Qarabag Media
Haqqımızda Əlaqə

“Qızım, bax, sən də Röya kimi olsan - sənin də dördmərtəbəli villan olar...”


Tarix:20-02-2019, 14:06 Kateqoriya:Manşet / Yazarlar

“Qızım, bax, sən də Röya kimi olsan - sənin də dördmərtəbəli villan olar...”Korrupsioner məmurların duası: “İlahi, yalvarıram, Sən özün yollarımızı seldən, uçqundan, çökmədən uzaq eləmə!..”
7 cümlədə 7 dərd...


Sultan Laçın

Rusiyadakı oxucularımızdan biri Mərkəzi Bankın sədri, hörmətli Elman Rüstəmova sual edir: “Elman müəllim, o günləri burda “Stavropolpromstroybank”a getmişdim, gördüm, krediti 13 faizlə verirlər, dedilər ki, hələ müəyyən şərtlərlə 10-11 faizə də verərik; biz Rusiyadan inkişafda çox geridə qalmışıq ki, banklarımız, az qala, 40-50 faizə verirlər kreditləri?..”

***

Deyirlər, keçmiş MTN generallarının məhkəməsi bitdi, nə bilim, Eldar Mahmudov generallarını xilas edə bilmədi; qoy bayırda, hələlik öz kefində qalıb həmin generalların qeyd edilən cinayətlərinə rəvac verənlər, onlara bu şəraiti yaradanlar, onlara şərik olanlar və özləri də onlardan ağır günah və cinayət törədənlər kasıblı-varlılı, vəzifəli-vəzifəsiz hamımızı gözləyən və rüşvət, “day-day”, “arxa-filan” qəbul etməyən AXİRƏT MƏHKƏMƏSİNDƏN xilas olmağın dərdinə qalsın...

***

Qədimalı kişi yenə həyəcanla deyir: “Ay qardaş, məni Qarabağ məsələsindən çox bu vəzifədən çıxarılanların, sabiqlərin dərdi yıxacaq; əşşi, birinin 3-4 gündən bir ölüm xəbəri gəlir, o biri infarkt keçirir, birinin beyninə qan sızır, bu nə gün-saatdı, bu nə zülmdü, yaxşı ki, məni vəzifəyə-zada qoymayıblar...”

***

Amerika və Avropa standartlarına uyğun müasir Azərbaycan analarının qızlarına modern məsləhəti: “Qızım, bax, görürsən, sən də Röya kimi olsan, onun kimi oxuyub ad-san, para qazansan, sənin də belə dördmərtəbəli villan olar...”

***

Yolların çəkilişinə, təmirinə, bərpasına ayrılan dövlət pullarından xımır-xımır “yeyən” korrupsioner məmurların duası: “İlahi, yalvarıram, Sən özün yollarımızı seldən, daşqından, zəlzələdən, çökmədən, uçqundan, normadan ağır tonnajlı yük maşınlarından uzaq eləmə, amma qırımızı, asfaltımızı, çınqılımızı, “şeben”imizi, betonumuzu keyfiyyətdən, davamlılıqdan uzaq eylə! Amin!..”

***

Nazirlər Kabinetinin sonradan cənab Prezident tərəfindən ləğv olunmuş meşələrdə meyvə yığmağa qadağa barəsindəki qərarından gözü qorxmuş kənddə yaşayan yeniyetmə qız oxucumuz soruşur: “Əmi, görəsən, meşədə kəpənək tutsaq, problem olmaz ki?..”

***

31 il öncə Azərbaycan rəhbərliyi Qarabağda başlanan separatçı erməni mitinqlərini yatırtmqdan qorxurdu; bu gün- Qarabağın işğalından 27-28 il keçəndən sonra biz Bakıda torpaqlarımızın azadlığını tələb etməyə, Qarabağ mitinqi keçirməyə qorxuruq...

Sultan LAÇIN

_____________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Ərdoğandan Avropaya sərt etiraz
Sənətilə Sumqayıtda ucalan həkim
Erməni Marqarita Simonyanın əri Bakıda – “Sputnik”də toplantı keçirdi, Azərbaycan jurnalistlərini təhdid etdi – FOTO
Problemli kreditlərlə bağlı Apellyasiya Komitəsi yaradılır
Qarabağ seprataçılarının keçmiş komandanı müharibə anonsu verib
Əli Nağıyev Əli İnsanovun çıxışına münasibət bildirdi: “Dedikləri hamısı səhvdir, gərək 15 il əvvəl məni dinləyərdi...”
Mənim mifik tanrım, sevgi tanrısı, Ayzıt (duyğu)
NATO Rusiyanı Krımı Ukraynaya qaytarmağa çağırıb
Prezident Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye nazirini qəbul edib
Çinarə Ömray "Yalquzaq ulartısı"ndan yazır...
Mərkəzi Bank yenilənmiş 10 manatlıq pul nişanını dövriyyəyə buraxır
“Traxtur” turnir cədvəlinin 1-ci pilləsinə yüksəldi - Güney Azərbaycan
Ermənilər Xankəndidə İran təyyarəsini NİYƏ VURDU: diplomatlar öldü - Tarix
Çanaqqala zəfərindən 104 il ötür - VİDEO
Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşları qəbul edib
Hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq edilib
Vüqar Bayramov: "Evlərin rəsmiləşdirilməsi üçün simvolik məbləğ müəyyənləşdirilməlidir"
Energetika naziri Pərviz Şahbazov rusiyalı həmkarı Aleksandr Novakla görüşüb
"Mən elə bilirdim, şərəflə yaşamağı öyrənirəm, sən demə, həm də şərəflə ölməyi öyrənmişəm…"
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri ABŞ mediasına müsahibə verdi
Azərbaycanla Səudiyyə arasında memorandum imzalandı
Qiyas İbrahimov və Fikrət Fərəməzoğlu azadlığa çıxdı
Gözəl Bayramlı: “Əfv olunacağımı gözləmirdim”
İlin sonunadək 3700 köçkün ailəsi yeni mənzillərə köçürüləcək
Əli İnsanov geniş mətbuat konfransı keçirəcək
Cənub sərhədlərimizdə “böyük oyun”un izləri – TƏHLİL
İsveçdə yaşayan soydaşımızdan böyük uğur — Məşhur kluba transfer edildi
Təkamül nəzəriyyəsini Darvin-dən 1000 il əvvəl irəli sürən müsəlman mütəfəkkir
Tanınmış məhbuslardan kimlər əfv olunub? – SİYAHI
“Qərb İrəvana Qarabağla bağlı unikal model təklif edib” - POLİTOLOQ