Qarabag Media
Haqqımızda Əlaqə

"Siyahıdakı şəhid ailələrinin vərəsələrinin hamısına 11 min manat veriləcək"


Tarix:12-01-2019, 13:32 Kateqoriya:Manşet / Siyasət

"Siyahıdakı şəhid ailələrinin vərəsələrinin hamısına 11 min manat veriləcək"Karabakhmedia.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində deyib.

Dövlətimizin başçısı qeyd edib: "Bildiyiniz kimi, keçən il prezident seçkilərindən dərhal sonra şəhid ailələrinin vərəsələrinə, - o vərəsələrə ki, o yardımı, o müavinəti almayıblar,- mənim Sərəncamımla 11 min manat vəsait nəzərdə tutulur. Artıq vəsaitin verilməsi prosesi başlanmışdır. Bu günə qədər siyahıda 10 minə yaxın vərəsə var. Onların hamısına 11 min manat veriləcəkdir".

İlham Əliyev əlavə edib ki, eyni zamanda, siyahılara baxılır, dəqiqləşdirilir və bu məsələ ilə bağlı təkliflər də irəli sürülür: "Mən artıq bu barədə sözümü demişəm. Burada əlbəttə ki, sosial ədalət prinsipi əsas olmalıdır. Qanun və ədalət. Əminəm ki, biz bu istiqamətdə də istədiyimizə nail olacağıq. Yəni, bu təşəbbüs, bu addım bir məqsədi güdürdü ki, vaxtilə o vəsaiti almayan ailələr o vəsaiti alsınlar. Bunu da biz təmin edirik. Yenə də demək istəyirəm ki, siyahılar dəqiqləşdirilir və bu məsələ ilə bağlı bundan sonra da açıqlamalar veriləcəkdir".

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Azərbaycanda 240-dan çox uşaq ürəyindən əməliyyat edilib
Azərbaycanın Güneyinə bayraq göndərək
Apreldə müharibə veteranlarına Prezident təqaüdü təyin olunacaq
ABŞ yenidən Türkiyəni hədələdi
Dağlıq Qarabağın sonuncu rəsmi statusu
Tokayev Qazaxıstan prezidenti kimi ilk səfərini Rusiyaya edəcək
Milli konsepsiyanın formalaşmasında milli fəlsəfənin dərki: problemlər və həll yolları - (III yazı)
Sabahın hava proqnozu açıqlanıb
"Dilənçiliyi təbliğ edən Kosa və Keçəl personajları ləğv edilməlidir..." - Rəşid Mahmudov
"Əvvəli, indisi, son anı sənsən" - Gilə Əliqızının şeirləri
Qarabağın Ermənistana birləşdirilməsi üçün imza toplama kampaniyasına başlandı
Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirildi - FOTOLAR
Atılan addımlar milli birliyə xidmət edir
Şuşa-Laçın yolu - 2019/VİDEO
Putin istefa verən Nazarbayevə zəng edib
Ceyhun Salmanova vəzifə verdi - Sərəncam
Nursultan Nazarbayev istefa verib
Prezidentlə Xanımı Novruz şənliyində
Ərdoğandan Avropaya sərt etiraz
"Əli İnsanovun ətrafında birləşmək fikrimiz yoxdur" — İqbal Ağazadə
Sənətilə Sumqayıtda ucalan həkim
Erməni Marqarita Simonyanın əri Bakıda – “Sputnik”də toplantı keçirdi, Azərbaycan jurnalistlərini təhdid etdi – FOTO
Problemli kreditlərlə bağlı Apellyasiya Komitəsi yaradılır
Qarabağ seprataçılarının keçmiş komandanı müharibə anonsu verib
Əli Nağıyev Əli İnsanovun çıxışına münasibət bildirdi: “Dedikləri hamısı səhvdir, gərək 15 il əvvəl məni dinləyərdi...”
Mənim mifik tanrım, sevgi tanrısı, Ayzıt (duyğu)
NATO Rusiyanı Krımı Ukraynaya qaytarmağa çağırıb
Prezident Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye nazirini qəbul edib
Çinarə Ömray "Yalquzaq ulartısı"ndan yazır...