Qarabag Media
Haqqımızda Əlaqə

Şəhid Milli Qəhrəman İsrafil Şahverdiyev məzarı başında anıldı — FOTOLAR


Tarix:13-01-2019, 14:16 Kateqoriya:Manşet / Qəhrəmanlar / Cəmiyyət

Şəhid Milli Qəhrəman İsrafil Şahverdiyev məzarı başında anıldı — FOTOLAR

Bu gün Azərbaycan Milli Qəhrəmanı İsrafil Şahverdiyevin anım günüdür.

Karabakhmedia.az xəbər verir ki, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin təşkilatçılığı ilə yanvar ayının 13-də II Fəxri Xiyabanda Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdiyevin anım tədbiri keçirilib. Qəhrəmanın ailə üzvləri, onunla çiyin-çiyinə savaşmış döyüş yoldaşları İsrafil Şahverdiyevin məzarına gül dəstələri düzüblər.

Ziyarət iştirakçıları Milli Qəhrəmanın döyüş yolundan, onun torpaqlarımızın erməni işğalından müdafiəsində və azad olunmasında göstərdiyi şücaətdən danışıblar.

İsrafil Şahverdiyevin keçmiş döyüş yoldaşları, Laçın Rayon Polis Şöbəsinin rəisi olmuş polis polkovniki Akif Səlimov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin sədri Babək Asalanov, Laçın polis taborunun komandiri, polis mayoru Çingiz Abbasov, Laçın alayının qərargah rəisi olmuş Polkovnik-leytenant Rafiq Nağıyev, istefada olan polis mayoru Əlövsət Qasımov İsrafil Şahverdiyevlə bağlı xatirələrini bölüşüblər. Onun əsl insan, komandir, döyüşçü kimi daim Azərbaycan hərbçisi, zabiti, komandiri üçün nümunə olacaq insani keyfiyyətləri xüsusi vurğulanıb, gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olduğunu diqqətə çatdırıblar.

İsrafil Şahverdiyevin 1991-ci ildə Qaladərəsi kəndinin ermənilərdən azad edilməsidə, Hoçaz kəndi uğrunda gedən qanlı döyüşlərdə göstərdiyi şücaətdən və "Horadiz əməliyyatı"nda onun və rotasının keçdiyi şərəfli döyüş yolundan danışılıb.

Anım tədbirində çıxış edən digər döyüş yoldaşları İsrafil Şahverdiyevin döyüş yolundan bir çox epizodları xatırlayaraq onun nə qədər güclü bir döyüşçü olmsı və bugünkü gənclər üçün böyük örnək olduğu vurğulanıb.

Xatırladaq ki,İsrafil Şahverdiyev 11 iyun 1952-ci ildə Laçın rayonunda anadan olmuşdur. 1959-1969-cu illərdə Unannovu kənd orta məktəbində təhsil almış, 1971-1974-cü illərdə hərbi xidmətdə olmuşdur. 1975-ci ildə Laçın rayon Daxili İşlər Şöbəsində milis nəfəri kimi əmək fəaliyyətinə başlamışdır.

Erməni yaraqlıları torpaqlarımıza hücum edərkən İsrafil Şahverdiyev cəsur bir polis işçisi kimi ilk günlərdən torpaqlarımızın müdafiəsinə qalxmışdır. Qaladərəsi kəndində iki erməni kəşfiyyatçını ələ keçirmişdir. Şəhid jurnalist Salatın Əsgərovanın qatillərinin ələ keçməsində onun rolu böyük olmuşdur. 1991-ci ildə Qala dərəsi kəndinin azad edilməsi üçün plan hazırlanmış, gecədən səhərə qədər davam edən qanlı döyüşdə erməni işğalçıları ağır itkilər verərək geri çəkilmişdilər. İsrafil 1992-ci il 19 sentyabrdan 17 noyabra qədər Hocaz qayası və Hocaz kəndi uğrunda gedən qanlı döyüşlərdə iştirak etmiş və onlarla erməni silahlısı məhv edilmişdir.

6 yanvar 1994-cü ildə Füzuli rayonunun kəndlərini azad etmək üçün İsrafil rotası ilə döyüşə girmiş, əməliyyat nəticəsində Horadiz qəsəbəsi və 22 kənd azad edilmişdir. Cəsur komandirin son döyüşü 13 yanvar 1994-cü ildə olmuşdur. Bir neçə istiqamətdən hücuma keçən rotada döyüşçü dostlarını xilas edən İsrafil həlak olmuşdur.

Ailəli idi, üç övladı var.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Şahverdiyev İsrafil Şahverdi oğluna ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Laçın rayonundakı məktəblərdən biri İsrafil Şahverdiyevin adını daşıyır.
Allah rəhmət eləsin!

Şəhid Milli Qəhrəman İsrafil Şahverdiyev məzarı başında anıldı — FOTOLAR

Şəhid Milli Qəhrəman İsrafil Şahverdiyev məzarı başında anıldı — FOTOLAR

Şəhid Milli Qəhrəman İsrafil Şahverdiyev məzarı başında anıldı — FOTOLAR

Şəhid Milli Qəhrəman İsrafil Şahverdiyev məzarı başında anıldı — FOTOLAR

Şəhid Milli Qəhrəman İsrafil Şahverdiyev məzarı başında anıldı — FOTOLAR

Şəhid Milli Qəhrəman İsrafil Şahverdiyev məzarı başında anıldı — FOTOLAR

Şəhid Milli Qəhrəman İsrafil Şahverdiyev məzarı başında anıldı — FOTOLAR

Şəhid Milli Qəhrəman İsrafil Şahverdiyev məzarı başında anıldı — FOTOLAR

Şəhid Milli Qəhrəman İsrafil Şahverdiyev məzarı başında anıldı — FOTOLAR

Şəhid Milli Qəhrəman İsrafil Şahverdiyev məzarı başında anıldı — FOTOLAR

Şəhid Milli Qəhrəman İsrafil Şahverdiyev məzarı başında anıldı — FOTOLAR

Karabakhmedia.az
____________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Sarı zolaq qadağasının tətbiq ediləcəyi prospektlərin adları açıqlandı - Diqqətli olun
ŞAMAXIDA QƏDİM MƏSCİD AŞKAR EDİLDİ
Azərbaycanda "Facebook" və "Instagram" çökdü
Qanlı hücum - Türkiyəli diplomatlar güllələndi
Laçınlılar ABŞ, Rusiya və Fransa səfirliklərinə etiraz bəyanatlarını çatdırdı — VİDEO
Bu gün Şah İsmayıl Xətainin doğum günüdür
Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu
Türkiyə təhlükəsizlik qüvvələri başına 1.5 milyon mükafat qoyulmuş PKK-çını məhv etdi
Qənirə Paşayeva “AMEA-nın professoru” seçilib
ABŞ Türkiyəyə sanksiya tətbiq edəcəkmi?
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Əflatun Amaşov: “Keşikçidağ gərginliyinin yaranmasında onlar maraqlıdırlar”
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: CƏMALƏDDİN ƏFQANİ - I Hissə
"Partizani"nin baş məşqçisi: "Bakıya turist kimi gəlməmişik"
Cəlilabadda Qadın sahibkarlığının inkişaf etdirilməsi mövzusunda tədbir keçirilib - FOTOLAR
Britaniya XİN başçısı: “İrana nüvə silahı əldə etməsi üçün bir il kifayətdir”
Türkiyə Aralıqda dənizində qaz yatağı tapdı - Sensasion iddia
Saakaşvilidən Azərbaycan və Gürcüstana müraciət
AVRO-2020: Bilet sifarişində rekord qeydə alındı - 19,3 milyon
Rusiya Azərbaycanlıları İttifaqı MeqaFon mobil operatoruna səhvini düzəltdirdi
Növbəti erməni həyasızlığı - VİDEO
Bakı-Batumi aviareyslərinin sayı artırılır
Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırıldı
Paşinyanın xeyriyyə fondu Laçındakı erməni balaları üçün bağça açdı - FOTOLAR
Baş Prokurorluq: "Şəki Xan Sarayında budaqların qırılmasına səbəb əlverişsiz hava şəraiti olub"
Gürcüstan DİN Keşikçi Dağla bağlı ictimaiyyətə müraciət etdi
Azərbaycan bu gün BMT-yə ikinci hesabatını təqdim edəcək
Onlar 3 dost idilər - Laçında eyni döyüşdə həlak olan şəhidlərin anım tədbiri keçirildi – FOTO/VİDEO
Zelenskinin korteji uşaqları daşıyan avtobusla toqquşdu
Rusiya və Türkiyənin ortaq tarixinə dair bədii film çəkiləcək-VİDEO