Qarabag Media
Haqqımızda Əlaqə

Proxanov: Ermənistanla Azərbaycan heç vaxt “təkbətək” qalmayacaq


Tarix:19-02-2019, 18:18 Kateqoriya:Manşet / Müsahibə

Proxanov: Ermənistanla Azərbaycan heç vaxt “təkbətək” qalmayacaqAleksandr Proxanov Rusiya və sovet yazıçısı, publisist, siyasi və ictimai xadim, Rusiya Yazıçılar İttifaqının katibliyinin üzvü, “Zavtra” qəzetinin baş redaktoru, İzborsk klubunun həmtəsisçisi, Lenin Komsomolu mükafatının (1982) laureatıdır. Onun orden və nişanlarını çox sadalamaq olar.

Aleksandr Proxanov müasir Rusiyanın ideoloqlarından biri hesab olunur. O, dəfələrlə Azərbaycanda olub. 2017-ci ildə onu Azərbaycan prezidenti İlham Əliyev qəbul edib.
Regionda baş verənlərə çox yaxşı bələdolan Proxanov Media.az-a müsahibə verib.

– Tezliklə Ermənistandakı inqilabın bir ili tamam olacaq. Bu ölkədə nələr baş verir?

– Ermənistanda tipik “narıncı inqilab” baş verib. “Narıncı inqilab” bu ölkəyə də gəlib çatdı. Heç şübhəsiz, bunda qərbin güclü təsirləri olub. Mən ötən il baş verənləri “xalçaların inqilabı” adlandırıram.

Əlbəttə ki, bu, Ermənistanın qərb tamayüllü olduğunu göstərir. Ermənistanda rusiyapərəst mühit, rusiyayönümlü lobbi dağılmasa da, əhəmiyyətli dərəcədə zəifləyib. Onların yerinə qərbyönümlülər, “amerikapərəstlər” gəlib. Ancaq Ermənistan indi elə bir vəziyyətdədir ki, yerində dinc otura bilmir, belə ki, hələ də Rusiyanın dotasiyasındadır.

Onun qazı yoxdur. Azərbaycan, əlbəttə ki, onu qazla təchiz edən deyil. Ermənistanın nəqliyyat dəhlizi yoxdur. Ermənistanda Rusiya hərbi bazası var. Nikol Paşinyan, yəqin ki, səmərəli, lakin ekssentrik insandır. O, ikibaşlı siyasət yürütmək məcburiyyətində qalıb. Üzdə Vladimir Putinə təzim edəcək, onu dost münasibətlərinin olduğuna inandırmağa çalışacaq, daxilində isə Rusiyada dəyişikliklərin baş verməsini və qərbyönümlü qüvələrin üstün gəlməsini gözləyəcək.

Ona görə də Ermənistanın cilovu hələ də Rusiyanın əlindədir. Ancaq bu ölkədə baş verənlər kökündən Rusiyaya qarşı yönəlib, qərbyönümlü, amerikayönümlüdür. Bu riyakarlıq erməni sosiumuna da öz təsirini göstərəcək. Əslində, bu, anormal bir situasiyadır.

– Yeri gəlmişkən, ötən günlərdə Rusiya telekanalları “Russia Today” və “Birinci kanal”da Yerevanda Qərbin ayırdığı vəsaitlər hesabına inqilabi texnologiyaların necə öyrədildiyi və hətta erməni inqilabının Rusiyaya ixracı ilə bağlı müzakirələrin getdiyi haqda reportajlar təqdim olundu.

– Moskvada buna fikir verirlər. Rusiyada anlayırlar ki, “narıncı inqilab”ların bizim ölkəyə ixracı davam edir. Bu, təkcə ermənilər deyil, eyni zamanda, yaxın Avropadan, Yaxın Şərq ölkələrindən qaynaqlanır. Rusiya “narıncı inqilab”ların təhdidi altındadır, üstəlik, bunun üçün real bazis mövcuddur.

Ancaq “erməni variantı”nın Rusiyada da keçərli olacağına inanmıram. Rusiya qanlı təlatümlər və çevrilişlər ölkəsidir, bizlərdə çevrilişlər qansız ötüşmür. Rusiyalılar küçələrdə xalça üzərində oturub, kabab yeyən “sakit” ermənilər deyil. Hakimiyyət dəyişikliyi və ya hakimiyyəti qoparmaq cəhdi, Rusiyada qırğınla nəticələnəcək.

2011-ci ildə “Bolotnı qiyamı”nın (Moskvanın Bolotnı meydanında və Rusiyanın digər şəhərlərində müxalifətin keçirdiyi kütləvi mitinq – red.) qan axıdılmadan yatırılması əsl möcüzədir.

Ona görə təkrar edirəm, inqilabın erməni variantı Rusiyada keçməyəcək. Ancaq digər yandan amerikalıların sonsuz variantları var. Onların Rusiyaya qarşı öz metodikaları olacaq.

– Necə düşünürsünüz, Ermənistanda hakimiyyətə inqilabi qüvvələrin gəlişi fonunda Dağlıq Qarabağ münaqişəsinin nizamlanacağı nə dərəcədə real görünür?

– Mənə elə gəlir ki, hər şey necə var idi, elə də qalıb. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, əlbəttə ki, üçüncü tərəflər, o cümlədən, Türkiyə, Rusiya və ABŞ-ın timsalında Qərb təsir göstərib. Lakin münaqişənin həllini tapmaq mümkün olmayıb. Azərbaycanın güclü zərbə endirdiyi an olub (2016-cı ilin aprel döyüşləri – red). Həmin vaxt aydın oldu ki, bu zərbə qüvvələr balansını ciddi şəkildə dəyişəcək.

İndi isə hər şey ermənilərin davranışından asılı olacaq. Onlar Moskvanın ziddinə getməyə başlasalar, Ermənistanda isə “anti-Rusiya” ab-havası daha da kəskinləşsə, yəqin ki, Moskva artıq erməniləri qorumaq istəməyəcək. Və Rusiya tərəflərin Qarabağ problemini öz qüvvələri hesabına həll etməsinə şərait yaradacaq.

– Yəni Azərbaycan və Ermənistanı təkbətək qoyacaqlar? Belə olan halda hərbi üstünlük Azərbaycan tərəfində olacaq.

– Bəli, yəqin ki, belə olacaq. Azərbaycan hərbi baxımdan üstün tərəf olacaq. Ancaq siz özünüz yaxşı anlayırsınız ki, Azərbaycan və Ermənistan təkbətək qalmayacaq. Türkiyə, İran, Qərb hər zaman yanlarında olacaq. Bu regionu yaxından izləyən qüvvələr də tapılacaq. Neft, nəqliyyat dəhlizləri hamını maraqlandırır, burda İran-Türkiyə-Rusiya alyansı da var. Bu üçbucaqda bir çox talelər həll olunacaq. Qarabağ probleminin həlli də mümkündür.

Ona görə də Ermənistanla Azərbaycanın “təkbətək” qalacağı situasiyanı görməyəcəyik. Mən onu demək istəyirdim ki, Rusiyanın Ermənistana təsiri zəifləsə, Moskvanın Qarabağ münaqişəsinə total şəkildə qarışmaq istəyi qalmayacaq və o, sadəcə bir kənara çəkiləcək.

Karabakhmedia.az

__________________________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Dünyanın ən güclü orduları bəlli oldu - Neçənci yerdəyik?
"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR
Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb - SİYAHI
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
İrəvanda etirazlar: Parlament binası mühasirəyə alındı
Şəhid Milli Qəhrəman Fazil Mehdiyevin doğum günüdür - VİDEO
Hirkan Milli Parkının ərazisində yanğın başlayıb - YENİLƏNİB
Rəşad Atakişiyevin nəşi TAPILDI
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"