Qarabag Media
Haqqımızda Əlaqə

Rəsulzadə arxivinin ən qiymətlisi Azərbaycan Cümhuriyyətinin dövlət gerbidir - Dilqəm Əhməd


Tarix:31-01-2019, 13:00 Kateqoriya:Manşet / Müsahibə

Rəsulzadə arxivinin ən qiymətlisi Azərbaycan Cümhuriyyətinin dövlət gerbidir - Dilqəm Əhməd

Kolleksiyama ən son bu ay Rəsulzadənin imzalı bir kitabını əlavə etmişəm.

Bu gün Azərbaycan siyasətçisi və publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin 135-ci ildönümüdür. O, 1884-cü il Novxanı kəndində dünyaya gəlib.

AzNews.az Məhəmməd Əmin Rəsulzadənin doğma Azərbaycanı üçün gördüyü işləri yenidən xatırlatmaq üçün jurnalist, kolleksiyaçı Dilqəm Əhmədlə söhbət edib.

-Bildiyimiz qədər 2012-ci ildən Azərbaycan Xalq Cümhuriyyəti və mühacirət tarixi ilə bağlı materiallar toplayırsınız. Kolleksiyanızda Məhəmməd Əmin Rəsulzadə ilə bağlı hissə nələrdən ibarətdir?

-Mənim şəxsi kolleksiyamda Rəsulzadəyə aid 7 ədəd orijinal fotoşəkil var. Fotolardan ikisi cümhuriyyət dönəminə aiddir. Həmin iki fotodan biri 1918-ci ilin iyun ayında Rəsulzadənin sədri olduğu Azərbaycan Nümayəndə Heyətinin İstanbulda Osmanlı rəsmiləri ilə birgə çəkilən şəklidir. Digər foto isə 1919-cu ildə Rəsulzadə "Azərbaycan" qəzetinin digər redaksiya heyətinin üzvləri ilə bir arada olarkən çəkilib. Həmin fotoda Rəsulzadənin yanında Üzeyir bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Mustafa Vəkiloğlu kimi dəyərli şəxsiyyətlər var. Digər 5 foto isə mühacirətdə çəkilib. Mühacirətdə çəkilən fotoların ikisi cümhuriyyətin 9-cu və 10-cu ildönümlərinə aiddir. Bu fotolardan ən qiymətlisi 1922-ci ildə Finlandiyada çəkiləndir. Rəsulzadə Peterburqdan Finlandiyaya mühacirət etdikdən sonra orada tatar mücahidlərlə görüşüb, onlarla xatirə fotosu çəkdirib. Digər iki foto isə tək fotosudur və həmin fotolardan biri dəniz kənarında çəkilib. Məndə həmçinin Rəsulzadənin Abidin adlı bir şəxs tərəfindən çəkilmiş portreti və dəfn albomu var. Rəsulzadənin 34 fotodan ibarət dəfn albomunda onun cənazə mərasiminin bütün təsviri var.

-Kolleksiyanızda fotolardan başqa Rəsulzadəyə aid nələrsə varmı?

-Məndə həmçinin Rəsulzadənin 3 ədəd orijinal məktubu, imzalı kitabları var. Eləcə də mühacirətdə çap etdiyi kitabların, dərc etdiyi jurnalların əksəriyyətinin orijinal nüsxələri var.

-Qeyd etdiyiniz şəkil, məktub və kitabları hardan əldə etmisiniz?

-Rəsulzadənin arxivi o vəfat edəndən sonra bir neçə yerə parçalanıb. Bizə çatan arxiv onun ən yaxın silahdaşı Abbasqulu Kazımzadənin arxivindəndir. Yəni bu arxiv İstanbulda açıq şəkildə satılırdı. Azərbaycan vətəndaşlarının mənə göstərdikləri təmənnasız dəstək sayəsində ala bilmişəm.

-Bəs kolleksiyanıza axırıncı nə əlavə etmisiniz?

-Kolleksiyama ən son bu ay Rəsulzadənin imzalı bir kitabını əlavə etmişəm. 1923-cü ildə İstanbulda çap etdiyi "Azərbaycan Cümhuriyyəti" kitabının türk şairi Cəlal Sahirə imzaladığı nüsxədir. Bundan əlavə məndə Rəsulzadənin "Azərbaycan şairi Nizami" kitabının imzalı nüsxəsi var.

-Ümumiyyətlə araşdırmalarınız zamanı Rəsulzadə ilə bağlı sizi ən təəccübləndirən fakt hansı olub?

-Rəsulzadə ilə bağlı mənim üçün ən maraqlı fakt odur ki, bir tərəfdən siyasi mübarizə aparıb, digər tərəfdən də davamlı nəşriyyatla məşğul olub. O dövrdə başqa hansı siyasimizin Türkiyə ilə yanaşı Polşada, Almaniyada, Fransada kitabları çıxıb? Heç birinin. Ən çox mətbu fəaliyyət də ona məxsusdur. Təkcə mühacirətdə 5 jurnal, iki qəzet çap edib. Bu gün bizlər bir çox materialları onun nəşrlərindən əldə edirik.

-Rəsulzadənin bir neçə dildə kitabı var. Həmin kitablar nə haqqındadır?

-Rəsulzadənin polyak, alman və fransız dilində Azərbaycan Cümhuriyyəti haqqında kitabı var. Təəssüf ki, onlar dilimizə çevrilməyib. Eləcə də Azərbaycan ədəbiyyatı ilə bağlı kitabları da var. Biz inşallah fransızca olan kitabı nəşrə hazırlayırıq.

-Son olaraq kolleksiyanızda Rəsulzadəyə aid bir əşya varmı?

-Kolleksiyamda Rəsulzadəyə aid əşya yoxdur. Amma ən qiymətlisi Rəsulzadənin arxivindən çıxan Azərbaycan Cümhuriyyətinin dövlət gerbidir ki, o, mənim kolleksiyamdadır.

Pərvanə Ağazadə

_____________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri başlayıb
"Tapmıram izini yanına gəlim" - Gilə Əliqızının şeirləri
“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”
Nursultan Nazarbayev Bakıya gəldi
Rəqs sənətinin zirvələrini fəth edən ölməz sənətkar
Krediti olanlar MÜTLƏQ OXUSUN – Zamin probleminin HƏLLİ
Paşinyan Putinə “Madrid prinsipləri” səhifəsini bağlamağı təklif edir?
“Türk-İslam dünyasının gələcəyi Türkiyənin apardığı mübarizənin taleyindən asılı olacaq”
Ərdoğan Azərbaycana gəlib
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
Milli Qəhrəman Samid İmanovun doğum günüdür - VİDEO
Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”