Qarabag Media
Haqqımızda Əlaqə

Acı həyat hekayəsi


Tarix:5-02-2019, 23:01 Kateqoriya:Manşet / Yazarlar

Acı həyat hekayəsi 1992-ci ildə erməni zülmündən Bakıya üz tutarkən əsir alınan laçınlı müəllim Səma Kərimovanın xatirəsinə

Xəfif əsən sərin meh saçlarını üzünə ləpələrin sahilə çırpıldığı tək çırpır, sonra isə geri aparırdı... Məsum baxışların arxasında gizlənən badamı gözlər bir nöqtəyə zillənmiş, sanki ətrafdakı mənzərədən xəbərsizmiş kimi yönünü dəyişmirdi. Adındakı saflıq, gözəllik üzünə və qəlbinə hopmuşdu. Bu gün o, həmişəkindən də gözəl idi... Əynində uzun qırmızı don, kürəyinə tökülən gecə kimi siyah tellər və əlində xonça var idi. Qəlbində zamanın necə də tez ötdüyünü, hər şeyin kino lenti kimi gözünün önündən bir neçə saatda keçdiyini düşünərək sevinc qarışıq təlaşlı bir səslə yaşıl çəmənliklə üzüyuxarı gələn oğlunu səslədi: “Bala, tez ol, hər şey hazırdır. Maşınları qapıya gətirin, xonçamız çoxdur”, - dedi. Deyib-gülən bütün ailə, qohum-əqrəba şükür edərək qapıda duran maşın karvanına doluşdular. Maşınlar yerindən tərpənərək, Qırxqız dağlarının ətəyində yerləşən bu füsunkar kəndin yolları ilə hərəkətə başladı. Maşınların tərpəniş səsindən gözləri yavaş-yavaş açılırdı. O səs qəflətən soyuq bir otağın qapı cırıltısı ilə əvəz olundu. Ayılmaq istəmirdi, amma artıq çox gec idi...

İti addımlarla ona yaxınlaşan düşmən əsgərlərinin yanındakı bir yabançı “Qırmızı Xaç” cəmiyyətindən gəldiyini və ondan yaxınlarına məktub yazıb-yazmayacağını soruşdu. Ayağından aldığı yaradan qaynaqlanan ağrının acısı baxışlarından oxunsa da, özünü güclə toplayaraq əli ilə yazacağını işarə etdi. Yazacaq söz çox idi. Lakin söz ilə anladılması çətin olan tükürpədici hisslər də var idi qəlbində. Yurdunun övladlarına təhsil vermək üçün keçdiyi dərslərdə həvəslə təbaşiri lövhəyə vuran o əllər indi əsərək qələmi güclə tutmuşdu. Gözündən dayanmadan axan yaşlar, titrəyən barmaqlar, bütün bədənini saran o dəhşətli ağrı, izahı çətin düşüncələri yazmaq qorxusu və günlərdir xəbər tutmadığı əsirlikdə olan 1 yaşlı körpəsi, daha nələr... nələr...

Vətən nisgili, ailə faciəsi, qardaş ölümü, əsirlikdə olan digər qardaşının, balasının və nəvəsinin acısı ilə qovrularaq otaqda pərvaz edən, gözləri yollarda qalmış bir ananın qapısı döyüldü. Amma gələn övladı deyil, ondan gələn məktub idi... Yaşlı gözlərlə oxuduğu məktubda qızı Səma artıq geri dönməyəcəyini, daha doğrusu, əsirlikdə olmuş bir qadın kimi geri dönmək istəmədiyini yazmışdı. Əslində ana bunu öncədən duymuşdu, axı o verdiyi tərbiyəyə, qızının əxlaqına və Azərbaycan qadınının rəşadətinə gözəl bələd idi... Lakin analıq hissindən doğan kiçik bir ümid balasının bir gün dönəcəyinə inandırmışdı onu... Səma o soyuq otaqda taqətsiz halda yatağına sərilərək, ayağındakı ağrının acısı ilə qıvrılırdı. O, gözlərini qapayıb yarımçıq qalmış yuxusunun ardını görmək, xəyalən də olsa kəndlərinə, oğlunun nişan mərasimi olduğu günə qayıtmaq istəyirdi. Amma bu mümkünsüz idi. Əsirlikdə olarkən ayrı düşdüyü bir yaşlı körpəsi Nurlanə xəyalından bir an belə çıxmırdı. Nifrət etdiyi bir yerdə insana hər şey dözülməz gəlir, o qapının pis cırıltısı kimi... Bu dəfə açılan qonşu otağın qapısı idi. Alçaq düşmənin gülüş sədası otaqdan sürüdülərək çıxardılan qadının naləsinə qarışmışdı. Nalə göylərdə fəğan edir və o nalə ucaldıqca, namusumuz, ləyaqətimiz alçalırdı. Ən acısı isə, oradakı hər bir qadın belə bir günün onlar üçün də gələcəyini gözəl bilirdi...

Gecənin qaranlığında Səma ehmalca ətrafa boylandı. Vahimə içərisində idi, qonşu otaqdakı qadının naləsi hələ də qulaqlarında cingildəyirdi. Qəflətən nə düşündüsə, əlini günlərdir daraq dəyməyən, qanla, palçıqla qarışan saçlarına apardı. Əlinə saç sancağı dəydi. Bunu ona rəhmli Allahın yetirdiyini düşünərək sevindi. Bəli, o artıq qərarını vermişdi, şərəflə ölməyi düşmən əlində əsir olmaqdan üstün tutaraq, saç sancağı ilə damarını kəsdi. Qan itirdikcə taqətdən düşür, bənizi avazıyır, gözləri yumulur və xəyalında yenə həyatının ən xoşbəxt günü, oğlu Rüfətin nişan mərasimi canlanırdı. - “Üzükləri götürdükmü, ay Nurlanə-deyə Səma qızından soruşdu. “Axı insan həyəcanlı olanda unutqan olur”.

Maşın karvanı mənzilə çatdı... O, həvəslə maşından enib dərindən nəfəs aldı. Bütün qohum-əqrəbası əhatəsində idi, hamının simasında sevinc hissi duyulurdu. Bu gün hamı ona bir başqa cür əziz gəlirdi. Boylanıb oğlu Rüfətə və qızı Nurlanəyə sarı baxdı. Birdən hər tərəfə qaranlıq çökdü. Çox istəsə də ardını görə bilmədi... O, xəyalın xoş hissləri ilə gözlərini onun üçün amansız olan bu dünyaya əbədi olaraq yumdu. Ömrünün 23-cü baharında həyatı kimi yuxusu da yarımçıq qaldı. Səma şəhid oldu və ondan geriyə oğlu Rüfət, ermənilərin dünya işığından məhrum etdiyi qızı Nurlanə və gələcək nəsillərin də unutmayacağı ölümün gözünə dik baxan mərd bir türk qadınının acı həyat hekayəsi qaldı...

Şəbnəm UĞURLU

________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Məmmədyarovla Mnatsakanyanın görüşməmə səbəbi açıqlandı
Sultan bəyin məğlub etdiyi tayqulaq Andraniki Rotşildlər maliyyələşdirib — VİDEO
Ermənisayağı güzəşt
Saakaşvili qanında erməni qarışığının olmadığını genetik testlə sübuta yetirib
BALACA İSMAYILIN BÖYÜK İSTEDADI
Yeni nəzarət-kassa aparatlarının tətbiqi tezləşdiriləcək
Rövşən Rzayev Beyləqanda köçkünləri qəbul etdi
Soçi görüşü – Hər şeyin öz yerini tutduğu danışıqla
Yığılan vergi daha çox bu sahəyə xərclənir – Nazir açıqladı
Azərbaycan əhalisinin sayı açıqlanıb
Rafiq Hüseynovun barelyefinin açılışı oldu - FOTO
Azərbaycan və İran xarici işlər nazirləri Tehranda görüşəcək
Azərbaycanlılar Gürcüstan parlamentinin qarşısında aksiya keçirirlər
Yeddi dövlət Türkiyəyə qarşı bəyannamə imzaladı
Avropada qrip epidemiyası: ölənlərin sayı artır
Ölkədə ictimai rəyi araşdıracaq mərkəz yaradılır – Prezidentdən fərman
Şənbə gününün hava proqnozu: yağış, qar yağacaq
Avtomobillərin bahalaşmasının səbəbləri sadalanıb
Aleksander Çeferin yenidən UEFA prezidenti seçilib
Oqtay Şirəliyevin oğlu İSTEFA VERDİ
Prezident İlham Əliyev zəlzələ bölgəsinə gedib - FOTO
Şəhid polkovnik Raquf Orucovun oğlu: “Şəhidlərin hər biri bizik!”
Səni unutmaq olmur... - İlham QƏHRƏMAN - ŞEİRLƏR
Qaxda müğənni yol qəzasında öldü - FOTO
Bakıdan Güneyə dəstək: Kim qoşulacaq?
Yağış yağacaq, külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ
“Gəncliyin səsi” festivalına yekun vuruldu
“MONQOL-TATARLAR” MƏNBƏ VƏ RƏSMLƏRDƏ SARIŞINDIRLAR
Nəsimini sovet vətəndaşına çevirənlər
Qənirə Paşayeva Qovlar şəhərində şəhid ailələri ilə görüşüb