Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycanlı jurnalistin Xocalı dəhşətlərindən bəhs edən yazısı İtaliya mediasında - FOTO


Tarix:30-01-2019, 23:33 Kateqoriya:Manşet / Qarabağ

Azərbaycanlı jurnalistin Xocalı dəhşətlərindən bəhs edən yazısı İtaliya mediasında - FOTO

Azərbaycanlı jurnalist Cavid Şahverdiyevin İtaliyanın tanınmış www.riverflash.it saytında Xocalı soyqırımı ilə bağlı geniş yazısı dərc edilib.

Karabakhmedia.az-ın xəbərinə görə, yazıda Ermənistan ordusunun rus əsgərləri ilə birlikdə 1992-ci il 25-26 fevral tarixlərində Xocalıda törətdikləri vəhşiliklərdən bəhs edilib. Xocalıda vəhşiliklə qətlə yetirilən, itkin düşən, əsir götürülən və yaralanan soydaşlarımızla bağlı statistik rəqəmlər göstərilməklə yanaşı, öz kitabını qardaşı və terrorçu Monte Melkonyana həsr etmiş Markar Melkonyan adlı erməni müəllifinin dəhşətli etirafları da yer alıb.


Azərbaycanlı jurnalistin Xocalı dəhşətlərindən bəhs edən yazısı İtaliya mediasında - FOTOYazıda həmçinin Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin davam etdirdiyi, işğal etdiyi ərazilərdən çıxmadığı, əksinə hər gün atəşkəs rejimini pozduğu və hətta mülki azərbaycanlıları güllələdiyi də göstərilib.

Qeyd olunub ki, hər il bütün dünya azərbaycanlıları bu qırğını anır və 27 il əvvəlki dəhşətli gecədə baş verənlər barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaqda davam edir. "Xocalıya ədalət!" Beynəlxalq kampaniyası səviyyəsində dünya ictimaiyyəti Xocalıda törədilən erməni vəhşilikləri ilə tanış olur. Vurğulanır ki, Ermənistan tərəfindən törədilmiş Xocalı hadisələri və digər cinayətlər bəşəriyyətə qarşı cinayət kimi hesab edilməlidir və bu cinayətlər beynəlxalq ictimaiyyət tərəfindən siyasi və hüquqi qiymət almalıdır. BMT Təhlükəsizlik Şurasının işğal olunan Azərbaycan ərazilərindən Ermənistan Silahlı dəstələrin çıxarılması ilə bağlı qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməməsi, eyni zamanda Qərb və bir neçə beynəlxalq təşkilatın ermənilərin işğalçılıq siyasətinə göz yumması da azərbaycanlı jurnalistin yazısında qeyd edilib.

Xatırladaq ki, C.Şahverdiyev QHT sədri olmaqla yanaşı "Xalq Cəbhəsi" qəzetində çalışır.

Azərbaycanlı jurnalistin Xocalı dəhşətlərindən bəhs edən yazısı İtaliya mediasında - FOTO

Karabakhmedia.az










SON XƏBƏRLƏR
İlk əsgər məzarlığı salınır: Müharibəyə hazırlıqdır? – Zakir Həsənov
Bu gün Azərbaycanda Bilik Günüdür
Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir
Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri - FOTOLAR
Piyadalara qarşı cərimələri yol polisi yazacaq - RƏSMİ
Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər
Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Qazaxıstanda silah anbarı partladı
Türkiyədə ard-arda iki güclü zəlzələ olub
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
Mirşahin Ağayevə medal verildi
Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etmədi? - Kod adı ZƏFƏR olan türk genaralı danışdı - EKSKLÜZİV
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
Türkiyədə siyasi proseslər DƏYİŞİR - Ərdoğanın partiyası niyə parçalanır?
Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” - VİDEO
MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ- III Yazı
Əhməd Davudoğlu AKP-dən istefa verib
Özbəkistan Türk Şurasının üzvü olacaq
2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri
“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri
Qarabağ icması Fransa hökumətinə çağırış edib
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib
İnsanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir
Mehriban Əliyeva Kürdəxanıda parkın açılışında - FOTO
Rövşən Rzayev: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB