Qarabag Media
Haqqımızda Əlaqə

"İrandan Qarabağ məsələsində daha prinsipial mövqe gözləyirdik..." - MÜSAHİBƏ


Tarix:28-02-2019, 14:17 Kateqoriya:Manşet / Müsahibə

"İrandan Qarabağ məsələsində daha prinsipial mövqe gözləyirdik..." - MÜSAHİBƏ

Tofiq Zülfüqarov: “Tarixi və dini birliyimizi əsas tutaraq İrandan daha prinsipial mövqe gözləyirdik”

“İran-Ermənistan əlaqələri problemsiz deyil”


“İran-Ermənistan münasibətlərinin geniş inkişafı üçün əlverişli zəmin yoxdur”

Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan İrana səfər edib. Səfər əsnasında düşmən dövlətin baş naziri iki ölkə arasında iqtisadi münasibətlərin inkişaf perspektivinə diqqət çəkib, habelə ölkəsinin İran qazı üçün tranzit ölkə ola bilcəyini vurğulayıb.

Moderator.az olaraq sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla söhbətimizdə Paşinyanın İran səfəri, habelə İran-Ermənistan münasibətlərinin Qarabağ probleminə mümkün təsir imkanlarını araşdırmağa çalışdıq.

-Tofiq bəy, Paşinyanın İran səfərini necə dəyərləndirirsiniz? Sizcə bu səfər İran-Ermənistan münasibətlərinin daha da inkişafına səbəb ola bilərmi?

-Birincisi, qeyd edək ki, əgər biz real nəticədən söhbət ediriksə, İranla Ermənistan əlaqələrinin perspektivi azdır. Bunun da müxtəlif səbəbləri mövcuddur. Paşinyanın İran səfəri isə bu tendensiyanı çətin ki, dəyişə bilər.

Onu da unutmaq olmaz ki, Iran bu gün sanksiyaların altındadır. Ermənistanın iqtisadi imkanları da İranla gələcək əməkdaşlıq üçün o qədər də əlverişli deyil. Çox az sahə var ki, iki ölkə bu istiqmaətdə hansısa əməkdaşlıq edə bilər. Sanksiya altında olan İranın Ermənistan ciddi investisiya qoyması da mümkün deyil. Bütün bunlar isə onu göstərir ki, İran və Ermənistan arasında yaxın gələcəkdə hansısa ciddi iqtisadi əməkdaşlığın reallaşması inandırıcı görünmür.

-Səfər əsnasında Paşinyan Ermənistanın İran qazı üçün tranzit ölkə ola biləcəyini vurğuladı. Sizcə İran tranzit ölkə kimi Ermənistandan hər hansı şəkildə faydalnmaqda maraqlı oal bilərmi?

-Tranzitlə bağlı bu fikirlər hər il səslənir və demək olar ki, bir ənənə şəklini alıb. Yəni bunalr ənənəvi fikirlərdir. Coğrafi və digər amillər səbəbi ilə bununla bağlı heç bir layihə həyata keçirilməyib.

Bu səfər Ermənistan diasporunun təxribatı ilə yadda qaldı. Ermənistan hər vasitə ilə çalışır ki, bu təxribatlar hesabına Azərbaycanın qonşularla münasibətinə ziyan gətirsin. Paşinyanın səfəri əsnasında baş verən təxribat da məhz bu istəkdən irəli gələn addım idi.

-Sizcə İran-Azərbacan münasibətlərinin tarixi, iki xalq arasındakı dini yaxınlıq Tehranın Qarabağ məsələsində Azərbaycana daha ciddi dəstək verməsini zəruri etmirmi?

-Təbii ki, biz tarixi və dini birliyimizi əsas tutaraq İrandan Qarabağ məsələsində daha prinsipial mövqe gözləyirdik. Lakin reallıq budur ki, İran özü üçün bəlli bir mövqe seçib. Iranda səslənən bəyanatlarda Qarabağın Azərbaycanın bir hissəsi olması ilə bağlı fikirlər yer alır. İranın hərbi rəhbərliyinin ölkəmizə səfərində də bu cür bəyanatlar səsləndirildi. Hesab edirəm ki, İranda rəsmilər səviyyəsində səslənən bu fikirlər onu göstərir ki, artıq İran standart mövqeyə malikdir.

-Əgər İran da Ermənistanla münasibətdə Türkiyə kimi sərt mövqe sərgiləsəydi, bu, Qarabağ probleminin Azərbaycanın maraqları çərçivəsində həllini sürətləndirə bilərdimi?

-Təbii ki, biz istərdik ki, İran bizə daha çox dəstək versin. Siz haqlı olaraq Türkiyəni misal gətirdiniz. İran heç deyilsə, Türkiyə səviyyəsində mövqe nümayiş etdirsəydi, bu, bizim üçün daha arzuedilən olardı. Belə bir mövqe Azərbaycanın maraqlarına daha çox cavab verərdi.

-Tofiq bəy, İran-Ermənistan münasibətlərində problemli, ziddiyyətli məqamlar da mövcuddurmu?

-Təbii ki, belə məqamlar da var. İran-Ermənistan əlaqələri də problemsiz deyil. Ermənistanın yeni rəhbərliyi Qərbyönümlü siyasət həyata keçirəcəyini bəyan edib. Boltonun səfəri zamanı da bu cür fikirlər gündəmdə oldu. Sanksiyaların dəstəklənməsi kimi düşüncələr də ortaya çıxdı. Yəni iki ölkə arasındakı münasibətləri tamamilə problemsiz hesab etmək olmaz.

Bütün bunları ümumiləşdirərək deyə bilərəm ki, İran-Ermənistan münasibətlərinin geniş inkişaf edəcəyini, bunun üçün əlverişli zəminin mövcud olduğunu düşünmürəm.

Seymur ƏLİYEV

___________________________________________________________________________________________________














SON XƏBƏRLƏR
Müslüm Maqomayevin qızı ilk dəfə atası barədə həqiqətləri açıqlayıb - VİDEO
28 may Cənubi Karolinada Azərbaycan Günü elan edilib
Nə dəhşət imiş evinin qapısını xəyallarda döymək...
İstanbulda bələdiyyə seçkisinin nəticələrinin ləğvinin səbəbi açıqlanıb -RƏSMİ
Ərdoğan İlham Əliyevi təbrik etdi
Laçın rayonunun işğal edilməsinin 27-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir
Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib
Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR
Xosrov bəy Sultanovun 140 illiyi keçiriləcək
İran ABŞ-ı “başına zərbə endirmək”lə hədələyib
Britaniyanın Azərbaycana dair xəbərdarlığına - XİN-dən reaksiya
Mühasirəyə düşmüş 60 nəfərdən çox döyüşçünü xilas edərkən şəhidlik zirvəsinə ucalan Milli Qəhrəmanımız - VİDEO
“Keşikçidağ” Azərbaycana qarşı siyasi təzyiq vasitəsi ola bilməz
Bu gün 32 173 abituriyent qəbul imtahanı verir
“Qarabağ” çempionluğunu "Neftçi" üzərində qələbə ilə rəsmiləşdirib
Azərbaycanlı diaspora sədri karate üzrə dünya çempionu olub
Qarabağla bağlı prinsipial mövqeyimiz dəyişməyəcək
Həyat yoldaşı ilə birgə güllələnən Sovet İttifaqı qəhrəmanı, gənc general kimdi?
Tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının rolu
Həzi Aslanovun ikinci “Qızıl Ulduz”u - ARAŞDIRMA
Bu gün 9 May - Qələbə günüdür
“Həsrət Yolu” erməni girovluğundakı uşaqlarla bağlı layihəyə başladı
Dövlət Komitəsi Şuşanın işğalının 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirib - FOTOLAR
Prezident Xalq artistinə ev verdi
Qoşa Qala qapıları bərpa edilir - FOTO
100 türk hərbçisi Rusiyada təlim keçməyə başlayıb
Şuşanın işğalı Şəhidlər Xiyabanında anıldı - FOTOLAR
Şuşa tarixi haqqında Şuşasız…
"Yatmış" Keşikçidağ: Niyə "Müqəddəs Giorgi" bayramını qonşular Azərbaycanda keçirir - FOTO
Əməkdar jurnalist Elnarə Dərziyeva BDU-nun jurnalistika fakültəsinin tələbələri ilə görüşüb - FOTOLAR