Qarabag Media
Haqqımızda Əlaqə

Bilgi qutsaldır...


Tarix:19-11-2015, 10:37 Kateqoriya:Manşet / Yazarlar

Bilgi qutsaldır...

Eltan QƏDİMBƏYLİ


Adam doğulur ilk olaraq böyüdüyü evdəkiləri izləyərək, onların öyrətdiyi dildə, tövsiyyə etdiyi və etmədiyi kitabları oxuyaraq, yaşadığı toplumu görərək, eşidərək, səslərini duyaraq, ətrafındakı cisimlərə toxunaraq, yeyib içərək və ruhu ilə hiss edərək toplayır bilgini. Bilgi bu həyatda adamı ucaldan ən dəyərli və önəmli yoldur.

Bilgi səni qoruyar, ucaldar, alçaldar, uğur qazandırar, əzab verər, səni ölümdən qurtarar, bilgi səni öldürər də.

Adamlar bu dünyada nə qədər var-dövlət, şan-şöhrət, lüks həyat arxasınca qaçsalar da, əslində bilgidən başqa bir şey əldə eləməzlər.

Dünyanın dörd bir tərəfindəki ən ekzotik ölkələrin ən lüks otellerində istirahət etdiyinizi, ən məhşur geyim markalarından geyinib-kecindiyinizi, ən lüks yeməkləri yediyinizi, ən çılğın əyləcələrdə iştirak etdiyinizi düşünün… Bəs bir müddət sonra geriyə nə qalacaq ?

Evinizə qayıdana qədər qarderobunuzdakı geyimlər köhnələcək və əlbəttə ki, yeməkləri də həzm edəcəksiniz. Əlinizdə qalan sizin o anları yaşadığınız olan fotolar və yaddaşınızda qalan bilgilər olacaq.

Bu dünyada insan oğlunun iki həyatı var. Cismi və Ruhi həyat.

Adamın sadəcə ruhu ölümsüzlük qazana bilər. Cismani öldükdən ruhi həyatının davam edib-etməyəcəyinə qərar verən sadəcə bilgidir.

Hər bir adam doğulub həddi-buluğa çatana qədər müəyyən bilikləri toplayaraq özünün tənqidi təfəkkür adlandırdığımız bilgi süzgəcini düzəldir, daha sonra həyatı boyu qazandığı bütün bilgiləri bu süzgəcdən keçirir.

Doğru hesab elədiyi bilgilərlə yoluna davam edir və doğru bilgiləri yayır ətrafına. Bu bilgiləri ətrafına topladığı insanlardan, o insanların tövsiyyə etdikləri kitablardan və ətraf mühitdən mənimsəyə bilər.Onu da qeyd edim ki, Kainatın bütün sirləri doğulandan insanın beyninə yüklənib. Biz əslində əldə etdiyimiz bilgilərin köməyi ilə beynimizdəkiləri kəşf edirik.

İnsan ömürünü bilgiyə həsr edər. Və sonunda bilgi qərar verər onun öz yaşamına davam edib-etməyəcəyinə. O bilgilər sayəsində işlər görər. Yeni bilgilər yaradar. Yeni bilgi yaratdıqca həmin insan ölümsüzləşər.

Yəni insanlıq üçün dünyadakı 2 ali dildə – elm və sənət dilində böyük əsərlər, böyük bilgilər yaratdığı üçün onun həyatı uzanar, əbədi olar. Heç vaxt tarixdən silinməz. Bilgini yalnış anlayan insanlar çoxdur. Əzbərçi bilgiçilərdir onlar. Bilgini sadəcə əzbərləyərlər. Bilgini səthi, dayaz, sadəcə bildiklərini göstərmək üçün öyrənərlər. Bilginin mahiyyətinə varmazlar. Yaxşı bilgini pis bilgidən ayıra bilməzlər. Bilgini duymazlar. Bilgini anlamazlar.

Oxumaq anlamaq deyil. Eşitmək duymaq deyil. Baxmaq görmək deyil. İnsan bütün ömrü boyu sadəcə bilgi toplamaqla məşğuldur. Və insan topladığı bilgilərin sayəsində öz ömürünü uzada bilər, ruhi varlığını uzada bilər.

Bilgi çox kutsaldır. Bilginin dəyərini bilmək çox-çox önəmlidir. Bütün günahların, bütün fəlakətlərin,bütün problemlərin bir səbəbi bilgidir, digər səbəbi isə bilgisizlikdir. Bizə görə Yaradana ən böyük ibadət səyahətdir, cünki bilgi təkcə kitablarda yazılmaz, bilgi həm kitablarda, həm insanların dilində, davranışında, həm tarixi abidələrdə, həm mədəniyyətdə, həm musiqidə, həm ədəbiyyatda – bilgi hər yerdədir.

Doğru toplamağı bildiyin halda bilgə olaraq, öz ömürünü uzada bilərsən. Əks halda- topladığın bilgilərin dəyərini bilmədən məhv olub gedərsən. Bilgi, sadəcə, oxumaqla toplanmaz.

Çox kitab oxuyan yox, oxuduğu kitabların niyə yazıldığını anlayandır Bilgə.

Bilgi nəzəriyyə və praktikadan ibarətdir . Sən bir bilgini alıb, həmin bilgi sayəsində bir iş görürsənsə və ən yaxşı görürsənsə, deməli, sən o bilgiyə artıq sahiblənmisən.

Bilgə insan insanların dünya və həyat haqqında fikirlərini ümumiləşdirib, hər kəsin anlaya biləcəyi formada paylaşmaq istedadı olan şəxsdir.

Bilgə heç bir vaxt yox cavabı almaz. Çünki o, nəyi, niyə, nə vaxt, harda, kimdən və necə istədiyini bilir. Eyni zamanda bilgə adamın ancaq həll edə biləcəyi problemləri olur.

Bir cahil gördüyünüzdə onu bilgiləndirmək də çox vacibdir, çünki bir gün o, valideyn olacaq və özü kimi bir cahil övlad yetişdirəcək. Bundan da sizin övladlarınız əziyyət çəkəcək.

Bilgə olmaq istəyirsinizsə, bildiklərinizi öyrədin, yoxsa bilmədiklərinizi öyrənə bilməzsiniz.

Bilgi kutsaldır. Dəyərini bilmək lazımdır. Onun kutsallığını, onun nə qədər dəyərli olduğunu anlamaq lazımdır.

Bilgi insanlığa Tanrı tərəfindən verilmiş ən böyük ərməğan və ona doğru gedən ən düzgün yoldur.

Tanrı bütün yaratdığı adamlara bilgi qazanmaq bacarığı verib, amma bu bacarıqdan istifadə edənlər də var, etməyənlər də.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Davos Forumunda iştirak Azərbaycana nə verir? — Elmir Muradın şərhi
Ölkəyə külli miqdarda narkotik və silah gətirən iranlılar tutuldular
ABŞ İrana qarşı sanksiyalarını genişləndirib
Seçkiləri izləyəcək yerli və xarici müşahidəçilərin SAYI
Diaqnostik qiyməntləndirmə ilə sertifikatlaşdırma arasındakı fərq nədir?
Səfir: “Britaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”
26 il sonra nəşi məzardan çıxarılan şəhidin xanımı: “Bir axşam evdə tək idim...”
Mahir Abbaszadə Yeni Günəşli qəsəbəsində laçınlılarla görüşdü - FOTOLAR
Prezident İlham Əliyev Vaqif Şadlinskini təltif edib
Hacı Salayev namizədliyini geri götürdü: "İki dəfə deputat olmuşam, bəsdir"
Məzahir Pənahovdan namizədlərə ÇAĞIRIŞ - “Seçki Məcəlləsinin tələblərinə əməl edin”
Həkimlərə şad xəbər: MAAŞLARI ARTIRILIR
Suriyada döyüşən azərbaycanlılarla bağlı qərar elan edilib
Naməlum şəhidin nəşi şəhidlər xiyabanında dəfn olundu - FOTOLAR
Dolmabaxça sarayında tarixi tapıntı – Osmanlının ilk təyyarələri haqda faktlar ortaya çıxdı - FOTO
Dəhşətli virusun Azərbaycana keçməsi istisna edilmir - AÇIQLAMA
Azərbaycanda qəndə ağardıcı maddə qatan şəxs həbs edildi
Yazıçı Pərvanə Bayramqızının yeni kitabı çap olundu
“Şuşa qalasının Azərbaycana məxsusluğu bütün dünyaya məlumdur” - Musa Qasımlı
İçərişəhərdə iki bina restavrasiya edilir
İki uşaq bağçasının direktoru olan qadın məhkəmə zalında həbs edildi
İmişlidə şəhidin nəşi məzardan çıxarıldı – VİDEO
Ruhani nüvə silahı ilə bağlı söz verdi
İraq prezidenti ölkədəki etirazlarda 600 nəfərin öldüyünü bildirib
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ƏLI BƏY HÜSEYNZADƏ (TURANİ) - II YAZI
Mehdi Mehdiyev Qobu qəsəbəsində seçicilərlə izdihamlı görüş keçirdi - FOTOLAR
Azərbaycan və Monqolustan prezidentlərinin görüşü olub
Qaradağda məskunlaşmış laçınlılardan Mahir Abbaszadəyə dəstək - FOTOLAR
Azərbaycanda soyad sonluğunu dəyişdirənlərin sayı AÇIQLANDI
Azərbaycan icması erməni təxribatı ilə bağlı Moskva hökumətinə müraciət edib