Qarabag Media
Haqqımızda Əlaqə

Rus ordusu "S-500"lərlə təchiz olunacaq


Tarix:1-03-2019, 13:31 Kateqoriya:Manşet / Dünya

Rus ordusu "S-500"lərlə təchiz olunacaq

Qatçinadakı zenit-raket qoşunlarının hazırlığı mərkəzi "S-500"-ün idarə olunması proqramını öyrənən ilk zabitləri buraxacaq.

Rusiya Hərbi Kosmik-Müdafiə Akademiyasının rəisi, general-leytenant Vladimir Lyaporov bəyan edib ki, yaxın vaxtlarda Rusiya ordusuna "S-500" zenit-raket kompleksi veriləcək. Karabakhmedia.az xəbər verir ki, bunu general-leytenant "Krasnaya zvezda" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, 2019-cu ildə Qatçinadakı zenit-raket qoşunlarının hazırlığı mərkəzi "S-500"-ün idarə olunması proqramını öyrənən ilk zabitləri buraxacaq: "Hazırda ordu bu növ zenit-raket kompleksləri ilə təchiz olunmayıb. Lakin hərbçilər onları yaxın vaxtlarda gözləyirlər".

Bununla belə, Lyaporov "S-500"-ün orduya nə vaxt veriləcəyini konkret şəkildə açıqlamayıb.

Qeyd edək ki, yanvarın 11-də ABŞ-ın "The National Interest" nəşri Rusiyanın "S-500"-lər barədə "susması"nın səbəbindən yazıb. Bildirilib ki, Rusiya yeni "S-500" zenit-raket kompleksləri (ZRK) barədə məlumatları "S-400" zenit-raket komplekslərinin xarici ölkələrə satışı ilə bağlı mövcud razılaşamaların təhlükə altına atmamaq üçün açıqlamır.

Belə ki, potensial müştərilər "S-500" kompleksləri haqqında yeni məlumatların çıxması fonunda bahalı "S-400" komplekslərinə maraqlarını itirə bilər.

"Yeni məlumatların yayılması Türkiyə və Hindistan kimi strateji əhəmiyyətə malik ölkələrin hiddətinə səbəb ola bilər. Belə ki, bu ölkələr "S-400"-ün alınmasına görə ABŞ-la ciddi diplomatik problemlər yaşayıb. Vaşinqton məhz bu addımlarına görə onları dəfələrlə sanksiyalarla hədələyib" - deyə vurğulayan nəşr qeyd edib ki, məhz bu faktlara əsasən "S-500"-lərin xarici ölkələrə tədarükü planda yoxdur.

Karabakhmedia.az

_________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Sarı zolaq qadağasının tətbiq ediləcəyi prospektlərin adları açıqlandı - Diqqətli olun
ŞAMAXIDA QƏDİM MƏSCİD AŞKAR EDİLDİ
Azərbaycanda "Facebook" və "Instagram" çökdü
Qanlı hücum - Türkiyəli diplomatlar güllələndi
Laçınlılar ABŞ, Rusiya və Fransa səfirliklərinə etiraz bəyanatlarını çatdırdı — VİDEO
Bu gün Şah İsmayıl Xətainin doğum günüdür
Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu
Türkiyə təhlükəsizlik qüvvələri başına 1.5 milyon mükafat qoyulmuş PKK-çını məhv etdi
Qənirə Paşayeva “AMEA-nın professoru” seçilib
ABŞ Türkiyəyə sanksiya tətbiq edəcəkmi?
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Əflatun Amaşov: “Keşikçidağ gərginliyinin yaranmasında onlar maraqlıdırlar”
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: CƏMALƏDDİN ƏFQANİ - I Hissə
"Partizani"nin baş məşqçisi: "Bakıya turist kimi gəlməmişik"
Cəlilabadda Qadın sahibkarlığının inkişaf etdirilməsi mövzusunda tədbir keçirilib - FOTOLAR
Britaniya XİN başçısı: “İrana nüvə silahı əldə etməsi üçün bir il kifayətdir”
Türkiyə Aralıqda dənizində qaz yatağı tapdı - Sensasion iddia
Saakaşvilidən Azərbaycan və Gürcüstana müraciət
AVRO-2020: Bilet sifarişində rekord qeydə alındı - 19,3 milyon
Rusiya Azərbaycanlıları İttifaqı MeqaFon mobil operatoruna səhvini düzəltdirdi
Növbəti erməni həyasızlığı - VİDEO
Bakı-Batumi aviareyslərinin sayı artırılır
Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırıldı
Paşinyanın xeyriyyə fondu Laçındakı erməni balaları üçün bağça açdı - FOTOLAR
Baş Prokurorluq: "Şəki Xan Sarayında budaqların qırılmasına səbəb əlverişsiz hava şəraiti olub"
Gürcüstan DİN Keşikçi Dağla bağlı ictimaiyyətə müraciət etdi
Azərbaycan bu gün BMT-yə ikinci hesabatını təqdim edəcək
Onlar 3 dost idilər - Laçında eyni döyüşdə həlak olan şəhidlərin anım tədbiri keçirildi – FOTO/VİDEO
Zelenskinin korteji uşaqları daşıyan avtobusla toqquşdu
Rusiya və Türkiyənin ortaq tarixinə dair bədii film çəkiləcək-VİDEO