Qarabag Media
Haqqımızda Əlaqə

Qaxda mədəniyyətin tarixi


Tarix:11-01-2019, 14:15 Kateqoriya:Manşet / Mədəniyyət

Qaxda mədəniyyətin tarixi

Azərbaycan Xalq Cümhuriyyəti və ondan sonrakı Sovet hakimiyyəti illərində əhalinin istirahətinin və komunist tərbiyəsinin təşkili məqsədi ilə kütləvi-siyasi və mədəni-maarif işlərinin müxtəlif formalarını daha geniş əhatə edən böyük klub müəssisələri-mədəniyyət evləri və saraylar yəşkil olundu. Bu mədəniyyət müəssisələrində xalq yaradıcılığının bütün növləri xalq teatrı, orkestrlər, xereoqrafiya , mahnı və rəqs ansanbılları. Xalq universitetləri fəaliyyət göstərirdi.

Qax şəhərində kitabxana 1906-cı ildə açılmışdır. Başqa sahələrdə olduğu kimi , kitabxana işində də əsaslı dönüş Sovet hakimiyyəti illərində baş vermişdir. Əldə olunan məlumatlara istinadən hələ 1924-cü ildə Qaxmuğal və Qaxingiloy kəndlərində kitabxanalar açılmışdır. Kitabxanalar onlarla bir zamanda işə başlamış klublarla qarşılıqlı əlaqədə fəaliyyət göstərirdi. İçəribazarda qadınlar klubu da açılmışdır. Mədəni-maarif müəssisələrinə xalq maarifi şöbəsinin nəzdindəki təlimatçı nəzarət edirdi.

Respublikanın hər yerində olduğu kimi Qaxda da mədəniyyət evləri və klublarını həmkarlar təşkilatının yerli komitələri yaradırdılar. Kolxozlar yaradılandan sonra isə mədəniyyət evlərinin yaradılması və ona vəsaitin verilməsi, bilavasitə kolxozların özlərinə həvalə olunurdu. Fəaliyyət göstərən hər bir mədəniyyət evinin işinə seçkili ictimai idarə heyətləri və ya şuralarda gündəlik nəzarət və sonralar rəhbərlik edirdilər.

Mədəni – maarif müəssisələrində - kitabxana və klublarda əsasən söhbət , mühazirə , məruzə , tamaşa , konsert kimi ənənəvi formalarla yanaşı , tematik gecələrdən , oxucu konfranslarından , təşviqat briqadalarının təşkilindən daha çox istifadə olunurdu.
1930-cu illərin əvvəllərində İlisuda həvəskarlar tərəfindən ilk teatr tamaşaları göstərilməyə başlanılmışdır.Bucaq məhləli Yamil (Azər Axşamın babası) ilk dəfə qız rolunda çıxış etmiş və onun adı indi də “qız Yamil” kimi yad edilir.

İlk tamaşaların əsas təşkilatçısı və rejissoru Şeytan uşağından olan Arif müəllim idi (professor Yəhya Kərimovun əmisi).
1934-cü ilə kimi mədəniyyət müəssisələrinin xəritəsində ciddi bir dəyişiklik baş verməmişdir. Lakin həmin il bir necə yerdə qiraət koması təşkil edilir. 1937- cı ildə 15- dək qiraət koması var idi.

1945-ci ildə mədəniyyət şöbəsi təşkil edilərkən bütün mədəni – maarif müəssisələri , o çümlədən kitabxana və qiraət komaları şöbənin sərəncamına keçir. Mədəniyyət şöbəsi işə başladığı gündən kitabxanalarının fondlarından olan kitabları uçota alır. Məlum olur ki, rayon mərkəzi kitabxanasının fondunda 8.848 nüsxə , İlisu kənd kitabxanasının fondunda 3.300 nüsxə , Qaxmuğal kənd kitabxanasının fondunda 7.814 nüsxə , Qaşqaçay kitabxanasının fondunda 7.814 nüsxə,Almalı kənd kitabxanasının fondunda isə 1.486 nüsxə kitab saxlanılır.Ümumiyyətlə , rayon mədəniyyət ocaqlarının ixtiyarında 1945-cı ildə 24.810 nüsxə kitab var idi. Həmin kitablardan 1.605 nəfər oxucu istifadə edirdi.

Kitabxanalarla yanaşı qiraət komaları da zəhmətkeşlərə xidmət köstərirdi. 1945-ci idən 1953- cü ilədək Sarıbaş, Marsan, Tasmalı, Əlibəyli, Qaşqaçay, Güllük, Qum, Qorağan, Ləkit- Kötüklü kəndlərində qiraət komaları kitabxanalara çevrilmişdir.

1946-cı ildə Qaxda indiki İçəribazar küçəsində , maarif şöbəsnin nəzdində qiraətxana kimi fəaliyyət güstərən kitabxana, qisməndə olsa oxucuların tələbatını ödəməyə çalışırdı. Həmin vaxt qiraətxanada Əliyyə Şamxalova kitabxanaçı işləyirdi. 1949-cu ildə rayonda Uşaq Kitabxanası yaradılır.Həmin ilin noyabr ayında isə kitabxananın şəbəkəsi genişləndirilərək rayon kitabxanasına çevrilir. İlk əvvəllər kitabxanada çəmi 400-500 kitab olduğu halda, sonralar onların sayı 7000 nüsxəyə çatdırılır. Rayon kitabxanası S.Vurğun adını daşıyan həmin mədəniyyət evində yerləşdirilir.
1948-ci ildən etibarən Qaxın ayrı-ayrı kəndlərində kitabxanalar təşkil olunmağa başlayır. 1948-1959-cu illərə qədər artıq rayonun Tasmalı, Zəyəm, Qaşqaçay. Qaxmuğal, Güllük, İlisu, və Qaxingiloy kəndlərində kitabxanalar fəaliyyətə başlayaraq oxuculara xidmət göstərirdi.

1959-cu ildə Qax rayon kitabxanasında işləmiş Əliyə Şamxalova (müdir), Nənə-Kərimova, Sübhənət Şəmilova,Südabə Rəşidova, Ramazan Şamxalov, Zöhrə Əfəndiyeva və başqaları öz sevimli peşələri ilə çox böyük hörmət qazanmışlar.

1979-cu ildə Qaxda yeni tipli mərkəzləşdirilmiş kitabxana binası tikilir. Hal-hazırda bura C.Cabbarlının adını daşımaqla, Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi adlanır və tərkibində 33 kitabxana filialı fəaliyyət göstərir. 1940-cı illərdən üzü bəri Qax rayon kitabxanasına rəhbərlik etmiş şəxslər aşağıdakılardır...

1. Əliyə Şamxalova 1946-1952
2. Nənə Kərimova 1952-1979
3. Sevgiyyə Aşurova 1971-1987
4. Biçə Balıyev 1987-2004
5. Əhmədova Güllü 2004-cü ildən hal-hazıradək

Bundan başqa Qax rayonunda 1 H.Əliyev Mərkəzi, 3 muzey,1 uşaq incəsənət məktəbi,1 Mədəniyyət Mərkəzi ,15 mədəniyyət evi, 8 klub, 3 xalq kollektivi də qaxlıların xidmətindədir. Onlardan ikisi, “Arzu” xalq kollektivi və İ. Dağıstanlı adına Xalq teatrı Qax rayon Mədəniyyət Mərkəzində , “Şvitkatso” xalq xor kollektivi Qax-İngiloy kənd mədəniyyət evinin nəzdində fəaliyyət göstərir.

Bütün bunlar, xüxusən 50-ci illərdən üzü bəri mədəniyyət sahəsində qoyulmuş möhkəm bünövrənin nəticəsidir. Həmin bünövrəni Qax Mədəniyyət Şöbəsinə rəhbərlik etmiş şəxslər qoymuşlar. Onlar aşağıdakılardır.

1. Xasıyev Abdurahman 1945-1954
2. Hacıyev Kazım 1954-1958
3. Əfəndiyev Xalid 1958-1959
4. Babayev Xalid 1959-1961
5. Abbasova Sənəm 1961-1962
6. İmanova Güllər 1962-1965
7. Abdullayeva Limon 1965-1993
8. Omarov Nəzir 1994-cü ildən 2006-cı ilədək Qax rayon Mədəniyyət şöbəsinin, 2006-cı ildən ömrünün sonunadək rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 yanvar 2006-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ləğv edilmiş, onun əsasında Mədəniyyət və Turizm Nazirliyi yaradılmışdır.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 29 mart 2016 –cı il tarixli Sərəncamına əsasən Şəki şəhər, Oğuz, Qax, Zaqatala və Balakən rayon mədəniyyət və turizm şöbələrinin bazasında Şəki Regional Mədəniyyət və Turizm İdarəsi yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2018-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Şəki Regional Mədəniyyət İdarəsinin fəaliyyəti təmin edilmişdir.

Bu gün Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari xanım Zeynalova rayonun demək olar hər bir kəndində fəaliyyət göstərən kitabxana, klub və mədəniyyət evlərinə rəhbərlik edir, qayğısını əsirgəmir. Qax rayonunun 387 nəfər mədəniyyət işçisi müstəqil respublikamızın əldə etdiyi nailiyyətləri əzmlə təbliğ edir, əhalinin istirahətinin mənalı keçməsinə, mədəni-kütləvi tədbirlərin səviyyəsinin yüksəldilməsinə çalışaraq, gənc istedadların üzə çıxarılmasında yaxından iştirak edirlər.

Mahir ƏFƏNDİ

__________________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Dünya üzrə qaçqınların sayı 70 milyonu keçdi - 70 ilin ən yüksək göstəricisi
Müəllimlərin maaşı konkret nə qədər artacaq? - AÇIQLAMA
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ FƏTƏLİ AXUNDZADƏ
“Qobu Park”da məcburi köçkünlərlə bağlı festival keçirildi - FOTOLAR
Elmar Məmmədyarov Vaşinqtona gedib
Türkmənistan Prezidentinin oğlu qubernator oldu
"Bu gün Mübariz olduğun Gündür" - Palmali-nin prezidenti Milli Qəhrəman Mübariz İbrahimovu yad etdi
Maaş artımı dövlət işində çalışan 600 min nəfərə şamil olunacaq - ŞƏRH
"...Güc birlikdədir"
Azərbaycanın iki güləşçisi Avropa çempionu olub, biri bürünc medal qazanıb
Minimum aylıq əməkhaqqı 250 manat müəyyən edilib - 15 SƏRƏNCAM
“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi məlum oldu
Qartal zirvədə uçar
Qarabağ həqiqətləri ilə bağlı çəkilən film İsveçdə nümayiş olunacaq
Rövşən Rzayev vətəndaşları qəbul edib
Fizuli Məmmədov diqqəti Azərbaycanda onkoloji xəstəliklərə və tibbi sığorta məsələsinə yönəltdi
"Ordumuzdakı helikopterlər uzaq məsafədən hədəfi dəqiq vurmağa qadirdir" – Müdafiə naziri
Bu gün Şəhid Mübariz İbrahimovun anım günüdür
Əli Əhmədov: “Azərbaycan tərəfinin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün etdiyi cəhdlər nəticəsiz qalıb"
Atamın gündəliyi — “Xəyallarda qalan Laçın” xatirə gündəlikdən bir hissə
Bahar Muradova: “Ermənistanın qeyri-konstruktiv mövqeyi davamlı sülhə və birgə yaşayışa təhdid olaraq qalır”
Əflatun Amaşov qəzet və jurnallarla bağlı təklif verdi
Ukraynalı səfir alman siyasətçiləri satqınlıqda suçladı
Cənub zonasında Qarabağ müharibəsi əlil və veteranlarının asudə vaxtları təşkil olunacaq
Biləsuvarda Qadın sahibkarlığının inkişaf etdirilməsi mövzusunda tədbir keçirilib - FOTOLAR
Daha 300 avtobus avqustda istismardan çıxarılır - BNA-dan ANONS
Azərbaycan və Pakistan xüsusi təyinatlılarının birgə təlimləri keçiriləcək
Zakir Həsənov Gəncəyə düşən mərmidən DANIŞDI
Qənirə Paşayeva Murad Köhnəqalanın azadlığa buraxılmasına vasitəçi oldu
Milli Qurtuluş Günü münasibəti ilə Kürdəxanıda məcburi köçkünlər üçün tibbi aksiya keçirilib