Qarabag Media
Haqqımızda Əlaqə

Gözündə bayraq daşıyan Qarabağ ayğırı - HEYRƏTAMİZ GÖRÜNTÜLƏR — VİDEO- FOTOLAR


Tarix:13-01-2019, 23:22 Kateqoriya:Manşet / Qarabağ

Gözündə bayraq daşıyan Qarabağ ayğırı - HEYRƏTAMİZ GÖRÜNTÜLƏR — VİDEO- FOTOLAR

Almaniyada fəaliyyət göstərən “İG Karabagh and Eurasian horse breeds” (Qarabağ və Avrasiya at növlərinin dəstəklənməsi və inkişafı) təşkilatının prezidenti Verena Şolian, vitse-prezident Silke Ehrenberger və jurnalist Silke Dehe Azərbaycanda səfərdədirlər.

Verena Şolian əslən Almaniyadandır və bütün həyatı boyu atlarla maraqlanıb. 1990-cı illərin əvvəllərində o, Azərbaycanın Qarabağ atı cinsini özü üçün kəşf edir. Bu növün gözəlliyi və dözümlülüyü onu valeh etmişdi və 1994-cü ildən başlayaraq, özü Qarabağ atı cinsini saxlamağa və yetişdirməyə başlayır.

Onun təsis etdiyi qeyri-kommersiya təşkilatının bütün dünyada 40-a yaxın əməkdaşı var. Təşkilat Qarabağ yarış atlarının yetişdirilməsi, dəstəklənməsi və geniş auditoriyaya təqdimatı ilə bağlı fəal iş aparır. Bu sahədə tərəfdaşlarla birgə dünya miqyasında iş görülür. Son onilliklər ərzində “İG Karabagh and Eurasian horse breeds” təşkilatı Azərbaycanın Qarabağ yarış atlarının təmsil olunduğu bir sıra tədbir və sərgilər keçirib.

Təşkilatın Azərbaycandakı təmsilçisi Günay Rəhimbəylidir.

Gözündə bayraq daşıyan Qarabağ ayğırı - HEYRƏTAMİZ GÖRÜNTÜLƏR — VİDEO- FOTOLAR

Bu, Azərbaycana ilk səfər deyil. Verena Şolian, Silke Ehrenberger və Silke Dehe Bakıya 10 dəfədən artıq səfər ediblər. Bu dəfə qonaqlar Azərbaycan Atçılıq Federasiyasının dəvəti ilə gəliblər.

Səfər çərçivəsində qonaqlar Azərbaycan Atçılıq Federasiyasında və Kənd Təsərrüfatı Nazirliyində görüşlər keçiriblər.

Səfərin məqsədi Almaniyada gəaliyyət göstərən bu təşkilatın yetişdirdiyi Qarabağ atlarının pasportlaşdırılması məsələsinin müzakirə olunmasıdır.

Səfər çərçivəsində təşkilatın nümayəndələri, həmçinin Almaniyada fəaliyyət göstərən “Turan Atları” layihəsinin meneceri Murat Adıgüzel və Günay Rəhimbəyli ilə birgə Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) olublar.

BAMF-ın prezidenti Umud Mirzəyev qonaqları salamlayıb və gördükləri mühüm işlərə görə onlara təşəkkür edib.

Görüş zamanı təşkilatın prezidenti Verena Şolian yetişdirdikləri atların çox sayda şəkillərinin əks olunduğu kitabı U.Mirzəyevə hədiyyə edib. O, kitabın məzmunu haqda qısa məlumat verib: "Kitabda gördüyünüz atların bəzilərinin adları Azərbaycan və türk sözləridir. Məsələn, "Sağol", "Salam", "İlkut", "Ağdam", "Şahin", "Sabah", "İpək". Bunlar Qarabağ, Quba və Ağdam atlarıdır.

Gözündə bayraq daşıyan Qarabağ ayğırı - HEYRƏTAMİZ GÖRÜNTÜLƏR — VİDEO- FOTOLAR

Təmiz Qarabağ atlarının sayının azalması ilə əlaqədar biz ona qohum cinsləri axtarıb, onları cütləşdirməli oluruq. Hələ ki, biz Qarabağ atlarını Turan (Türk) və eləcə də, Kabardin atları ilə cütləşdirməyi uğurla həyata keçirmişik".

Görüşdə iştirak edənlərin hamısının diqqətini kitabın üz qabığında atın gözünün təsviri və orada Azərbaycan bayrağının əksini tapması çəkib. Və bu, fotoşop deyil!

Verena Şolian bunun əvvəlcədən planlaşdırılmadığını deyib: "Atın şəklini çəkdiyimiz zaman, yanında əlində bayraqla bir həmkarımız durmuşdu. Biz əvvəlcə bunu görmədik, çünki şəkil çox kiçik idi və yalnız böyüdüldükdən sonra bayrağı gördük. Bu, heyrətamiz və çox gözəldir".

Umud Mirzəyev qonaqlara belə bir gözəl hədiyyə üçün təşəkkür edib:

“Bu, mənim üçün həyatımda aldığım ən böyük hədiyyələrdən biridir. Bu vaxta qədər çox hədiyyələr almışam, amma hesab edirəm ki, bu, ən dəyərlilərindəndir. Mən Qarabağda böyümüşəm və bu atların necə atlar olduğunu, nə qədər dəyərli olduğunu bilirəm. Tanrının onları necə bir incəliklə yaratdığının fərqindəyəm. Sizin hər birinizə təşəkkür edirəm. Qarabağın təbiəti də, insanları da münaqişə anlayışından tamamilə uzaq bir mahiyyət daşıyırlar. Bizim Qarabağ insanları həmişə sülhsevər olub, insanları barışa çağırıb. Bu gün işğal altında olan torpaqlarımıza həmin münaqişə kənardan gətirilib. Düşünürəm ki, sülh Qarabağda yenidən bərqərar olacaq, inşallah. Siz də bu atların məskənində gəzəcəksiniz. Sizin bu işləriniz, fəaliyyətiniz də əslində sülhə xidmət edir”.

“Turan Atları” layihəsinin rəhbəri Murat Adıgüzel də U.Mirzəyevə xatirə hədiyyəsi verib. O, rəhbərlik etdiyi layihə barədə danışıb: “Biz Qarabağ atları ilə yanaşı, Türkmənistan, Qazaxıstan, Qırğızıstan atlarının cütləşməsindən aldığımız nəsli Turan atları adlandırmışıq. Hədəfimiz gələcəkdə daha çox Qarabağ atlarına da sahib olmaqdır. Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan – hamısı öz millətimizdir. Azərbaycan isə mənim vətənimdir. Aramızdakı dostluq və qardaşlıq münasibətlərinin daha da sıx olmağını və hər zaman davam etməyini arzulayıram. Mənim ulu babalarım bu torpaqlarda canlarını verdiyi kimi, mən də öz qanımdan, canımdan keçməyə hazıram”.

Sonda qonaqlara hədiyyələr təqdim olundu. Xanım qonaqlar nəfis işlənmiş Azərbaycan milli geyim dəstlərini geyinib, xatirə şəkli çəkdirdilər.

Qeyd edək ki, atçılıq bütün türk xalqlarına məxsus çox qədim mədəniyyətdir. Azərbaycanın qədim bölgələrindən biri olan Qarabağ qədim dövrlərdən xüsusi at növləri - "Qarabağ yarış atları" ilə şöhrət qazanıb. Qarabağ at növləri yüksək dağlıq şəraitdə dözümlüyü, sakit davranışı və tünd şabalıdı rənginə görə qiymətləndirilir.

Gözündə bayraq daşıyan Qarabağ ayğırı - HEYRƏTAMİZ GÖRÜNTÜLƏR — VİDEO- FOTOLAR

1993-cü ilin avqustunda Ermənistan qoşunları Qarabağın işğalını həyata keçirərkən Ağdam atçılıq zavodunu ələ keçirmişlər. Lakin zavodun at baxıcıları şəhərin işğalına az qalmış Qarabağ atlarını buradan çıxarmağı bacarıb. İşğal illərində at baxıcıları bu cinsin bütün xüsusiyyətlərini qoruyaraq, Qarabağ atının yeni nəslini yetişdirməyə müyəssər olublar.

Təşkilatın Azərbaycandakı təmsilçisi Günay Rəhimbəylidir. Qarabağ atlarının dünyada tanıdılmasında və Avropalı qonaqların Azərbaycana gəlməsində Günay xanımın böyük xidmətləri olmuşdur. O, üç ilə yaxın çalışdıqdan sonra Azərbaycan respublikasının Baş Naziri Novruz Məmmədovun yaxından dəstəyi ilə bu uğura nail olmuşdur.

Qeyd edək ki, aprel ayının 6-da Almaniyadakı Qarabağ atları təşkilatının 25- illik yubiliey tədbiri keciriləcək və İsveçrədə yerləşən Qarabag atlarını təmsil edən təşkilatla 3 aylıq qarşılıqlı təcrübə aparılacaq. Qarabağ atları kimi əvəzsiz milli sərvətimizin beynəlxalq aləmdə tanıdılması və bu cür tədbirlərin keçirilməsi üçün xüsusi maliyyə dəstəyinə ehtiyac var.
Qarabağ atları ermənilər tərəfindən özününküləşdirə bilmədikləri dəyərimizdir.


Gözündə bayraq daşıyan Qarabağ ayğırı - HEYRƏTAMİZ GÖRÜNTÜLƏR — VİDEO- FOTOLAR

Gözündə bayraq daşıyan Qarabağ ayğırı - HEYRƏTAMİZ GÖRÜNTÜLƏR — VİDEO- FOTOLAR

Gözündə bayraq daşıyan Qarabağ ayğırı - HEYRƏTAMİZ GÖRÜNTÜLƏR — VİDEO- FOTOLAR

Gözündə bayraq daşıyan Qarabağ ayğırı - HEYRƏTAMİZ GÖRÜNTÜLƏR — VİDEO- FOTOLAR

Gözündə bayraq daşıyan Qarabağ ayğırı - HEYRƏTAMİZ GÖRÜNTÜLƏR — VİDEO- FOTOLAR

Gözündə bayraq daşıyan Qarabağ ayğırı - HEYRƏTAMİZ GÖRÜNTÜLƏR — VİDEO- FOTOLAR

Gözündə bayraq daşıyan Qarabağ ayğırı - HEYRƏTAMİZ GÖRÜNTÜLƏR — VİDEO- FOTOLAR

Gözündə bayraq daşıyan Qarabağ ayğırı - HEYRƏTAMİZ GÖRÜNTÜLƏR — VİDEO- FOTOLAR

Gözündə bayraq daşıyan Qarabağ ayğırı - HEYRƏTAMİZ GÖRÜNTÜLƏR — VİDEO- FOTOLAR

Karabakhmedia.az
____________________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Şəhid Natiq Babayev və Namiq Abdullayev Şəhidlər Xiyabanında anıldı (FOTOLAR)
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib