Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycan və Türkiyə arasında ortaq təhsil layihəsi


Tarix:31-01-2019, 23:01 Kateqoriya:Manşet / Təhsil

Azərbaycan və Türkiyə arasında ortaq təhsil layihəsi

Azərbaycan və Türkiyə məktəbləri arasında “Məktub qardaşlığı” adlı layihə həyata keçirilir.

Karabakhmedia.az xəbər verir ki, layihənin təşkil olunmasının əsas məqsədi şagirdlər arasında qardaşlıq və dostluq əlaqələrini inkişaf etdirmək, xalqlarımız arasındakı münasibətlərdə yeni səhifə açmaqdan ibarətdir.

Layihə çərçivəsində Türkiyənin Ankara şəhərindəki Mamak Ali Kuşçu məktəbinin şagirdləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 47 nömrəli tam orta məktəbin II sinif şagirdləri ilə məktublaşırlar. Qarşılıqlı məktublaşma çərçivəsində azərbaycanlı və türkiyəli şagirdlər ölkələrinin tarixi, milli-mənəvi dəyərləri, təhsil sistemləri, həmçinin özləri və ailələri barədə məlumatları həmyaşıdları ilə bölüşürlər. Eyni zamanda məktəblilər qarşılıqlı olaraq öz mədəniyyət və adət-ənənələrini əks etdirən əl işlərindən ibarət hədiyyələri bir-birinə göndərirlər.

Qeyd edək ki, layihə iki ölkə məktəblilərinin bir-birini daha yaxından tanıması, Azərbaycan-Türkiyə əməkdaşlığının daha da güclənməsi barədə gələcək nəslin məlumatlandırılması baxımından mühüm əhəmiyyət kəsb edir./AzEdu.az/

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"
Mnatsakanyan Məmmədyarovla danışıqların detallarını açıqladı
Toyu olacaqdı, özünü asdı
Urmiya gölünün qurumasını önləyən İLGİNC PLAN: Türkiyədən…
Ağ dəvə düzdə qaldı - II HİSSƏ
Azərbaycan istehsalı olan "Tufan" gəmisinin nümayişi olub
"Bunu etsək, Paşinyan bir də qələt edib, "Qarabağ Ermənistandı" deməyəcək..."
Azərbaycanlı general ABŞ donanmasında komandan təyin olundu
Məşhur “Adidas” şirkəti “Traxtur”a sponsor oldu