevgisi... (ŞƏRH)
Mina Abbasova 312 gimnast arasında 2-ci yerə çıxdı
Azərbaycanla Qazaxıstanı birləşdirəcək TransXəzər optik magistralının tikintisinə başlanıldı