Qarabag Media
Haqqımızda Əlaqə

Yeddi dövlət Türkiyəyə qarşı bəyannamə imzaladı


Tarix:8-02-2019, 13:45 Kateqoriya:Manşet / Dünya

Yeddi dövlət Türkiyəyə qarşı bəyannamə imzaladı

Türkiyə Münbiç və Fəratın şərqində əməliyyata hazırlanarkən 7 ölkə öz qüvvələrini bu bölgəyə yerləşdirmək üçün hərəkətə keçib

Türkiyə Menbiç və Fəratın şərqində əməliyyata hazırlaşarkən 7 ölkə öz qüvvələrini bu bölgəyə yerləşdirmək üçün hərəkətə keçib.

Karabakhmedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı ABŞ, Misir, Fransa, Almaniya, İordaniya, Səudiyyə Ərəbistanı və Böyük Britaniyanın xarici işlər nazirləri birgə bəyannamə imzalayıb. Bəyannamədə Türkiyənin bölgədə stabilliyi pozan qüvvə olduğu iddia edilib.

Türkiyənin PKK/YPG terror qruplaşmasına qarşı mübarizə əzmini qıra bilməyən bu ölkələr Vaşinqtonda bir araya gələrək terrora dəstək bəyannaməsi dərc ediblər.

Vaşinqtonda İŞİD-ə qarşı beynəlxalq koalisiyanın 79 üzvünün bir araya gəldiyi toplantıda paralel olaraq yeddi ölkə ayrıca toplantı keçirib və Türkiyənin Suriya və terrorla mübarizə siyasətini bilavasitə hədəf alıb.

7 ölkənin xarici işlər nazirləri Suriya məsələsini müzakirə etdikdən sonra ABŞ Dövlət Departamenti vasitəsi ilə birgə açıqlama yayıb.

Açıqlama Türkiyənin Münbiç və Fəratın şərqində PKK/YPG terror qruplaşmasına qarşı keçirəcəyi genişmiqyaslı əməliyyatın qarşısını almağa yönəlib. BMT-nin səylərinə dəstək veriləcəyi qeyd olunub.

Bundan başqa, açıqlamada qeyd edilib ki, bölgədə stabilliyi pozmaq və ya hərbi yolu seçmək istəyənlərin yalnız bölgədəki gərginliyi və toqquşma riskini artıracağına çox güclü şəkildə inanırıq. Beləliklə, bu açıqlama ilə Türkiyənin terrorla mübarizəyə qarşı mümkün əməliyyatı hədəf alınıb.

Bəyannamə ilə Türkiyəyə regionda stabilliyi pozan qüvvə böhtanı atılmaq istənilib və terror təşkilatının nəzarətindəki bölgəni qoruma altına almaq niyyəti bəyan edilib.

"Wall Street Journal" qəzetinin ötən həftə yaydığı bir xəbərində ABŞ-ın Suriyada qərbli müttəfiqlərindən ibarət yeni bir qüvvə yaratmaq istədiyi yazılıb. Məlumatda qeyd edilib ki, Fəratın şərqində Türkiyə sərhədinə paralel qurulması planlaşdırılan tampon zonanın həmin bu qüvvələrə təhvil verilməsi nəzərdə tutulur.

Məlumata görə, ABŞ hökuməti PKK/YPG-ni qorumaq üçün tampon bölgə fikrini ortaya atıb. Plana görə, Vaşinqton öz əsgərlərini geri çəkib yerinə Fransa, Böyük Britaniya və Avstraliyadan gələn əsgərləri bölgəyə yerləşdirəcək.

Karabakhmedia.az

_______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
İlk əsgər məzarlığı salınır: Müharibəyə hazırlıqdır? – Zakir Həsənov
Bu gün Azərbaycanda Bilik Günüdür
Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir
Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri - FOTOLAR
Piyadalara qarşı cərimələri yol polisi yazacaq - RƏSMİ
Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər
Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Qazaxıstanda silah anbarı partladı
Türkiyədə ard-arda iki güclü zəlzələ olub
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
Mirşahin Ağayevə medal verildi
Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etmədi? - Kod adı ZƏFƏR olan türk genaralı danışdı - EKSKLÜZİV
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
Türkiyədə siyasi proseslər DƏYİŞİR - Ərdoğanın partiyası niyə parçalanır?
Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” - VİDEO
MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ- III Yazı
Əhməd Davudoğlu AKP-dən istefa verib
Özbəkistan Türk Şurasının üzvü olacaq
2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri
“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri
Qarabağ icması Fransa hökumətinə çağırış edib
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib
İnsanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir
Mehriban Əliyeva Kürdəxanıda parkın açılışında - FOTO
Rövşən Rzayev: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB