Qarabag Media
Haqqımızda Əlaqə

Rusiyalı ekspert: "Ermənistan işğal etdiyi torpaqları Azərbaycana qaytarmalıdır"


Tarix:22-02-2019, 16:55 Kateqoriya:Manşet / Qarabağ

Rusiyalı ekspert: "Ermənistan işğal etdiyi torpaqları Azərbaycana qaytarmalıdır"

"Azərbaycan Prezidenti İlham Əliyev Ali Baş Komandan kimi ordunun bütün istiqamətlərdə güclənməsinə və müasir silahlarla təhciz edilməsinə nail olub. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır".

Bunu "Report"un Rusiya bürosuna açıqlamasında "Milli Müdafiə" jurnalının baş redaktoru, hərbi ekspert İqor Karatçenko bildirib.

Onun fikrincə, Azərbaycan hərbi potensialının artırılmasına və inkişafına xüsusi önəm verir: "Bu gün Azərbaycanın hədəfi öz ordusunu yüksək dəqiqlikli silahlarla təchiz etmək istiqamətindəndir. Təbii ki, bura hava hücumundan müdafiə sistemləri də daxildir. Rusiya da Azərbaycanın bu istiqamətdə bütün istəklərini yerinə yetirməkdə qərarlıdır".

İ.Karatçenko vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında qarşılıqlı hörmət və ehtirama əsaslanan yüksək səviyyəli münasibətlər var: "Belə münasibətlər isə hərbi əməkdaşlığa yalnız təkan verir".

O, iki ölkə arasında hərbi əməkdaşlığın yüksək səviyyədə və effektiv olduğunu deyib: "Azərbaycan Rusiyadan böyük partiyada hərbi texnika alan ölkələr sırasındadır. Azərbaycan Rusiyadan yeni və müasir silahlar almaqla ordusunu XXI əsrin ordusuna çevirib. Əlbəttə, Azərbaycan hərbçiləri də Rusiya istehsalı olan silahları tamamilə idarə və istismar etməyə qadirdirlər. Azərbaycan hava hücumundan müdafiə sistemləri, zirehli hərbi nəqliyyat vasitələri, özüyeriyən artilleriya qurğuları və digər müasir silah növlərinə malikdir".

Hərbi ekspert qeyd edib ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib: "Dağlıq Qarabağ münaqişəsinin hər an alovlanacağını nəzərə alaraq rəsmi Bakının Rusiya ilə hərbi əməkdaşlığa xüsusi önəm verdiyini deyə bilərik. Ancaq bununla belə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunacağına, müharibəyə ehtiyac qalmayacağına ümid edirəm".

"Artıq Ermənistan həqiqətləri analamalı və görməlidir. Beynəlxalq hüquq normalarına əsasən, Azərbaycanın 7 rayonu işğal və Dağlıq Qarabağ işğal altındadır. Hüquqi olaraq bu torpaqlar Azərbaycana məxsusdur. İlk növbədə 5 rayon Azərbaycana qaytarılmalıdır. Məsələ burasındadır ki, Ermənistanda bu ssenari üzrə irəli getmək üçün sağlam düşüncə lazımdır", - deyə İ.Karatçenko vurğulayıb.

Karabakhmedia.az

____________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Dünyanın ən güclü orduları bəlli oldu - Neçənci yerdəyik?
"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR
Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb - SİYAHI
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
İrəvanda etirazlar: Parlament binası mühasirəyə alındı
Şəhid Milli Qəhrəman Fazil Mehdiyevin doğum günüdür - VİDEO
Hirkan Milli Parkının ərazisində yanğın başlayıb - YENİLƏNİB
Rəşad Atakişiyevin nəşi TAPILDI
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"