Qarabag Media
Haqqımızda Əlaqə

Dörd saat söhbət, dörd kəlmə söz, dörd qəpiklik inam


Tarix:17-01-2019, 22:23 Kateqoriya:Manşet / Siyasət

Dörd saat söhbət, dörd kəlmə söz, dörd qəpiklik inam

ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici siyasət idarələrinin rəhbərləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında dörd saatlıq görüşdən ictimaiyyətə dörd kəlmə belə açıqlanmaması, istər-istəməz hər kəsdə məşhur bir mahnıda verilən bu sualı dilə gətirir: "bu oyunda kim uduzdu, kim uddu, peşimanı kim olacaq?" - bilmirəm. Hələ bu azmış kimi güya onlar hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını da müzakirə ediblər.

Cənablar, otuz ilə yaxındır Qarabağ həsrəti ilə yaşayan Azərbaycan xalqı üçün maraqlıdır axı, "danışıqlarda daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla faydalı və çox müsbət fikir mübadiləsi aparılıb" deyəndə, siz hansı faydanı nəzərdə tutursunuz? Əgər bu görüşdə həqiqətən "faydalı və çox müsbət fikirlər" dilə gətirilibsə, o zaman bunu açıq deməyə sizə kim mane olur? Baxın, elə siz özünüz "hər iki tərəfin əhalisinin sülhə hazırlanma yolları" barədə müzakirə etdiyinizi deyirsiniz, o zaman buyurun deyin, qoy tərəflər "sülh donunu" geyinsinlər görək bu don kimin əyninə "dar" və ya "gen" olacaq?!

Artıq müvafiq qurumlar bilməlidirlər ki, Dağlıq Qarabağla bağlı hər görüşdən sonra xalqın başının altına ümumi sözlərdən "tikilmiş" yastıq qoymaq zamanı deyil. Bu "yastıqdan" illər uzunudur başı və qulaqları döyənək olan xalqa bir dəfəlik qorxmadan, hətta soyulacağını bilsəniz belə İmadəddin Nəsimi kimi "həqqi" demək lazımdır. Çünki indi daha daxili və xarici auditoriyaya yönəli ifadələr heç bir halda keçərli olmur. Qarabağ məsələsi demək olar ki, bütün Azərbaycan cəmiyyətini siyasiləşdirib deyə, artıq kiminsə başını ümumi sözlərlə tovlamaq mümkün deyil.

Bir ara "substantiv" və "kreativ" sözləri diplomatların dilində əzbər olmuşdu. Aparılan danışıqlar adətən bu sözlərlərin kölgəsində gizlədilirdi. Hərçənd müasir ingilis dili lüğətinə əsasən "kreativ" sözü - problemə, yaxud situasiyaya yeni baxış bucağından nəzər yetirmək üsulu, yeni ideya, fikir və ya fiziki obyektlərin yaradılması ilə bağlı fəaliyyət, həmçinin "substantiv" sözü isə əsaslı, ciddi, həqiqi və real kimi tərcümə olunsa da, amma bu sözlər cəmiyyətə elə təqdim olunurdu ki, sanki Qarabağın həlli yolu elə bu sözlərdən asılı idi. Belə olan halda isə ölkə ictimaiyyəti Qarabağla bağlı danışıqların hansı müstəvidə aparıldığını sadə dildə anlamaq üçün, məcbur olaraq digər ölkə siyasətşünaslarının vasitəsilə məlumatlanmağa çalışır.

Sözsüz ki, iki qonşu arasında dava-dalaş əbədi ola bilməz, buna nə vaxtsa son qoyulur və iki tərəf arasında sülh sazişi bağlanır. Amma sülh deyilən nəsnə o zaman bağlana bilir ki, iki münaqişə və ya müharibə tərəflərini bir araya gətirib hansının haqlı və haqsız olduğunu ədalətlə müəyyən etmək istəyən böyük dövlətlər, həmçinin beynəlxalq təşkilatlar olur. Əslində belə böyük dövlətlər və beynəlxalq təşkilatlar var, amma onların mövqeyi nədənsə qulaqardına vurularaq hələ də həyata keçirilmir. Maraqlıdır ki, rəsmi Bakı güc yolunu nəinki işə salmaq, hətta dilə gətirəndə hayların "ermənişüvənliyi" dünyanı bürüyür. Digər tərəfdən isə Cənubi Qafqazda müharibənin alovlanmasını istəməyən Rusiya bundan daha çox narahat olduğunu gizlətmir.

Amma bununla yanaşı, Beynəlxalq Avrasiya Hərəkatının lideri rusiyalı ideoloq Aleksandr Duqin - "Paşinyanın davranışı qeyri-sabitliyi ilə seçilir. O, Qarabağ probleminin nizama salınması üzrə Ermənistanın keçmiş rəhbərliyinin işğal olunmuş beş rayonun Azərbaycana qaytarılması haqqında vasitəçilərlə, o cümlədən Rusiya ilə birlikdə əldə olunmuş çox ciddi razılaşmalardan imtina etdi" - deyir.

Doğrudur, Rusiya Ermənistana "paşalıq" edən Paşinyanı qazla boğmağa çalışsa da, hələki o, öz bildiyini "dədəsinə" vermək istəmir.

Bəlkə də elə bu üzdəndir ki, rusiyalı ideoloq qazla yanaşı rəsmi Moskvanın Ermənistana "başqa təsir vasitəsi" olduğunu nəhayət ki, açıq şəkildə dilə gətirərək - "Putin Ermənistana deyə bilər: Baxın, biz həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik, Qarabağı hər zaman onun bir hissəsi hesab etmişik. Biz Qarabağ münaqişəsinin müharibə yolu ilə həllinin qəti əleyhinəyik, amma gəlin işğal olunmuş Dağlıq Qarabağın bütün ərazisində Azərbaycanın konstitusion hüquqlarını bərpa edək. Əgər Rusiya üçün də özünün Cənubi Qafqazda sülhməramlı missiyasının səmərəliliyinin nümayiş etdirilməsi baxımından vacib olan Dağlıq Qarabağa bitişik olan 5 rayonun könüllü yolla qeyd-şərtsiz qaytarılması üzrə razılaşmaları reallaşdırmaq istəməsəniz, onda gəlin başqa istiqamətdə irəliləyək... Rusiyanın bu tezisi səsləndirməsindən sonra şərait qorxulu istiqamətdə dəyişəcək. Və Rusiyadakı heç bir böyük erməni diasporu Paşinyanın köməyinə çata bilməz" - deyir.

İlk baxışda Duqinin bu söylədikləri Bakı üçün nə qədər xoş səslənsə də, amma onun Rusiyanın Cənubi Qafqazda sülhməramlı missiyasının səmərəliliyinə işarə vurması heç də ürəkaçan deyil. Çünki bu, siyasi spekulyasiya yolu ilə Rusiya hərbçilərinin Azərbaycan ərazisinə yenidən qayıtması deməkdir. Belə olan halda isə heç şübhəsiz ki, Azərbaycan Türkiyə hərbçilərindən ibarət sülhməramlıları ölkəyə dəvət etməlidir. Yəni, əgər Dağlıq Qarabağ problemi mərhələli həll prinsipi ilə qaytarılacaqsa, o zaman bu bölgəyə Rusiya ilə yanaşı Türkiyə sülhməramlıları da mütləq gəlməlidir. Doğrudur bu, Rusiyanı müəyyən mənada narahat etsə də, amma rəsmi Bakı bunu bir şərt olaraq irəli sürməlidir.

Dağlıq Qarabağ probleminin mərhələli həlli ilə yanaşı, qarşılıqlı güzəştlərə gedilməsinə gəlincə isə münaqişənin sülh yolu ilə nizamlanmasına başlamaq üçün Duqin Ermənistanın əvvəlcə 5 rayon, sonra daha 2 rayon qaytaracağını güman edir. O, bunu Ermənistanın güzəşti hesab etmir. Əksinə bunun əvəzində Ermənistanın dünyaya açılacağını, beynəlxalq iqtisadi layihələrdə iştirak edə biləcəyini, iqtisadiyyatını dirçəltməyə başlayacağını qeyd edir. A.Duqinin dediyinə görə Azərbaycan isə Rusiya, İran, Türkiyə və digər regional güclərin nəzarəti altında blokadanı götürür, azərbaycanlıların və ermənilərin qarşılıqlı fəaliyyəti, onların dinc şəraitdə birgə yaşayışı istiqamətində proseslər başlayır. Onun fikrincə əsas hədəf - sülhdür. Duqin: "Əgər 2019-cu ildə nizamlanma prosesində irəliləyiş olsa, bu, böyük qələbə olacaq. Bunun üçün beynəlxalq şərait də mövcuddur. Rusiya və Azərbaycan buna hazırdırlar. İndi söz İrəvanındır" - deyir.

Əslində söz neçə illərdir ki, elə İrəvanındır. Amma özünü qalib ölkə kimi dünyaya göstərən Ermənistan mütamadi olaraq siyasi və iqtisadi böhranda boğulsalar da, amma kürəklərini hələ ki yerə vurmaq istəmirlər.

Amma ölkə prezidenti İlham Əliyev 11 yanvar 2019-cu ildə Nazirlər Kabinetinin ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Dağlıq Qarabağ probleminə toxunaraq, "Bu məsələ yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir, Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır" deməklə, rəsmi Bakının haqlı mövqeyinin dəyişməz olaraq qaldığını bir daha sübut etmiş oldu.


Dörd saat söhbət, dörd kəlmə söz, dörd qəpiklik inamÖz xalqının gücünə inanan diplomat həmişə özünə inamlı və istənilən görüşdə güclü olur. Nə qədər ki, Qarabağla bağlı danışıq aparanlar "örtülü bazar" edəcəklər, bu, ictimaiyyətlə dostluğu pozacaq. Dörd saat söhbət edib xalqa dörd kəlmə söz deməmək, bu ən azı öz xalqına dörd qəpiklik inamın olmaması deməkdir.


Mübariz Azərbaycanlı, müstəqil jurnalist

____________________________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
"Barış Pınarı" əməliyyatı çərçivəsində 1200-ə qədər terrorçu zərərsizləşdirilib
SOCAR və “Uzbekneftqaz” birgə müəssisə yaradacaq
İlham Əliyev Sumqayıt bulvarında yaradılan şəraitlə tanış olub
Bəxtiyar Hacıyev Ata Abdullayevin Paşinyanla görüşündən yazdı
Cəsədi döyüş meydanında qalan 19 yaşlı şəhid - Milli Qəhrəman Mehman Sayadovun doğum günüdür
BDU-nun yataqxanasında ölən qızın kimliyi bilindi + YENİLƏNİB
Kliniki Tibbi Mərkəzin baş həkimi: "Zəhərlənən tələbələr şok vəziyyətindədirlər"
Ağır iqtisadi vəziyyətdə olan İran Rusiyadan 5 milyard dollar kredit istəyib
Əli Əsədovdan ikili diplomla bağlı QƏRAR
Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
Prezident Sumqayıtın 70 illiyinə həsr olunan tədbirdə iştirak edib
Tehran ABŞ-a nota göndərib
Mehriban Əliyeva Rusiyaya rəsmi səfərə getdi
Azərbaycan əhalisinin sayı açıqlandı
4 rayonda "ASAN Xidmət" açılacaq
"Bu variant üzərində işləyək" – Paşinyandan Qarabağ təklifi
Əfqan Abdullayev Təhsil Nazirliyində yeni vəzifəyə təyin edilib
Həssas qruplardan olan uşaqlara göstərilən xidmətlərə həsr edilmiş tədbir keçirilib
“Qoy məni öldürsünlər, dörd yerə parçalasınlar, amma qanunlar işləməlidir, bəsdir artıq...”
Ölümə doğru uçuş, göz yaşı tökdüyü yerdə qazılan məzar – Şəhid ziyalılarımız
Milli Qəhrəman Əliabbas İsgəndərovun doğum günüdür
Hakimiyyət qorxuya düşüb – “Traxtur” komandasının Təbrizdə keçirəcəyi görüş ləğv olunub
İsrail Suriyada 20-dən artıq hədəfi vurdu
İsgəndər Həmidov siyasətdən getdi: “Daha yaşlanmışam...”
AVRO-2020: Azərbaycan yığması son matçda da uduzdu - YENİLƏNİB
Qarakənd faciəsindən 28 il ötür
Bu il Azərbaycanda 12 mindən çox ailə dağılıb
Nazarbayevin qızının Sərkisyan sevgisi... (ŞƏRH)
Mina Abbasova 312 gimnast arasında 2-ci yerə çıxdı
Azərbaycanla Qazaxıstanı birləşdirəcək TransXəzər optik magistralının tikintisinə başlanıldı