Qarabag Media
Haqqımızda Əlaqə

Qarabağ məsələsində “reallıq”ların diktəsi nə vaxt bitəcək?


Tarix:28-02-2019, 14:31 Kateqoriya:Manşet / Yazarlar

Qarabağ məsələsində “reallıq”ların diktəsi nə vaxt bitəcək?Yumşaq yerlərindən yaxşı təpik almasalar...

Belə nəql edirlər ki, tanınmış nəzəriyyəçi-fizik, fiziki-kimyaçı akademik Yakov Borisoviç Zeldoviç marksist dialektikanın problemlərinə həsr olunmuş seminarda çıxış edərkən bircə cümlə ilə kifayətlənib: “Forma elə olmalıdır ki, onun məzmununu qəbul etmək mümkün olsun”.

Bu mənada demək olardı ki, elə “Ermənistanda hakimiyyətin dəyişməsilə Dağlıq Qarabağ diplomatik müstəvisində yeni situasiya yaranıb” kimi iddialara rəğmən, danışıqlar hələ ki, uyğun formasını və məzmunlarını tamayıb.

Birincisi, Ermənistandakı yeni hakimiyyətin siyasətçiləri və ya məmurları, o cümlədən də diplomatları hələ sübut etməlidirlər ki, ölkələrində baş verənlər adi hakimiyyət dəyişikliyi deyil, ölkə həyatının bütün sferalarında kardinal dəyişikliklərin və yaxud da islahatların ərəfəsidir.

Ancaq bundan sonra, bəli, aydın olandan sonra ki, yeni hakimiyyət heç də öz sələflərinin siyasətini yürütmür, tamam fərqli siyasət aparır, onda Qarabağ danışıqları prosesində də yeni məzmundan danışmaq mümkün olacaq.

İkincisi, hər bir siyasi yenilik və təşəbbüs, o cümlədən də diplomatik proses özünün yeni formasını yaradır. Son bir ildə iki ölkənin xarici işlər nazirləri arasındakı kontaktlar həqiqətən də intensivləşib və əgər yaddaşımız aldatmırsa, nazirlər arasında dörd görüş baş tutubdur. Amma prosesin ciddiliyi və məhsuldarlığı haqqında o vaxt danışmaq və ya fikir yürütmək mümkün olacaq ki, iki ölkənin birinci şəxsləri – Azərbaycanın prezidenti ilə Ermənistanın baş naziri arasında da danışıqlar başlasın.

Özü də burada söhbət müxtəlif sammitlərdə baş tutan ayaqüstü görüşlərdən yox, tamamilə rəsmi və yüksək səviyyəli görüşlərdən gedir. O görüşlərdən ki, gedişində konfliktin həlli prosesinin bu və ya digər aspektləri araşdırılacaq.

Hələ ki, bunların heç biri yoxdur; ya nazirlər düşünülmüş şəkildə bu haqda susurlar, ya da ki, proses ciddi müzakirələrə qədər gəlib çatmayıbdır.

Əlbəttə ki, birinci şəxslərin də görüşü nazirlər tərəfindən hazırlanmalıdır, bunun üçün isə, bir daha deyirik ki, sülh planının əsas, fundamental aspektləri razılaşdırılmalı və böyük müzakirəyə daha çox texniki tərəflərin - detalların dəqiqləşdirilməsi qalmalıdır.

Rusiyanın siyasi mediasında arabir vurğulanır ki, nazirlərin müzakirəsinə yenə də “paket həll variantı” ilə “mərhələli variantı” uzlaşdırmalı olan Madrid və yaxud da Kazan prinsipləri təqdim olunub.

Əlbəttə, bu, heç də o demək deyil ki, proses indidən uğursuzluğa tuşlanıb, çünki formal məntiq də buyurur ki, əgər iki qütb yanaşması qəbul olunmursa, o halda aralıq variantı – bunları özündə birləşdirən bir “orta variant” müəyyən etmək lazımdır.

Amma bununla belə, bizə elə gəlir ki, əsas problem ondadır ki, danışıqların bazis – təməl müstəvisi hələ tapılmayıb. Belə müstəvi kimi əlbəttə ki, beynəlxalq hüquq və BMT-nin dörd əsas qətnaməsinin tələbləri götürülməlidir. Yada salaq ki, məsələn, qətnamələr rayonların qeyd-şərtsiz, bəli, bir daha deyirik ki, şərtsiz azad olunmasını tələb edir.

İndiyədək nə baş verib? Ermənilər bu vaxtadək bütün danışıqları “mövcud hərbi-siyasi reallıqlar” çərçivəsində aparıblar. Birincisi, işğal olunmuş rayonların boşaldılmasını Dağlıq Qarabağa faktiki olaraq müstəqillik verməklə şərtləndiriblər və indi də belə edirlər. Bu rayonlar üçün hətta “ad” da fikirkəşiblər: “təhlükəsizlik zolağı”.

Ən təəccüblüsü isə budur ki, nə həmsədrlər, nə də BMT və ATƏT-in təmsilçilərinin özləri üçün də hələ ki, təməl müstəvi yoxdur; sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini, hətta epizodik olaraq mövcud status-kvonun məqbul olmadığını desələr də, dörd qətnamənin və beynəlxalq hüququn tələblərindən yox, daha çox “mövcud hərbi-siyasi reallıqlar”dan çıxış edirlər və hər dəfə növbəti danışıqlar prosesi start götürəndə məlum olur ki, işğal olunmuş rayonların boşaldılması üçün Dağlıq Qarabağa və Ermənistana əlavə təminatlar vermək, Dağlıq Qarabağın hətta müvəqqəti–“aralıq statusu”u müəyyən etmək üçün belə, Azərbaycan Konstitusiyasından kənara çıxmaq lazımdır...

“Biz sadəcə, vasitəçiyik, qərarı tərəflər verməlidir” kimi bəyanatları nə qədər eşitmək olar axı?..

Maraqlısı nədir? Özləri min kilometlərlə uzaqlarda olan bir problemi həll etməkçün hər şeydən əvvəl hərbi-siyasi koalisiya yaradırlar, çünki dərhal məlum olur ki, hərbi-siyasi təzyiq olmadan həmin problemi həll etmək mümkün olmayacaq! Və yaxud da özlərinə yaxın məkanlarda, elə tutaq ki, Avropada kiçik etnik həyəcanlanma müşahidə olunan kimi bəlli olur ki, separatizm çox təhlükəli fenomendir!

Amma eyni məntiqi, tutaq ki, Qarabağ, Abxaziya və ya Osetiya müstəvisinə gətirmək istəyərkən, o saat dünyanın böyük güclərinin təmsilçiləri “nəcib”, “rahibə qızlara” çevrilirlər, hər şey – beynəlxalq hüquq, regional və qlobal təhlükəsizliyə təhdidlər yaddan çıxır və bunlar oturub-durub sülhdən dəm vururlar...

İndi də eyni “çarx” fırladılır. Odur ki, “Paşinyan Qarabağla bağlı nə edəcək?” sualının əslində bircə cavabı var: heç nə!..

Məsələ bundadır ki, nəinki Paşinyan, ümumiyyətlə, istənilən “...yan”, necə deyərlər, yumşaq yerindən yaxşı təpik almasa, ciddi təzyiq hiss etməsə, geri durmayacaq.

Hüseynbala Səlimov

_____________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Polkovnik Mehdi Mehdiyev seçki təşviqatına başladı - "VƏTƏNƏ XİDMƏT, XALQA SƏDAQƏT!
Mahir Abbaszadə Laçınlı seçicilərlə görüşlərə Sumqayıtdan start verdi - FOTOLAR
BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib
Abşeron Gənclər Şəhərciyində yanğın başlayıb
Bu gün Milli Qəhrəman Mətləb Quliyevin doğum günüdür - VİDEO
MSK ödənişli təşviqat aparacaq KİV-lərin siyahısını AÇIQLADI
HAVA XƏBƏRDARLIĞI: 5 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq
Almaniya Bundestaqının deputatı: "Qarabağ Azərbaycana aiddir"
Kürdlər 34 İŞİD üzvünü sərbəst buraxıblar
Putin və Ərdoğan İstanbulda danışıqlara başlayıb
Qudasını qaçıran Rizvanın arvadı: "Ərimə yalvardım ki, balamın üstündən oyun oynama"
İlham Əliyev iranlı və ukraynalı həmkarlarına başsağlığı verdi
Xamneyi: “Axşamkı hücumla amerikalılara yalnız şillə vurduq, intiqam qarşıdadır”
ABŞ Ağ Evin təhlükəsizliyini gücləndirib
Nərminin başına açılan dəhşət - Başını əzib, dırnaqlarını kəsiblər
Şəhid hərbçimiz torpağa tapşırıldı – FOTO
Ruhani: “Regiondan amerikalıların ayaqları kəsiləcək”
Sabaha olan hava proqnozu açıqlanıb
Çavuşoğlu İraqa danışıqlara gedir
“Bu adamlara izah olunmalıdır ki, siz belə avtomobillərlə yola çıxarkən böyük təhlükə doğurursunuz...”
Pensiya almaq istəyənlərə şad xəbər: Yaş həddində dəyişiklik
Azərbaycanda keçiriləcək parlament seçkiləri AŞPA Bürosunun iclasında müzakirə ediləcək
ATƏT DTİHB-nin uzunmüddətli müşahidəçi missiyası Azərbaycana gəlib
“Hamıdan kömək istəyirəm, ürəyim doludur” - Şəhid pilotun anasından gəlininə ittiham
Süleymaninin dəfn mərasimində 35 nəfər ölüb, 48 nəfər xəsarət alıb
Tovuzda qızın vəhşicəsinə öldürülməsi: Hədəf qohumları göstərilir
"Bizim yaşamağa da vaxtımız olmadı" — "Arzular bağı" yenidən səhnədə
Akademik Bahadır Tağıyev vəfat edib
Almaniyada azərbaycanlının şikayəti əsasında erməni avtobusdan düşürülüb
Paşinyan növbəti dəfə pərt oldu və Azərbaycanla bağlı səhvini etiraf etdi...