Qarabag Media
Haqqımızda Əlaqə

Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması üzrə razılığa gəlinib”


Tarix:17-01-2019, 00:16 Kateqoriya:Manşet / Siyasət

Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması üzrə razılığa gəlinib”

“Azərbaycan və Ermənistan xarici işlər nazirləri əhalinin sülhə hazırlanması üzrə konkret tədbirlərin görülməsinin zəruriliyi ilə bağlı razılığa gəliblər”.

Karabakhmedia.az xəbər verir ki, bu barədə Parisdə keçirilən görüşün yekunlarına dair ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaydığı bəyanatda bildirilir.

Bəyanatda bildirilir ki, həmsədrlər İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) yanvarın 16-da Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan XİN rəhbəri vəzifələrinin icraçısı Zöhrab Mnatsakanyan ilə görüşüblər.

Bildirilir ki, həmsədrlər XİN rəbərləri ilə əvvəlcə ayrıca, sonra isə birgə görüş keçiriblər. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edib. Bu, iki nazirin dördüncü görüşü olub: “"Fransanın xarici işlər və Avropa üzrə dövlət katibi Jan-Batist Lemuan iştirakçılarla danışıqlara yekun vurub. Həmsədrlər Yelisey sarayında qəbul ediliblər, orada prezident Emmanuel Makronun aparıcı diplomatik müşavirlərini məlumatlandırıblar.

İştirakçılar nəticəyə hesablanmış intensiv danışıqlara imkan verən şəraitin dəstəklənməsi üzrə tərəflərin daimi səylərinə görə nazirlərə təşəkkürlərini bildiriblər.

Nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı geniş məsələlər dairəsini müzakirə ediblər və əhalinin sülhə hazırlanması üzrə konkret addımların atılması zəruriliyi barədə razılığa gəliblər.

Görüşlər zamanı həmsədrlər nazirlərlə danışıqlar prosesinin hazırkı mərhələsi üçün əsas prinsip və ölçüləri nəzərdən keçiriblər.

Nazirlər və həmsədrlər danışıqlar prosesinə güclü müsbət dinamika vermək üçün Azərbaycan və Ermənistan liderləri arasında mümkün sammitin keçirilməsi istiqamətində növbəti addımların atılması məsələsini nəzərdən keçiriblər.

Həmsədrlər regionun iqtisadi potensialının reallaşdırılması istiqamətində mümkün qarşılıqlı faydalı təşəbbüslərin mühüm olduğunu qeyd ediblər”.

Qeyd edək ki, həmsədrlər yaxın vaxtlarda iki ölkə lideri ilə görüşməyi planlaşdırırlar.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Məmmədyarovla Mnatsakanyanın görüşməmə səbəbi açıqlandı
Sultan bəyin məğlub etdiyi tayqulaq Andraniki Rotşildlər maliyyələşdirib — VİDEO
Ermənisayağı güzəşt
Saakaşvili qanında erməni qarışığının olmadığını genetik testlə sübuta yetirib
BALACA İSMAYILIN BÖYÜK İSTEDADI
Yeni nəzarət-kassa aparatlarının tətbiqi tezləşdiriləcək
Rövşən Rzayev Beyləqanda köçkünləri qəbul etdi
Soçi görüşü – Hər şeyin öz yerini tutduğu danışıqla
Yığılan vergi daha çox bu sahəyə xərclənir – Nazir açıqladı
Azərbaycan əhalisinin sayı açıqlanıb
Rafiq Hüseynovun barelyefinin açılışı oldu - FOTO
Azərbaycan və İran xarici işlər nazirləri Tehranda görüşəcək
Azərbaycanlılar Gürcüstan parlamentinin qarşısında aksiya keçirirlər
Yeddi dövlət Türkiyəyə qarşı bəyannamə imzaladı
Avropada qrip epidemiyası: ölənlərin sayı artır
Ölkədə ictimai rəyi araşdıracaq mərkəz yaradılır – Prezidentdən fərman
Şənbə gününün hava proqnozu: yağış, qar yağacaq
Avtomobillərin bahalaşmasının səbəbləri sadalanıb
Aleksander Çeferin yenidən UEFA prezidenti seçilib
Oqtay Şirəliyevin oğlu İSTEFA VERDİ
Prezident İlham Əliyev zəlzələ bölgəsinə gedib - FOTO
Şəhid polkovnik Raquf Orucovun oğlu: “Şəhidlərin hər biri bizik!”
Səni unutmaq olmur... - İlham QƏHRƏMAN - ŞEİRLƏR
Qaxda müğənni yol qəzasında öldü - FOTO
Bakıdan Güneyə dəstək: Kim qoşulacaq?
Yağış yağacaq, külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ
“Gəncliyin səsi” festivalına yekun vuruldu
“MONQOL-TATARLAR” MƏNBƏ VƏ RƏSMLƏRDƏ SARIŞINDIRLAR
Nəsimini sovet vətəndaşına çevirənlər
Qənirə Paşayeva Qovlar şəhərində şəhid ailələri ilə görüşüb