Qarabag Media
Haqqımızda Əlaqə

"Millət" və "Xalq": oxşarlıqlar və ziddiyyətlər... 1. Yazı


Tarix:19-11-2015, 09:01 Kateqoriya:Manşet / Yazarlar

"Millət" və "Xalq": oxşarlıqlar və ziddiyyətlər... 1. Yazı

Dos. Dr. Faiq ƏLƏKBƏROV
Bu gün “millət” və “xalq” anlayışları haqqında dəqiq təsəvvür yoxdur. Hələ, orta əsrlərdə müsəlman ölkələrində «millət» sözü dini mənsubiyyətlə bağlı olaraq, ümumilikdə müsəlman əhalisinə, ya da hər hansı məzhəbə, təriqətə, eləcə də dini icmaya və cəmiyyətə aidiyyətini göstərirdi. Belə ki, «Ərəb və fars sözləri lüğəti» kitabında ərəb dilindəki «millət» sözünün üç izahı var: 1. Əhali, xalq; 2. Təriqət, məzhəb; 3. Dini icma və yaxud cəmiyyət. Avropada isə «millət» termini 1830-cu ildən sonra işlədilmişdir. Bu vaxta qədər Avropa ölkələrində «millət» yalnız cəmiyyətin yuxarı təbəqəsinə-aristokratlara, eləcə də sonralar tacir birliklərinə və tələbələrə aid edilmişdir. Avropada sonralar “millət” və “xalq” sözü müəyyən mənada bir-birindən fərqləndirilmiş, «millət» - əhalinin şüurlu və fəal hissəsini, «xalq» - isə siyasi və sosial baxımdan passiv, ətalətli kütləni ifadə etmişdir.

XX əsrdə «etnos», «milliyyət», «millət», «xalq» anlayışları ilə bağlı Azərbaycan türk ideoloqu Məhəmməd Əmin Rəsulzadə yazırdı ki, qədimdə «ümmət» ilə «millət» arasında fərq olmayıbsa, hazırda bu fərqi görmək və bu anlayışları bir-birindən fərqləndirmək lazımdır: O, dili millətin varlığının əsas amili kimi verir: «Dil milliy­yə­tin hamısını təşkil etməsə də, yüzdə doxsanını vücuda gətirən böyük bir amil­dir. Bir milliyyəti məhv edib aradan götürmək qəsdində olan siyasilərdə əsl bunun üçündür ki, təmsil (assimilyasiyon) əməliyyatı icra edərkən ən birinci fikirləri­ni dilə verər və ən əvvəl bir millətin dilini yaddan çıxarmağa səy edərlər». Ona görə, milliyyəti və milləti yalnız dil deyil, soykök, mədəniyyət, adət və əxlaq, tarixi ənənələr də ifadə edir. Sonralar Rəsulzadə Qərb alimləri Madzi və Durkheymin fikirlərini təhlil edərək millət və milliyyət anlayışlarını bir qədər də dəqiqləşdirir: «Millət anlamını ifadə üçün dilimizdə iki söz vardır: «Milliyyət» və «Millət». Bunlardan birincisi lisani, dini, irqi, qövmi, tarixi, coğrafi, iqtisadi və siyasi amillərin təsiri ilə meydana gələn etnik bir topluluğu ifadə edir. İkincisi, isə bu topluluqdan doğan ümumi bir iradəni anladır».

M.Ə.Rəsulzadə «millət», «milliyyət» və xalq, «etnos» anlayışların tərifini verərkən ustadı saydığı, XIX əsrin böyük Azərbaycan-türk ziyalısı, filosofu Şeyx Cəmaləddin Əfqaniyə dəfələrlə müraciət etmişdir. Əfqani Rəsulzadədən öncə yazırdı ki, qohumluq və yaxınlıq dairəsi genişlənəndə ailə vəhdəti aradan qalxır, onun yerinə çoxlu ailələrin və insanların cəmindən ibarət olan qəbilə vəhdəti meydana gəlir. Əfqani də millətin varlığında dil birliyini ən vacib amil saymışdır: «Əgər dil birliyi olmasa, milli vəhdətin həqiqi mahiyyəti və həyat gücü ola bilməz». Onun fikrincə, insanları bir-birinə bağlayan iki vacib şeydən biri dil birliyi (milli vəhdət) isə, digəri din birliyidir.

Çağdaş dövrdə etnos, millət və xalq anlayışlarının izahını və şərhini verən Azərbaycan tədqiqatçıları yazırlar ki: «Millət (lat. natio tayfa, xalq) – tarixən kapitalizmin meydana gəlməsi, feodal pərakəndəliyinin dəf edilməsi, təsərrüfat əlaqələrinin güclənməsi, ədəbi dil bazasında savadlılığın yayılması, milli mənlik şüurunun möhkəmlənməsi ilə səciyyələnən etnos tipidir». Bu anlamda, millət vahid etnik kökdən olan toplum yox, müəyyən dövlətə öz dövləti kimi baxan insanlardır. Xalq isə hər hansı dövlətdə yaşayan əhalinin cəmidir. BMT-də də «millət» və «xalq» anayışları sinonim kimi işlənir. Bu mənada «millət» müxtəlif insan birliklərini ifadə edir ki, xalq və yaxud millət etnosla identikdir. Etnosla bağlı isə belə fikirlər vardır ki, etnos, bir-birinə oxşayan, eyni cür düşünən insanların sabit birliyidir

«Milliyyət», «etnos», «millət», xalq anlayışlara yuxarıda verilən onlarla təriflər də göstərir ki, bu məsələlərlə bağlı elmi, fəlsəfi ədəbiyyatda birmənalı fikir yoxdur. Bu anlayışlar, o cümlədən «millət»lə bağlı elmi ədəbiyyatda 300-dən çox tərif mövcudur ki, bu da hər bir xalqın özünəməxsusluğu, dini-fəlsəfi dünyagörüşü, milli ideologiyası və s. ilə bağlıdır. Fikrimizcə, «milliyyət», yaxud «etnos» dedikdə dili, soykökü, adət və əxlaqı, məişət ümumiliyi və s. bir olan tayfalar başa düşülməlidir. Ümumiyyətlə, etnosun sinonimi milliyyətdir və burada başlıca sırf dil, kök, adət-əxlaq və yurd birliyidir. Ancaq bu mənada «milliyyət» və «etnos» siyasi-ideoloji əhəmiyyət kəsb etmir. Etnos siyasi-ideoloji mənada meydana çıxanda, artıq «millət» anlayışı yaranar. Bu da, daha çox dövlətin yaranması ilə bağlıdır. Yəni «etnos» və «milliyyət»ə yeni məna verən dövlət olduğu üçün, burada konkret bir etnosun hakimiyyətindən söz açmaq artıq çətinləşir. Ən yaxşı halda konkret bir etnosun hakim üstünlüyündən söhbət gedə bilər, ancaq həmin dövlətin tərkibindəki bütün etnosları eyniləşdirmək, eyni bir soya, dilə, mədəniyyətə, dinə və s. malik olduğunu söyləmək isə qətiyyən mümkün deyil.Görünür, qədim dövrlərdə və orta əsrlərdə mövcud olmuş dövlətlərdə bu məsələlər bir o qədər vacib olmadığı üçün, indi Midiya, Atropatena, Albaniya və b. dövlətlərin etnik tərkibi və dili ilə bağlı kifayət qədər uyğunsuzluqlar meydana çıxmışdır. Etnik kimlik və dilin müəyyənləşməsində etnos və milliyyətə dar mənada, konkretlik baxımından yanaşmaq lazımdır. Etnos və milliyyətlə müqayisədə «millət» məfhumu daha geniş anlayışdır və dar çərçivə ilə məhdudlaşdırıla bilməz.

«Millət» tarixən müəyyən bir ərazidə yaşamağa məcbur olan, iqtisadi münasibətlərə malik, bir çox hallarda eyni bir dinə tapınan, zaman-zaman soyca, dilcə, mənəviyyatca qohumlaşan həm birsoylu, birdilli tayfaların (məsələn, türksoylu, türkdilli), həm də fərqli soylu, fərqli dilli tayfaların (türksoylu-türkdilli, irandilli, qafqazdilli və b.) siyasi-ideoloji mənada birliyidir. Bu siyasi birliyin ən bariz nümunəsi dövlətin yaranmasıdır. Dövlətlərin, imperiyaların yaranması ilə, hakim və ya qeyri-hakim vəziyyətdə olmalarından asılı olmayaraq, eyni bir hakimiyyətin sərhədləri çərçivəsində yaşamağa məcbur olan, bəzən soykökü baxımdan türk olmayan tayfalar türkləşərək daha çox türklüyü, azərbaycanlılığı başqa halda isə soykökü fars olmayan tayfalar farslaşaraq farslığı, iranlılığı ifadə etmişlər. Doğrudur, hansı etnosun və etnosların (türkdilli, irandilli, qafqazdilli və b.) hakimiyyətdə olması, ümumilikdə həmin dövlətin ərazisində yaşayan, ancaq hakim etnosla bağlı olmayan tayfaların çox vaxt assimilyasiyası ilə nəticələnmişdir. Ancaq unutmaq olmaz ki, bu proses əsrlər boyu yalnız bir istiqamətdə baş verməmiş, qarşılıqlı şəkildə olmuşdur.

Beləliklə, müxtəlif dövrlərdə soykök və dil baxımdan qohum və yad etnoslar bir-biri ilə qaynayıb-qarışmışdır ki, artıq «millət» anlayışı çərçivəsində farslaşmış türklərə, türkləşmiş farslara, almanlaşmış fransızlara, fransızlaşmış almanlara və b. rast gəlmək mümkündür. Bu baxımdan, tarixən, soykökü fars, kürd, ləzgi, talış və s. olmasına baxmayaraq, türkçülüyə, azərbaycançılığa xidmət edən ziyalılar, dövlət adamları, eləcə də soykökü türk olub farsçılığa, irançılığa xidmət edən tarixi şəxsiyyətlər, mütəfəkkirlər də olmuşdur. Bütün bunlara baxmayaraq əsrlər boyu «hakim millət», «əsas millət» anlayışı da öz yerini qoruyub saxlamışdır ki, bu da dövlətin özəyini təşkil edən əsas etnoslar və milliyyətlə bağlıdır. Deməli, «millət» anlayışı dövlətin yaranması ilə bağlı nə qədər siyasi-ideoloji məna daşısa da, ona yad olan tayfalarla bu və ya başqa dərəcədə qaynayıb-qarışsa da, o, özünün başlıca, qohum etnoslarından təşkil olunmasını heç vaxt inkar etməmişdir və edə də bilməz. Belə ki, «millət» anlayışı dövlətçilik baxımından nə qədər siyasi-ideoloji məna daşıyıb, bir-birinə qohum və qohum olmayan etnik qrupları özündə ehtiva etsə də, bir o qədər də onun yaranmasında və dövlət kimi meydana çıxmasında başlıca rol oynayan vahid etnos(lar) və milliyyətlə bağlıdır.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
İlk əsgər məzarlığı salınır: Müharibəyə hazırlıqdır? – Zakir Həsənov
Bu gün Azərbaycanda Bilik Günüdür
Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir
Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri - FOTOLAR
Piyadalara qarşı cərimələri yol polisi yazacaq - RƏSMİ
Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər
Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Qazaxıstanda silah anbarı partladı
Türkiyədə ard-arda iki güclü zəlzələ olub
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
Mirşahin Ağayevə medal verildi
Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etmədi? - Kod adı ZƏFƏR olan türk genaralı danışdı - EKSKLÜZİV
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
Türkiyədə siyasi proseslər DƏYİŞİR - Ərdoğanın partiyası niyə parçalanır?
Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” - VİDEO
MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ- III Yazı
Əhməd Davudoğlu AKP-dən istefa verib
Özbəkistan Türk Şurasının üzvü olacaq
2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri
“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri
Qarabağ icması Fransa hökumətinə çağırış edib
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib
İnsanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir
Mehriban Əliyeva Kürdəxanıda parkın açılışında - FOTO
Rövşən Rzayev: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB