Qarabag Media
Haqqımızda Əlaqə

Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin təşəbbüsü ilə “Xarici dillər gənclərin maraq dairəsində” mövzusunda elmi-praktik seminar keçirilib


Tarix:20-02-2019, 14:48 Kateqoriya:Manşet / Təhsil

Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin təşəbbüsü ilə “Xarici dillər gənclərin maraq dairəsində” mövzusunda elmi-praktik seminar keçirilib

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Tələbə Həmkarlar və Tələbə Elmi Cəmiyyətlərinin "Master Academy” Tədris Mərkəzi və "Elm” Gənclərin Sosial-İntellektual İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş "Xarici dillər gənclərin maraq dairəsində” mövzusunda elmi-praktik seminar keçirilib.

Tədbirdə "Elm” Gənclərin Sosial-İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Səbuhi Abdullayev, Şərqşünaslıq fakültəsinin tədris işləri üzrə dekan müavini Cavanşir Məmmədzadə, Türk filologiyası kafedrasının müdiri professor Rüfət Rüstəmov və "Master Academy” tədris mərkəzinin müəllimi Cəmil Əliyev çıxış ediblər.

Onlar ölkə rəhbərliyinin gənclərə göstərdiyi diqqət və qayğıdan, gənclərlə bağlı müxtəlif layihələrin uğurla həyata keçirilməsindən, tələbələrin elm və təhsil sahəsində qazandığı uğurlardan, bu istiqamətdə dövlət dəstəyindən bəhs ediblər.

Elmi-praktik seminarda xarici dillərin öyrənilməsi müasir gənclik qarşısında duran ən başlıca məqsədlərdən biri kimi xarakterizə olunub, Azərbaycan həqiqətlərinin şərq və qərb dillərində dünyaya çatdırılmasında ölkə gənclərinin rolundan bəhs edilib. Seminarda həmçinin xarici dillərin tədrisi və mənimsənilməsinə müasir texnologiyanın tətbiqi, yeni metodlardan istifadəyə dair fikir mübadiləsi aparılıb. İştirakçılar maraqlı məruzələrin dinlənilməsinə və faydalı fikir mübadiləsinin aparılmasına görə elmi-seminarın layihə rəhbəri Şərqşünaslıq fakültəsinin tədris işləri üzrə dekan müavini Cavanşir Məmmədzadəyə dərin təşəkkürlərini ifadə ediblər.

Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin təşəbbüsü ilə “Xarici dillər gənclərin maraq dairəsində” mövzusunda elmi-praktik seminar keçirilib

Karabakhmedia.az












SON XƏBƏRLƏR
Laçın rayonunun işğal edilməsinin 27-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir
Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib
Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR
Xosrov bəy Sultanovun 140 illiyi keçiriləcək
İran ABŞ-ı “başına zərbə endirmək”lə hədələyib
Britaniyanın Azərbaycana dair xəbərdarlığına - XİN-dən reaksiya
Mühasirəyə düşmüş 60 nəfərdən çox döyüşçünü xilas edərkən şəhidlik zirvəsinə ucalan Milli Qəhrəmanımız - VİDEO
“Keşikçidağ” Azərbaycana qarşı siyasi təzyiq vasitəsi ola bilməz
Bu gün 32 173 abituriyent qəbul imtahanı verir
“Qarabağ” çempionluğunu "Neftçi" üzərində qələbə ilə rəsmiləşdirib
Azərbaycanlı diaspora sədri karate üzrə dünya çempionu olub
Qarabağla bağlı prinsipial mövqeyimiz dəyişməyəcək
Həyat yoldaşı ilə birgə güllələnən Sovet İttifaqı qəhrəmanı, gənc general kimdi?
Tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının rolu
Həzi Aslanovun ikinci “Qızıl Ulduz”u - ARAŞDIRMA
Bu gün 9 May - Qələbə günüdür
“Həsrət Yolu” erməni girovluğundakı uşaqlarla bağlı layihəyə başladı
Dövlət Komitəsi Şuşanın işğalının 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirib - FOTOLAR
Prezident Xalq artistinə ev verdi
Qoşa Qala qapıları bərpa edilir - FOTO
100 türk hərbçisi Rusiyada təlim keçməyə başlayıb
Şuşanın işğalı Şəhidlər Xiyabanında anıldı - FOTOLAR
Şuşa tarixi haqqında Şuşasız…
"Yatmış" Keşikçidağ: Niyə "Müqəddəs Giorgi" bayramını qonşular Azərbaycanda keçirir - FOTO
Əməkdar jurnalist Elnarə Dərziyeva BDU-nun jurnalistika fakültəsinin tələbələri ilə görüşüb - FOTOLAR
Xurma satanların Ramazan sevinci
Məhəmməd İsmayıl Daniş: Cavanşir elinin nazir oğlu-ARAŞDIRMA
Şuşanın işğalından 27 il ötür
Elnur Eltürkə yeni vəzifə verildi
"Elə etməsinlər ki, biz də Gürcüstana qarşılıqlı iddialarımızı gündəmə gətirək" - POLİTOLOQ