Qarabag Media
Haqqımızda Əlaqə

“Vikipediya”da Milli Qəhrəman İsrafil Şahverdiyev haqqında ingilis dilində məqalə yaradılıb


Tarix:14-01-2019, 13:25 Kateqoriya:Manşet / Cəmiyyət

“Vikipediya”da Milli Qəhrəman İsrafil Şahverdiyev haqqında ingilis dilində məqalə yaradılıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da Milli qəhrəmanlarımız haqqında müxtəlif dillərdə məqalələrin yaradılması prosesi uğurla davam edir.

MEK-dən Karabakhmedia.az-a bildiriblər ki, “Vikipediya”da Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdiyev haqqında ingilis dilində məqalə yaradılıb. Məqalədə İ.Şahverdiyevin həyatı və keçdiyi döyüş yolu barədə məlumat verilir. Qeyd edilir ki, Ermənistan silahlı birləşmələri torpaqlarımıza hücum edərkən İsrafil Şahverdiyev cəsur polis işçisi kimi ilk günlərdən Vətənimizin müdafiəsinə qalxıb. Qaladərəsi kəndində iki erməni kəşfiyyatçının və şəhid jurnalist Salatın Əsgərovanın qatillərinin ələ keçməsində İsrafil Şahverdiyevin böyük rolu olub. O, 1992-ci ildə Hoçaz qayası və Hoçaz kəndi uğrunda gedən qanlı döyüşlərdə onlarca erməni silahlısını məhv edib.

İ.Şahverdiyev 1994-cü il yanvarın 6-da Füzuli rayonunun kəndlərini azad etmək üçün öz bölüyü ilə döyüşə girib. Bu əməliyyat nəticəsində Horadiz qəsəbəsi və 22 kənd azad edilib. Cəsur komandirin son döyüşü 1994-cü il yanvarın 13-də olub. Bir neçə istiqamətdən hücuma keçən bölükdə ölən və yaralananlar olduğundan döyüşçü dostlarını xilas edən İsrafil pulemyotu işə salıb, lakin qarşı tərəfdən atılan güllə onun həyatına son qoyub.

Bakıdakı Şəhidlər xiyabanında dəfn edilən İsrafil Şahverdiyev ölkənin suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətən torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borcunun şərəflə yerinə yetirilməsindəki misilsiz xidmətlərinə görə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
İlham və Fərizə: əsl sevgi və sədaqət salnaməsi
20 Yanvar şəhidlərinin 29-cu ildönümü anılır
Həcərin nəticəsi: "Nənəm erməniyə ərə gedə bilməzdi..."
“Dövlətqaçqınkom”un 100-ə yaxın əməkdaşı qan verdi - FOTOLAR
“Vətənin ən qəhraman övladları və onların ailələri qarşısında baş əyirəm” - Amerika ordusunun azərbaycanlı polkovniki
Heçmi əlləri titrəmədi?
İranın Qarabağ məsələsinə yanaşması dəyişir?
Günay Rəhimbəylidən Qarabağ atları ilə bağlı - SOS
Ukrayna Rusiya ilə 49 sənədi ləğv etdi
Deputat: Ölümə ən çox ürək-damar xəstəlikləri səbəb olur
“Gördün... Elmira Qafarova kişi qızıdır”
Şəhid Fərid Əhmədovun doğum günüdür
Artıq müalicə üçün İrana getməyə ehtiyac yoxdur! - VİDEO
Polad Bülbüloğlu: "Bu il Qarabağla bağlı konkret addımlar atılacağına ümidvarıq"
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə AKİMOVA yazır
Muğam sənətinin inkişafı ilə bağlı addım atılacaq
Dörd saat söhbət, dörd kəlmə söz, dörd qəpiklik inam
OPEC Azərbaycanda 2019-cu ildə neft hasilatına dair proqnoz dərc edib
Yaxın Şərqdə xain plan: "Böyük Ermənistan", "Böyük Kürdüstan" və "Böyük İsrail"
Qasırğa və çovğun hanı? – Nazirlik vaxt dedi
Xəzərdə dalğanın hündürlüyü 5,3 metrə çatıb
Bakı Nəqliyyat Agentliyində TƏYİNAT
Ramil Usubov daha bir rəisin yerini dəyişdi
Skiflər, saklar, massagetlər, talışlar və azərilər
Azərbaycanla Rusiya arasında bir sıra ikitərəfli sənədlər təsdiqləndi
Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması üzrə razılığa gəlinib”
Sergey Lavrov Azərbaycan-Rusiya münasibətlərinə dair mühüm mesajlar verdi
Suriyanın paytaxtı Dəməşqə güclü qar yağıb
Putinə qarşı sui-qəsdin qarşısı alındı
"Struktur islahatları idarəetmədə çevikliyin daha da artırılmasına xidmət edir"