Qarabag Media
Haqqımızda Əlaqə

Yalnız qəhrəmanlara aid bir sir…


Tarix:27-02-2019, 15:30 Kateqoriya:Manşet / Qəhrəmanlar

Yalnız qəhrəmanlara aid bir sir…Şəhid bacısının dilindən: Haradasa bir qəmli səs “Balam” deyirdi, Haradasa bir qəmli səs, sadəcə, “Füzuli” deyirdi, Sonra bu qəmli səsi olanların sayı artdı, bir el fəxarətlə “Füzuli” dedi.

Vətən - üzərində azad yaşadığımız, əcdadlarımızın bizə əmanət qoyub getdiyi, şəhidlərimizin qanı ilə yoğrulan torpaqdır. Bizlər bu torpaqda doğulmuş, bu torpaqda boya-başa çatmışıq. Bu müqəddəs torpağı sevmək, düşmənlərdən qorumaq, uğrunda canımızı belə vermək bizlərin borcudur. “Torpaqdan pay olmaz” deyiblər ulu babalarımız. Amma çox təəssüf ki, bu gün Azərbaycan adlı məmləkətə pay kimi baxanlar çoxdur. Torpağımıza göz dikənlərin biri də mənfur erməni qonşularımızdır. Torpağa göz dikənin isə layiqincə cavabını verməyi Uca Allah müqəddəs kitabımız Qurani-Kərimdə bizə əmr etmişdir: “Sizinlə savaşanlarla Allah yolunda savaşın... Onları tapdığınız yerdə öldürün...” (Bəqəra surəsi).

Tariximizin lap qədimliklərinə nəzər salsaq görərik ki, xalqının, vətəninin azadlığını şəxsi mənafelərindən üstün tutan igidlərimizdə az olmayıb. Onların göstərdikləri şücaət və mərdliklər nəsillər ötsə də zaman-zaman xalqın yaddaşlarında yaşanıb. Hətta nağıl və dastanlarımızda belə onlar sevə-sevə xatırlanır. Azərbaycanın azadlığı naminə mübarizəyə qalxan, tariximizin qəhrəmanlıq səlnaməsində adları qızıl hərflərlə yazılan yeddi min yeddiyüz yetmiş yeddi igidləri ilə xanlara, bəylərə qan udduran Koroğlunun, on beş yaşında hakimiyyətə gələn Şah İsmayıl Xətainin, basılmaz qala olan Bəzz qalasının hakimi Babəkin daha kimlərin adlarını misal çəkmək olar ki, bütün bunlar vətənimizin qəhrəmanlar ölkəsi olmasına əyani bir sübutdur.

Bəşər övladı yarandığı gündən daim azadlığa, istiqlaliyyətə, hürriyyətə can atmış, bu yolda canını belə fəda edib. Vətəni varlığından artıq sevən insanın barəsində keçmiş zamanda söz açmaq çox çətindir. Necə deyəsən ki, günbəgün möhkəmlənən, şöhrətlənən müstəqilliyimiz uğrunda son nəfəsinə kimi mübarizə apardığı azadlığımızı o daha görməyəcək? Bilməyəcək ki, doğma Azərbaycanı bu gün dünyanın ən inkişaf etmiş ölkələri tanıyır. Artıq müxtəlif beynəlxalq qurum, təşkilat dövlətimizlə əməkdaşlıq edir. İşğal altında qalan torpaqlarımızın geri qaytarılması istiqamətində ciddi iş aparılır... Ermənilər tərəfindən başlanmış sonuncu müharibədə 20 min nəfərdən artıq şəhid vermişik. Onlardan biri də Rüstəmov Füzuli Salah oğludur.

Bacısı Fiqurə Rüstəmova qardaşı haqqqında danışmazdan əvvəl bildirdi ki, qəhrəmanlıq atadan övladına qalan miras payı deyil: “Qəhrəmanlıq heç ana südü, ana qanı ilə də oğula, qıza əmanət edilmir. Çox yerində deyilmiş aforizmdir: “Qəhrəmanlar doğulmur, olurlar». Heç mənim qardaşım Füzuli Rüstəmov da qəhrəman kimi doğulmamışdı, amma qəhrəman oldu. Axı bu necə olur…? Bu sirrdir. Yalnız qəhrəmanlara aid bir sirr...”

F.Rüstəmovanın sözlərinə görə, ailədə bir bacı, bir qardaş olublar: “Füzuli 1965-ci ildə Xocalıda anadan olmuşdur. Onun beş yaşı olanda anamızı, on bir yaşı olanda isə atamızı itirdik. Hər ikimiz xalamız Səkinə xanımın himayəsində böyümüşük. Xalam doğma ana nəvazişi göstərərək bütün gələcək həyatını bizim böyüməmizə, sağlamlığımıza və təhsilimizə həsr etmişdir. Yeri gəlmişkən xalamın bu qəhrəmanlığı qarşısında baş əyirəm”.

1972-ci ildə Xocalı orta məktəbinin birinci sinifinə qəbul edilən Füzuli, həmin orta məktəbi müvəffəqiyyətlə bitirib. 1983-cü ildə Sovet ordusu sıralarına hərbi xidmətə çağırılıb. “O, əsgərlikdə olarkən dəfələrlə xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən fəxri fərman, döş nişanları ilə təltif edilmişdi, həmçinin evimizə təşəkkür məktubları da göndərilmişdi. Füzuli hərbi xidmətini tamamladıqdan sonra 1985-ci ildə Xocalıda müxtəlif təsərüffat işlərində çalışıb”- deyə şəhid Milli Qəhrəmanın bacısı əlavə etdi.

Respublikamız ən ağır günlərini yaşayırdı. Zaman-zaman qanımızı içməyə məqam gözləyən ermənilər bəzi xarici qüvvələrə arxalanaraq torpaqlarımıza basqınlar edir, dinc əhalini vəhşicəsinə qətlə yetirir, yaşayış sahələrimizə od vurub yandırır, yurd yerlərimizi işğala məruz qoyurdular. Belə bir məqamda Füzuli də ermənilərin separatçı niyyətlərinə qarşı təşkil edilmiş könüllü özünümüdafiə dəstələrində Xocalı ətrafında keşik çəkməyə başlayıb və sonradan yaradılan Xocalı özünümüdafiə batalyonunda kəşfiyyatçı olub. Qəlbi daima Vətən eşqi ilə dou olan Füzuli 1989-cu ildə kəndlərinə yaxın olan erməni postuna hücum edərək oranı dağıdıb. Bundan ötrü ona 4 ay həbs cəzası verilib. 1990-cı ildə ermənilərin Xankəndinə gedişinin qarşısını almaq üçün Xocalı aerportunu partlatmaq lazım gəlib. Dörd nəfərlik qrup yaradılanda Füzuli də bu qrupun üzvü olub və əməliyyatı uğurla başa vurublar. Xocalı faciəsi zamanı onlarla dinc sakini xilas edən Füzuli Azərbaycanın Milli Qəhrəmanı Aqil Quliyevi də yaralı vəziyyətdə döyüş meydanından çıxarmağa müvəffəq olmuşdu.

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Həmin gecə Füzüli də ağır müdafiə döyüşlərində düşmənə qarşı cəsarətlə vuruşub. Şəhidin bacısı o günləri belə xatırladı: “Ermənilər tanklarla, BTR-lərlə hücum etdilər. Şaxtalı qış gecəsi idi. Biz iki çay keçməli idik. Güllələr yağırdı. Böyrümüzdə elə oğlanları öldürürdülər ki, qan fışqırırdı üstümüzə. Mə­nim qardaşım məni və mənim kimi camaatı Şelli camaatına təhvil verirdi, bir də geri qayıdırdı. Ağdam camaatı bizim ayaqyalınımıza ayaqqabı verirdilər, bizə paltar verirdilər. Qardaşım da dinc xocalıların və Xocalının uğrunda, bütöv Azərbaycan-vətən uğrunda qeyri-bərabər döyüşdə şəhid oldu. Onu Tərtər rayonunun Hüsənli kəndində dəfn etdilər. 1997-ci ildə döyüş dostlarının, Xocalı şəhər əhalisinin, Xocalı İcra Hakimiyyətinin və xidmət göstərdiyi hərbi hissənin komandanlığının təşəbbüsü və təqdimatı ilə Füzuliyə ümummilli lider Heydər Əliyevin fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verildi”.

F.Rüstəmova dedi ki, iyirmiyeddi illik ömründə qardaşının üzünü güldürən az şey olmuşdu: “Bir çiçək görəndə, bir də əlinə silah alanda sevinirdi. Çiçək onun daxilində üzünü görmədiyi, adını eşitmədiyi bir türk gözəlinin xəyali surəti idi. Silah isə o çiçəyi yad nəfəsdən, dəli yellərdən qoruyan: əl ağacı, quş tüfəngi, hətta avtomat da olsa Füzuli üçün qiymətli idi. Silah qoruyucu anlamında ona ululardan qalma bir əşya idi”.

Bu gün unutmağa haqqımız yoxdur ki, şəhidlər canlarından çox istədikləri Azərbaycan uğrunda döyüşə gedib, qəhrəmanlıq göstərib və şəhid olublar. Hal-hazırda Vətənin harayına qəlbən hay verməyə hazır olan, sızlayan Vətən torpaqlarınını azad etmək üçün Ali Baş Komandanın əmrini hər an, hər saniyə gözləyən bir nəsil var. Hər saniyənin, hər dəqiqənin, hər saatın öz hökmü var...!

Vətən sevgisidir imandandır. Bu torpaqlar ancaq uğrunda qan tökmüş, şəhid olmuş qardaş və bacılarımızın deyil. Torpaq hamımızındır!

Fuad

______________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Ərdoğandan Avropaya sərt etiraz
Sənətilə Sumqayıtda ucalan həkim
Erməni Marqarita Simonyanın əri Bakıda – “Sputnik”də toplantı keçirdi, Azərbaycan jurnalistlərini təhdid etdi – FOTO
Problemli kreditlərlə bağlı Apellyasiya Komitəsi yaradılır
Qarabağ seprataçılarının keçmiş komandanı müharibə anonsu verib
Əli Nağıyev Əli İnsanovun çıxışına münasibət bildirdi: “Dedikləri hamısı səhvdir, gərək 15 il əvvəl məni dinləyərdi...”
Mənim mifik tanrım, sevgi tanrısı, Ayzıt (duyğu)
NATO Rusiyanı Krımı Ukraynaya qaytarmağa çağırıb
Prezident Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye nazirini qəbul edib
Çinarə Ömray "Yalquzaq ulartısı"ndan yazır...
Mərkəzi Bank yenilənmiş 10 manatlıq pul nişanını dövriyyəyə buraxır
“Traxtur” turnir cədvəlinin 1-ci pilləsinə yüksəldi - Güney Azərbaycan
Ermənilər Xankəndidə İran təyyarəsini NİYƏ VURDU: diplomatlar öldü - Tarix
Çanaqqala zəfərindən 104 il ötür - VİDEO
Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşları qəbul edib
Hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq edilib
Vüqar Bayramov: "Evlərin rəsmiləşdirilməsi üçün simvolik məbləğ müəyyənləşdirilməlidir"
Energetika naziri Pərviz Şahbazov rusiyalı həmkarı Aleksandr Novakla görüşüb
"Mən elə bilirdim, şərəflə yaşamağı öyrənirəm, sən demə, həm də şərəflə ölməyi öyrənmişəm…"
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri ABŞ mediasına müsahibə verdi
Azərbaycanla Səudiyyə arasında memorandum imzalandı
Qiyas İbrahimov və Fikrət Fərəməzoğlu azadlığa çıxdı
Gözəl Bayramlı: “Əfv olunacağımı gözləmirdim”
İlin sonunadək 3700 köçkün ailəsi yeni mənzillərə köçürüləcək
Əli İnsanov geniş mətbuat konfransı keçirəcək
Cənub sərhədlərimizdə “böyük oyun”un izləri – TƏHLİL
İsveçdə yaşayan soydaşımızdan böyük uğur — Məşhur kluba transfer edildi
Təkamül nəzəriyyəsini Darvin-dən 1000 il əvvəl irəli sürən müsəlman mütəfəkkir
Tanınmış məhbuslardan kimlər əfv olunub? – SİYAHI
“Qərb İrəvana Qarabağla bağlı unikal model təklif edib” - POLİTOLOQ