Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycan Gürcüstan münasibətlərindəki gərginliyin səbəbi - Politoloq şərhi


Tarix:6-02-2019, 12:21 Kateqoriya:Manşet / Siyasət

Azərbaycan Gürcüstan münasibətlərindəki gərginliyin səbəbi - Politoloq şərhi

Xocalı hadisələri zamanı azərbaycanlılara qarşı edilən vəhşilikdə iştirak etmiş Mixeil Avakyana Gürcüstanda abidə qoyulması Gürcüstan-Azərbaycan münasibətlərində ciddi ziddiyyətə səbəb olub. Hadisədən dərhal sonra Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri izahat verilməsi üçün Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb, SOCAR isə Gürcüstana satdığı qazın qiymətini qaldırıb.

Faktxeber.com Azərbaycan-Gürcüstan münasibətlərində yaranmış qəfil soyuqluğu siyasi şərhçi İlqar Verdizadə ilə müzakirə edib. Politoloq yaranmış anlaşılmazlığın təsadüfi olmadığını, müəyyən güclərin Ermənistana yardım etmək üçün Gürcüstana göstəriş verdiklərini düşünür:

“Tarixən Azərbaycan-Gürcüstan münasibətləri əsasən iki istiqamət üzrə inkişaf edib: beynəlxalq layihələr və ikitərəfli münasibətlər. Beynəlxalq öhdəliklər bölgə ölkələri, Türkiyə, digər xarici dövlətlər qarşısında götürülmüş məsuliyyətdir. Bunlara toxunmaq ümumiyyətlə mümkün deyil. İkitərəfli münasibətlərə gəlincə isə, bəli, etiraf etməliyik ki, müəyyən anlaşılmazlıqlar yaranıb.


Azərbaycan Gürcüstan münasibətlərindəki gərginliyin səbəbi - Politoloq şərhiQeyd edim ki, Şevarnadze və Saakaşvili zamanında hər iki müstəvidə - beynəlxalq və qonşuluq siyasəti - paralel olaraq inkişaf edib. Misal üçün Saakaşvilinin zamanında Novruz bayramı azərbaycanlıların rəsmi bayramı kimi Gürcüstan qanunvericiliyinə salınıb. Biz də öz növbəmizdə Gürcüstana güzəştlər etmişik. Görünür son illər müəyyən qüvvələr iki qonşu ölkə arasında olan münasibətləri yenidən nəzərdən keçirmək qərarına gəliblər. İlk addım kimi İvanaşvilinin qaz kəmərlərinə ekoloji ekspertiza aparmaq istəməsini, “Qazprom”la yenidən münasibətlər qurmağa cəhd etməsini göstərə bilərik. Ermənistan-Gürcüstan münasibətləri hər zaman ziddiyyətli olub. Lakin Paşinyanın hakimiyyətə gəlməsindən sonra Gürcüstan Qafqazda demokratik mühit yaratmaq üçün Ermənistanla müəyyən pərdəarxası əməkdaşlığa başlayıb. Bu güzəştlərin səviyyəsi o yerə gəlib çatıb ki, ermənilərin qəhrəman hesab etdikləri şəxslərə Gürcüstanda abidələr qoyulur. Son aylarda Ermənistan və Gürcüstan xüsusi xidmət orqanlarının görüşünü də qeyd etməliyik. Xülasə olaraq, kiminsə xaricdən Gürcüstana tapşırıq verdiyini, ermənilərlə yaxınlaşmaq lazım olduğunu və orada gedən siyasi proseslərə dəstək verilməsinin vacibliyini çatdırdığını düşünürəm”.

Politoloq Gürcüstanda fəaliyyət göstərən Azərbaycan diasporasının fəaliyyətinə də toxunub, qurumu sərt tənqid edib: “Niyə bizim orada olan diaspora susur, Azərbaycan qəhrəmanlarının tanıdılmasını həyata keçirmir? Təəssüf ki, orada işləyən diaspora həddindən artıq passiv, Gürcüstan iqtidarının göstərişləri ilə oturub-duran, öz mövqeyini açıq ortalığa qoymağı bacarmayan diasporadır. Unutmaq lazım deyil ki, ermənilərin "qəhrəmanları"na abidəni Ermənistan hökuməti yox, Gürcüstanda fəaliyyət göstərən erməni diasporası qoyub”.

Karabakhmedia.az
________________________________________________________________________________________________________
____










SON XƏBƏRLƏR
İlbər Ortaylı: “Sultan Səlimlə Şah İsmayıl kimi dava edəsi deyilik”
Mayın 29-da Putin və Paşinyan arasında görüş keçiriləcək
Ərdoğandan çağırış: "Seçki mübahisələrini geridə qoyaq"
"Azərbaycan(!) qızının gecə klubunda nə iti azıb ki?.." - Fikir savaşı
Azərbaycan və İranın birgə istehsalı olan avtobuslar satışa hazırlanır
Xəzərdə 6 milyard dollarlıq yeni layihəyə start verildi
Koçaryan Avropa liderlərini köməyinə çağırdı
Əhaliyə hava xəbərdarlığı
Azərbaycan dilinin 113 minlik yeni orfoqrafiya lüğəti hazırlanıb
"Qaz və işığa qoyulan limitin ləğvi məqsədəuyğun deyil" – Deputat
Azərbaycanda zorakılığa məruz qalan uşaqlarla bağlı qaynar xətt yaradılır
Pensiya və əmək haqları yenidən qaldırılacaq – Prezident bəyan etdi
Aqil ABBAS: TELEKANALLARI TELEKANALİZASİYAYA ÇEVİRMƏYİN
"Paşinyan Dağlıq Qarabağda rəngli inqilab etmək istəyir" - NƏZAKƏT MƏMMƏDOVA
Şərif Ağayar: "Laçın indi mənə çatmadığım, çata bilmədiyim bütün arzuların ümumiləşmiş obrazı kimi görünür" - MÜSAHİBƏ
İslam dininə üçlü yanaşma: Mühafizəkarlıq, Dünyəvilik, Millilik - (III yazı)
Prezident və birinci xanım Neftçilər parkının açılışında
Güclü külək və leysan yağışları Gürcüstanda ciddi fəsadlar törətdi
Müasir Azərbaycan Folklorşünaslıqda yeni nəzəri-metodoloji yanaşma təcrübəsi
Bakının şərtinə əməl olunmadıqca, eskalasiya təhlükəsi davam edəcək
"Türk axını"nın Serbiya ərazisində tikintisinə start verildi
Qətlə yetirilən nazir, azad edilən qatil
Əkrəm İmamoğlunun qələbəsi tanındı – SON DƏQİQƏ
Türk deputat İrəvanda erməniləri susdurdu: "Qarabağ Azərbaycanındır"
Mahir Abbaszadə seçiciləri ilə görüşdü - FOTOLAR
Şəki Məhkəməsinə iftira atanlar kimlərdir? - ŞİKAYƏT
AKP rəsmən İstanbulda təkrar seçki tələb edir
Rövşən Rzayev BMT nümayəndəsi ilə görüşdü
Lavrov Azərbaycan və Ermənistan XİN rəhbərlərinin razılaşmasından DANIŞDI
"Belə hoqqabazlarla danışıq yolu ilə Qarabağı azad etmək mümkündürmü?"