Qarabag Media
Haqqımızda Əlaqə

Günay Rəhimbəylidən Qarabağ atları ilə bağlı - SOS


Tarix:19-01-2019, 01:02 Kateqoriya:Manşet / Cəmiyyət

Günay Rəhimbəylidən Qarabağ atları ilə bağlı - SOS

Adı dillərə dastan Qarabağ atları... Qızılı-kürən rəngini günəşdən, güc və qüdrətini dağlardan alan bu atlar Asiya və Qafqazda ən qədim at cinsi hesab edilir.

Qarabağ atı hündürlüyü və çevikliyi, möhkəm bədən quruluşuyla seçilir. Qarabağ atını digər atlardan fərqləndirən əsas əlamətlər onun parıldayan narıncı rəngdə olmasıdır. Yalı və quyruğunun ucu qızarmış, tünd-şabalıdı rəngdə olur. Dərisi nazik, tükləri yumşaq və parıltılıdır.

Qarabağ atçılığının inkişafı Xanlıqlar dövrünə təsadüf edir. Bu dövrdə cinsin ən tipik nümunələri Qarabağ xanları Pənah xanın, İbrahim xanın, Mehdiqulu xanın, Cəfərqulu xanın və Xurşidbanu Natəvanın (Usmiyevlərin) fermalarında yetişdirilib.

Bəs hazırda Qarabağ atlarıyla bağlı vəziyyət necədir? Qarabağ atlarının sayının artırılması, beynəlxalq aləmdə təbliği üçün hansı işlər görülür?

Mövzuyla bağlı Faktor.az-ın həmsöhbəti Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin üzvü Günay Rəhimbəylidir. O, həmçinin Almaniyada fəaliyyət göstərən “İG Karabagh and Eurasian horse breeds” (Qarabağ və Avrasiya at növlərinin dəstəklənməsi və inkişafı) təşkilatının Azərbaycandakı təmsilçisidir.

Müsahibimiz Qarabağ yarış atlarının təmsil olunduğu bir çox tədbirlərdə, sərgilərdə iştirak edir.

“Almaniyada Qarabağ atlarına bizdən qat-qat yaxşı baxırlar”

Günay Rəhimbəyli Almaniyada Qarabağ atlarına xüsusi diqqət yetirildiyini bildirir:

“İG Karabagh and Eurasian horse breeds” təkilatının rəhbəri Verena Şolianın dəvətiylə 2015-ci ildə Almaniyaya getdim. Orda Qarabağ atlarına bizdən qat-qat yaxşı baxırlar. Atlara xüsusi yemlər, vitaminlər verilir. Onlar böyük düzənliklərdə, meşə ətrafında saxlanılıb, çoxaldılırlar”.

Qarabağ atlarının passport problemi…

Həmsöhbətimiz deyir ki, Almaniyadakı Qarabağ atlarının passport problemi uzun müddət həll olunmasa da, bu günlərdə məsələylə bağlı müsbət nəticə əldə olunub:

“Alman qanunlarına görə, at hara aiddirsə, passport oradan alınmalıdır. Verena Şolian mənim də vasitəmlə bununla bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsə də, “yox” cavabı alırdı. Təmsilçi kimi bu işin üzərində çox çalışdım. İnam Kərimov nazir təyin edildikdən sonra Kənd Təsəsrrüfatı Nazirliyinə müraciət etdim. Ancaq heyvandarlıq şöbəsindən istiqaməti başqa yerə dəyişirdilər. Bundan sonra müxtəlif məmurlara məktub yolladım, almanların məktublarını da əlavə etdim. Baş nazir Novruz Məmmədov məktubları yenidən Kənd Təsərərrüfatı Nazirliyinə yönləndirdi”.

Bu günlərdə Verena Şolian, Silke Ehrenberger və Silke Dehe Bakıya 10 dəfədən artıq səfər ediblər. Bu dəfə qonaqlar Azərbaycan Atçılıq Federasiyasının dəvəti ilə gəliblər. Səfər çərçivəsində qonaqlar Azərbaycan Atçılıq Federasiyasında və Kənd Təsərrüfatı Nazirliyində görüşlər keçiriblər.

Almaniyada fəaliyyət göstərən təşkilatın yetişdirdiyi Qarabağ atlarının pasportlaşdırılması məsələsi müzakirə olunub. Günay Rəhimbəyli ümid edir ki, bu görüşlərdən sonra passport məsələsi tezliklə həllini tapacaq.

“Atların yetişdirildiyi təsərrüfatlarda vəziyyət yaxşı deyil”

Müsahibimiz xarici təşkilatların nümayəndələri ilə barabər, Qarabağ atlarının yetişdirildiyi xüsusi təsərrüfatlarda da olub. Ancaq gördükləri heç də onu qane etməyib:

“Qarabağ atlarının sayı getdikcə azalır. Prezident İlham Əliyev sərəncamı ilə Qarabağ atlarının inkişafı üçün 7 milyon manat pul ayrılıb. Ancaq təsərrüfatlara atları saxlamaq üçün maddi vəsait, yem verilmir. Onlar yalnız atları yetişdirib satmaqla müəyyən məbləğ qazanırlar. Oğuzdakı təsərrüfatın vəziyyəti daha ağırdır. Təsərrüfatçılar özləri qaçqın, maddi vəziyyətləri aşağıdır. Göyçaydakı təsərrüfatda isə durum nisbətən qənaətbəxş idi ”.

“Qarabağ atlarının təbliğiylə bağlı maddi dəstək yoxdur”

Günay Rəhimbəyli gözlənilən növbəti tədbirlərdən də danışıb. O bildirib ki, bu işlərdə maddi çətinlik yaşayır:

“Bu ilin Aprel ayında Velena Şolianın “İG Karabagh and Eurasian horse breeds” təşkilatının yaranmasının 25 illiyi ilə bağlı tədbir keçiriləcək. Bundan başqa, İsveçrədə yerləşən, Qarabağ atlarının da yetişdirildiyi “Lindenhof” təşkilatının rəhbəri Hans Hutmacher qarşılıqlı təcrübə üçün məni ora dəvət edib. Ancaq viza, bilet, digər məsələlərlə bağlı maddi dəstək lazımdır. Müəyyən yerlərə müraciət etsəm də, müsbət cavab almamışam. Bu işlərdə bütün xərclər öz üzərimə düşür ki, bu da mənim üçün çətindir. Ailəm Qarabağda vuruşub, uşaqlığım sıxıntılı keçib. Elə olurdu ki, çörək tapa bilmirdik, çünki, atam əsgərlərə aparırdı. Ancaq bu gün kimsə Qarabağ atlarının təbliği işində mənə maddi kömək etmir. Sərgilərdə, tədbirlərdə iştirak edəndə həm də, Qarabağın işğalıyla bağlı danışırıq. Mən bunları vətənim üçün edirəm”.

Şəfanə Əfqanqızı










SON XƏBƏRLƏR
Dünyanın ən güclü orduları bəlli oldu - Neçənci yerdəyik?
"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR
Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb - SİYAHI
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
İrəvanda etirazlar: Parlament binası mühasirəyə alındı
Şəhid Milli Qəhrəman Fazil Mehdiyevin doğum günüdür - VİDEO
Hirkan Milli Parkının ərazisində yanğın başlayıb - YENİLƏNİB
Rəşad Atakişiyevin nəşi TAPILDI
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"