Qarabag Media
Haqqımızda Əlaqə

Belarus kişiliyi və Gürcüstan namərdliyi...


Tarix:1-02-2019, 22:32 Kateqoriya:Manşet / Yazarlar

Belarus kişiliyi və Gürcüstan namərdliyi...Elşad Paşasoy

Rəsmi Tiflis 2008-ci ilin qışında etdiyimiz böyük yaxşılığın əvəzini 2019-cu ilin bu qış günlərin “bizə qaytardı”.

Həmin ilin yayında Rusiya ilə Gürcüstan arasındakı 5 günlük müharibədən sonra qəzəblənmiş Kremlin təhdidlərinə baxmayaraq, Azərbaycan öz qonşularını donmaqdan xilas etmişdi...

Neçə gündür ki, Gürcüstanın Axalkalaki bölgəsində Xocalı canisi Mixail Avaqyana büst qoyulması səbrimizi daşırıb. İndi Zurab Qventsadze deyir ki, Avaqyana abidə ucaldılması Gürcüstandakı müəyyən erməniyönümlü qüvvələrin təşəbbüsüdür. Amma belə nağılları çox eşitmişik.

Bəli, gürcülər özləri də etiraf edirlər ki, bu erməni cəlladı həm də Abxaziyada gürcülərə qarşı döyüşüb, deməli, faktiki olaraq bu “erməni qəhrəmanı” Gürcüstanın da düşmənidir. Amma bunun bizə dəxli yoxdur. Söhbət Azərbaycan ərazilərinə soxulan, burada körpələri qətlə yetirən canidən gedir! Burada Gürcüstanın dar günündə hər zaman onun yanında olan bir dövlətə qarşı cinayətlər törətmiş cinayətkarın “qəhrəman” kimi sırınması faktı var.

Uzaq Belarus dövləti Dağlıq Qarabağa qanunsuz səfər edən bloger Lapşini Azərbaycana qolubağlı təhvil verdi, nə Rusiyanın, nə də İsrailin etirazlarına baxdı. Ermənistan da gecə-gündüz yaxasını yırtırdı, xeyri olmadı. Belarus Azərbaycana münasibətdə kişiyana davrandı, prezident səviyyəsində bəyan olundu ki, dar günümüzdə Azərbaycan hökuməti bizə 300 milyon kredit verib. Kredit e, a kişi!

Azərbaycan daha Gürcüstan üçün nələr etməyib?! Hələ güzəştli krediti bir yana qoyaq. Müstəqillik dövründə Azərbaycanın bir əli Gürcüstanın ağzında olub. Yeri gələndə öz vətəndaşlarına qazı aşağı təzyiqlə, ya fasilələrlə verib, amma deyib Gürcüstan anbarlarında ehtiyat əskik olmasın. Hətta bun görə illərdir Azərbaycan hökuməti tənə-tənqidlərə də məruz qalır. Ay Gürcüstandakı kilsələrə qaz verilir, daha nələr, deyə... Gürcüstan Azərbaycan pulları ilə cənnətə dönür. Bütün bunların əvəzində Xocalı canisinə abidə qoymaq...

Heç kim bu məsələdən Gürcüstan hökumətinin xəbərsiz olduğu iddiasını beyinlərə yeritməyə çalışmasın. Ölkə ərazisində baş verənlərə, atılan hər bir addıma görə birinci hökumət məsuliyyət daşıyır. Hər halda söhbət Abxaziya, ya Şimali Osetiyada qoyulan abidədən getmir. Başa düşürük. Axalkalaki ermənilərin oylağıdır, amma hələ ki, orada Gürcüstan qanunları hökm sürür. Bu gedişlə davam etsə, Tiflis ermənilərin qarşısından geri çəkilsə, bir gün bu ərazilərə də uzaqdan baxa bilər, yenə də öz problemidir.

Biz indiyədək Gürcüstandan hansısa erməni cəlladının tutulub Bakıya təhvil verilməsini nə gördük, nə də eşitdik - baxmayaraq ki, hər zaman deyirlər biz sizi yaxşı anlayırıq, çünki özümüz də 20 faiz torpaq itirmişik. Bunun əvəzində... Tiflis 5 ildir Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının, “Borçalı” Cəmiyyətinin rəhbəri Zəlimxan Məmmədli, müavini Salman Murğuzovun ölkəyə girişini yasaqlayıb.

2018-ci ildə Gürcüstan iqtisadiyyatına 1 milyard 888,8 mln. dollar xarici investisiya yatırılıb, bunun 465 milyonu (24,6 faizi) Azərbaycanın payına düşüb. Azərbaycan Gürcüstan iqtisadiyyatına investisiya qoyan xarici ölkələr sırasında birinci yerdədir! Hətta Türkiyə siyahıda üçüncüdür. Tiflisin “sağ ol”udurmu?

Başqa misal: 2018-ci ildə Azərbaycandan Gürcüstana 1 424 610 nəfər gedib. Bununla azərbaycanlılar 2017-ci ildəki kimi, ötən il də Gürcüstana səfər edən turistlərə liderlik edib! O boyda Rusiya bizdən sonradır. Hər gedən turist Gürcüstana nə qədər xərcləyib? Turizmdən əldə etdiyi qazancın böyük hissəsi bizim payımıza düşür. Gürcü hökuməti utanırmı?!

Gürcüstanda bu illər ərzində çox hökumətlər dəyişib, amma hər gələn Azərbaycana qarşı məkrli davranıb. Gah Qarsa dəmir yolu çəkiləndə Axalkalakidə erməniləri qızışdırdılar, gah dedilər qazı Rusiyadan alacağıq, gah Ermənistana dəmiryolu xəttinin açılacağını bəyan etdilər - hansı dəmiryolu ki, işğal olunmuş Gürcüstan ərazilərindən keçir. Kim bilir, bəlkə də həmin xəttin bərpası üçün tələb olunan 250 milyon Ermənistanda olsa, bunu da reallaşdırardılar.

Gürcüstan bizim qapımızdır, bəli. Amma bu kommunikasiya, bu qapıya görə milyardlar qazanır. Odur ki, sonuncu fakt baş verməməliydi. Normal ölkə soyqırım törədənə abidə qoymaz, abidə soyqırıma ucaldılır. Kəsəsi, qonşumuzu bir daha tanıdıq. Heç olmasa, bundan sonra bizə millət və dövlət olaraq - həm də Gürcüstandakı soydaşlarımız üçün - dərs olsun! O qışdan bir də olacaq...
________________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
İlbər Ortaylı: “Sultan Səlimlə Şah İsmayıl kimi dava edəsi deyilik”
Mayın 29-da Putin və Paşinyan arasında görüş keçiriləcək
Ərdoğandan çağırış: "Seçki mübahisələrini geridə qoyaq"
"Azərbaycan(!) qızının gecə klubunda nə iti azıb ki?.." - Fikir savaşı
Azərbaycan və İranın birgə istehsalı olan avtobuslar satışa hazırlanır
Xəzərdə 6 milyard dollarlıq yeni layihəyə start verildi
Koçaryan Avropa liderlərini köməyinə çağırdı
Əhaliyə hava xəbərdarlığı
Azərbaycan dilinin 113 minlik yeni orfoqrafiya lüğəti hazırlanıb
"Qaz və işığa qoyulan limitin ləğvi məqsədəuyğun deyil" – Deputat
Azərbaycanda zorakılığa məruz qalan uşaqlarla bağlı qaynar xətt yaradılır
Pensiya və əmək haqları yenidən qaldırılacaq – Prezident bəyan etdi
Aqil ABBAS: TELEKANALLARI TELEKANALİZASİYAYA ÇEVİRMƏYİN
"Paşinyan Dağlıq Qarabağda rəngli inqilab etmək istəyir" - NƏZAKƏT MƏMMƏDOVA
Şərif Ağayar: "Laçın indi mənə çatmadığım, çata bilmədiyim bütün arzuların ümumiləşmiş obrazı kimi görünür" - MÜSAHİBƏ
İslam dininə üçlü yanaşma: Mühafizəkarlıq, Dünyəvilik, Millilik - (III yazı)
Prezident və birinci xanım Neftçilər parkının açılışında
Güclü külək və leysan yağışları Gürcüstanda ciddi fəsadlar törətdi
Müasir Azərbaycan Folklorşünaslıqda yeni nəzəri-metodoloji yanaşma təcrübəsi
Bakının şərtinə əməl olunmadıqca, eskalasiya təhlükəsi davam edəcək
"Türk axını"nın Serbiya ərazisində tikintisinə start verildi
Qətlə yetirilən nazir, azad edilən qatil
Əkrəm İmamoğlunun qələbəsi tanındı – SON DƏQİQƏ
Türk deputat İrəvanda erməniləri susdurdu: "Qarabağ Azərbaycanındır"
Mahir Abbaszadə seçiciləri ilə görüşdü - FOTOLAR
Şəki Məhkəməsinə iftira atanlar kimlərdir? - ŞİKAYƏT
AKP rəsmən İstanbulda təkrar seçki tələb edir
Rövşən Rzayev BMT nümayəndəsi ilə görüşdü
Lavrov Azərbaycan və Ermənistan XİN rəhbərlərinin razılaşmasından DANIŞDI
"Belə hoqqabazlarla danışıq yolu ilə Qarabağı azad etmək mümkündürmü?"