Qarabag Media
Haqqımızda Əlaqə

Unutmayaq, unutdurmayaq — Qəzənfər Hüseynov


Tarix:30-01-2019, 23:39 Kateqoriya:Manşet / Yazarlar

Unutmayaq, unutdurmayaq — Qəzənfər HüseynovÖz uşaqlıq aləminə baş vurmaq, xatirələri yada salmaq qəlbən təmizlənmək və xöşbəxtlikdir. Laçın şəhər 1 saylı orta məktəbində oxuyarkən həyat məktəbində bizi hansı çətin və mürəkkəb dərslərin, imtahanların gözləyəcəyinin fərqinə varmadan orta məktəbi tezliklə bitirib, dərslərdən qurtulmağı düşünürdük. Lakin elə müəllimlərimiz vardı ki, tam səmimi deyim ki, çoxumuz onlara görə hələ bir iki il də oxuyub, onların dərslərini dinləmək arzumuz da var idi. Bizim dövrümüzdə gənclər üçün indikindən fərqli meyarlar, daha böyük mənəvi dəyərlər var idi. Əfsanəvi partizan Mehdi Hüseynzadə, general Həzi Aslanov, xalq qəhrəmanı Babək, ilk kosmonavt Yuri Qaqarin və başqa qəhrəmanlar bizim üçün örnək idilər.

Bu gün həyatımda valideynlərimlə birgə mühüm rol oynayan müəllimlərimi böyük minnətdarlıqla xatırlayır, adlarını rəhmətlə anıram. Belə müəllimlərin önündə riyaziyyat müəllimimiz Zeynalov Soltan müəllim durur. O, sözün əsl mənasında həyatını xalqın gələcəyinə həsr edən, məsuliyyətli və şərəfli bir müəllim idi.

Doğrudan da müəllimlik haqqında deyildiyi kimi Soltan müəllim yaradıcı, hazır göstərişlərlə - reseptlərlə, standart proqramlarla işləyən deyildi. O, dərs prosesini tam öz nəzarəti altında saxlamağı bacarırdı. Qeyri adi pedaqoji fəaliyyəti onu başqa müəllimlərdən fərqləndirirdi. Onun tədris etdiyi riyaziyyat dəqiq elm kimi həm də çox çətin fənn idi, fənnin ağırlığını dərindən bilən müəllimimiz dərsləri özünə məxsus qaydada aparırdı. Dediyim kimi sinifdəki dərs prosesini nəzarətində saxlayar, yorulduğumuzu, diqqətimizin yayındığını duyan kimi dərsi dayandırıb deyərdi: Uşaqlar, durun ayağa. Hamımız ayağa durandan sonra o, bunu bir neçə dəfə təkrar edərdi, bütün yorğunluq da dərhal keçərdi.

Mən, həmişə Soltan müəllimi bədahətən, sanki trans vəziyyətə düşərək şeir yazan şairə bənzədirəm. O, dərs keçəndə tamamilə ətraf mühitdən ayrılar, riyazi məsələ və misalları yazı taxtasında izah edərkən də “üst-başı” əlindəki tabaşirdən ağappaq olardı.
Məhz onun sayəsində demək olar ki, sinifimizdə riyaziyyatdan pis oxuyan şagird yox idi.

Sultan müəllim, 1936 cı ildə Laçın rayonunun Qardaşlıq (indiki Fətəlipəyə) sovetliyini Ərəb kəndində anadan olmuşdur.
1953 cü ildə Laçın şəhər orta məktəbini bitirərək, Ağdam iki illik müəllimlər institutuna daxil olmuşdur.

1956 cı ildə isə Azərbaycan Pedaqoji İnstitutunu fizika-riyaziyyat ixtisası üzrə bitirərək Laçın şəhər 1 saylı məktəbində müəllimliyə başlamışdır. Müəllimliyə başladığı ilk gündən bütün şagirdlərin və pedaqoji kollektivin sevimlisinə çevrilmişdi.

İndi bilmirəm necədir, biz şagird olanda elə bilirdik ki, müəllim yemək yemir, çay içmir, söyüş söymür, Soltan müəllimə isə bir müqəddəs adam kimi baxırdıq. Bu gündən geri baxanda doğrudan da onu təkcə yaxşı pedaqoq-müəllim kimi yox, həm də yüksək əqidə, məslək sahibi olan vətəndaş, nəcib bir insan kimi, qayğıkeş bir valideyn kimi görürük.

Çox təəsüf ki, bir çox hallarda ömür yaxşılara yetmir ki, yaxşıların yetişməsinə yardımçı olsunlar, arzularının bir qismini yerinə yetirə bilsinlər. Soltan müəllim də çox qısa – 36 il yaşadı, onun da 13 ilini təhsil yolunda şam kimi yandıra bildi.


Unutmayaq, unutdurmayaq — Qəzənfər HüseynovMən, əziz müəllimimin ölüm xəbərini Bakıda aldım, tələbə yataqxanasında başımı balıncın altına soxaraq ağlamaqla onu yad etdim.

Allah sənə rəhmət eləsin, əziz insan, qızıl müəllim! Sən bütün şagirdlərinin qəlbindəsən.

İnşəAllah, niyyət və əməli ilə axirətdə sevinənlərdən olar!

Qəzənfər HÜSEYNOV

______________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Məmmədyarovla Mnatsakanyanın görüşməmə səbəbi açıqlandı
Sultan bəyin məğlub etdiyi tayqulaq Andraniki Rotşildlər maliyyələşdirib — VİDEO
Ermənisayağı güzəşt
Saakaşvili qanında erməni qarışığının olmadığını genetik testlə sübuta yetirib
BALACA İSMAYILIN BÖYÜK İSTEDADI
Yeni nəzarət-kassa aparatlarının tətbiqi tezləşdiriləcək
Rövşən Rzayev Beyləqanda köçkünləri qəbul etdi
Soçi görüşü – Hər şeyin öz yerini tutduğu danışıqla
Yığılan vergi daha çox bu sahəyə xərclənir – Nazir açıqladı
Azərbaycan əhalisinin sayı açıqlanıb
Rafiq Hüseynovun barelyefinin açılışı oldu - FOTO
Azərbaycan və İran xarici işlər nazirləri Tehranda görüşəcək
Azərbaycanlılar Gürcüstan parlamentinin qarşısında aksiya keçirirlər
Yeddi dövlət Türkiyəyə qarşı bəyannamə imzaladı
Avropada qrip epidemiyası: ölənlərin sayı artır
Ölkədə ictimai rəyi araşdıracaq mərkəz yaradılır – Prezidentdən fərman
Şənbə gününün hava proqnozu: yağış, qar yağacaq
Avtomobillərin bahalaşmasının səbəbləri sadalanıb
Aleksander Çeferin yenidən UEFA prezidenti seçilib
Oqtay Şirəliyevin oğlu İSTEFA VERDİ
Prezident İlham Əliyev zəlzələ bölgəsinə gedib - FOTO
Şəhid polkovnik Raquf Orucovun oğlu: “Şəhidlərin hər biri bizik!”
Səni unutmaq olmur... - İlham QƏHRƏMAN - ŞEİRLƏR
Qaxda müğənni yol qəzasında öldü - FOTO
Bakıdan Güneyə dəstək: Kim qoşulacaq?
Yağış yağacaq, külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ
“Gəncliyin səsi” festivalına yekun vuruldu
“MONQOL-TATARLAR” MƏNBƏ VƏ RƏSMLƏRDƏ SARIŞINDIRLAR
Nəsimini sovet vətəndaşına çevirənlər
Qənirə Paşayeva Qovlar şəhərində şəhid ailələri ilə görüşüb