Qarabag Media
Haqqımızda Əlaqə

Qarabağla bağlı müharibə xəbərdarlıqları, real gözlənti, yoxsa...


Tarix:10-01-2019, 23:19 Kateqoriya:Manşet / Qarabağ / Siyasət

Qarabağla bağlı müharibə xəbərdarlıqları, real gözlənti, yoxsa...

Beynəlxalq və yerli ekspertlər savaşı qaçılmaz sayır, amma...
___________________________________________________________________
Yeni ilin ilk günlərindən etibarən ayrı-ayrı tanınmış siyasi təhlilçilər Qarabağda böyük savaşın başlanacağı barədə proqnozlar səsləndirirlər.

Sonuncu belə açıqlamanı “Exo Moskvı” radiosuna müsahibəsinə Rusiya prezident administrasiyası rəhbərinin keçmiş müşaviri Qleb Pavlovski verib. O, Dağlıq Qarabağda müharibənin başlaması ehtimalını istisna etməyib. “Son 20-30 ildə bu kisik bir yerdə nə qədər müharibə olub. Postsovet məkanında ayrı heç bir yerdə olmayıb. Bununla yalnız Yuqoslaviyada baş verənləri müəyyən mənada müqayisə etmək olar. Çünki olmaz. Müttəfiqlərə təzyiq etmək lazım deyil, mən deyərdim... İnqilablara gəlincə... Ermənistanda bunlar az olmayıb. Olublar. Ermənistanda inqilablar olur, keçir. Aman allah, 80-ci, 90-cı illərdə orada indiki inqilabda olduğundan daha çox adam küçələrdə idi. Bütün insanlar küçələrdə yaşayırdılar, Yerevana axışırdılar, yüz minlərlə küçələrdə dururdular. Sonra inqilab – müharibə, müharibə - inqilab. İndi də inqilab oldu, sonra da yəqin müharibə olacaq”, - o bildirib. Paşinyanın şəxsiyyətinə gəlincə, onun sözlərinə görə, Qafqazda çox məxmər olmur. “Düşünürəm ki, indi insanlar nəticə istəyəcəklər. Hardan çıxaracaq nəticələri? Heç Saakaşvili bacarmadı. Deməli, müharibə olacaq”, - o qeyd edib.

“Dağlıq Qarabağda vəziyyət mütləq gərginləşəcək. Amma nə zaman? Bunu demək çətindir”. Bu barədə erməni jurnalistlərlə söhbəti zamanı Moskva siyasi və hərbi təhlil mərkəzinin direktor müavini, hərbi ekspert Aleksandr Xramçix bildirib. Onun sözlərinə görə, bu bir çox faktorlardan asılıdır. Onların arasında həm daxili, həm də xarici amillər var. “Bunun üçün də gərginlik çox tezliklə ola bilər”. “Moskva və İrəvan münasibətlərində böhran yaşanır?” sualına cavabında o deyib ki, bu gün münasibətlərdə gərginlik müşahidə edilir. Amma vəziyyət daha pis ola bilərdi. Hərbi ekspert qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin Ermənistanın keçmiş prezidenti Robert Köçəryana ünvanladığı təbrik müəyyən dərəcədə yeni rəhbərliyə mesaj rolunu da oynayır. Bu təbrik açıq şəkildə Kremlin bu günki erməni rəhbərliyə münasibətini nümayiş etdirir. Erməni junalistlər həm də Ermənistan və Azərbaycan arasında balansın dəyişib dəyişmədiyi ilə maraqlanıblar. Direktor müavini 2016-cı ilin aprel hadisələrini xatırladıb. O, bildirib ki, hələ o vaxt bu bir növ məşq idi. “Münaqişənin təkararlanacağı halda nə baş verəcək?” bir cavab verə bilərəm. Bəli, bu gün Azərbaycanın üstünlüyü var”.

Bundan əvvəl isə məşhur amerikalı jurnalist və politoloq Robert Farli "The National Interest" analitik nəşrində III Dünya müharibəsinin başlama ehtimallarından bəhs edərkən savaşın hətta Dağlıq Qarabağdan başlana biləcəyi barədə də xəbərdarlıq etmişdi.

Düzdür, Qarabağla bağlı nikbin proqnozlar da var. Azərbaycan rəhbərliyi 2019-u həll üçün əlverişli il sayıb. ATƏT-in hazırkı sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Vyanada isə deyib ki, ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində yaradılmış imkanlardan istifadə edəcək. Amma bu da var ki, işğalçı ölkə öz mövqeyini dəyişmək istəmir və sülh prosesinə zərbə vurmaqda davam edir. Düzdür, Ermənistan bu vəziyyətdə savaşa da risk etmir. Lakin eyni zamanda status-kvonun uzadılmasına can atır ki, bu da Azərbaycanı ikinci aprel döyüşlərinə sövq etmək deməkdir. Elə erməni ekspertlər də yaz-yay aylarında növbəti toqquşmaların ola biləcəyindən bəhs edirlər. Burada Rusiya və Qərb amili də tətikləyici ola bilər.

“ABŞ və Böyük Britaniya Ermənistanda yüksək fəallıq göstərir. Bu neqativ haldır. Çünki Rusiya ilə hərbi əməkdaşlığın itirilməsi avtomatik olaraq Dağlıq Qarabağın Azərbaycana qaytarılması ilə nəticələnəcək. Ermənistanın indiki hakimiyyəti bunu anlamır”.

Publika.az xəbər verir ki, bu barədə ermənipərəst mövqeyi ilə tanınan rusiyalı hərbi ekspert Vladimir Yevseyev deyib. Yevseyev iddia edir ki, Dağlıq Qarabağda müharibənin alovlanması toqquşmaların Azərbaycan-Ermənistan sərhədinə də keçməsi ilə nəticələnə bilər.
“Həmçinin, Azərbaycan və Türkiyə ordularının birgə hərəkət edəcəyi də istisna deyil. Bu baxımdan, Ermənistan hakimiyyəti Rusiya bazalarının əhəmiyyətini anlamalıdır. Bu bazalar ilk növbədə Türkiyənin ambisiyalarının qarşısını alır. Buna görə də Rusiya və Ermənistan arasındakı hərbi əməkdaşlığın zəifləməsi İrəvanı ciddi təhlükələr altına qoyacaq. Dağlıq Qarabağ Azərbaycana qaytarılsa, bu ermənilərin qəzası olacaq. Ermənilər Ermənistanda niyə yaşadıqlarını anlamayacaqlar, hətta diasporun heç bir əhəmiyyəti qalmayacaq”, - deyə o bildirib.

Yevseyev qeyd edib ki, Rusiya Ermənistanın yeganə zəmanətçisidir: “Rusiya olmasa, Ermənistanı nə ABŞ, nə Böyük Britaniya, nə də NATO qoruyacaq. Ermənistanın əhalisi faktiki olaraq cəmi 2,3 milyondur, onlar 10 milyonluq Azərbaycanın qarşısında dayana biləcəklərmi?! Bu, mümkün deyil. Situasiya yetişsə, Azərbaycan təkcə yeddi rayonu yox, bütövlükdə Qarabağı qaytaracaq”.


Qarabağla bağlı müharibə xəbərdarlıqları, real gözlənti, yoxsa...“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, ekspertlər təzə bir şey demirlər: “Bütün bunlar dediklərimizin təkrarıdır. Biz də deyirik ki, bu il danışıqlarda irəliləyiş olmasa, Azərbaycan Paşinyana qarşı hərbi təzyiqi artıracaq. Müharibə ehtimalı ermənilərin daima qulaqlarında cingildəməlidir ki, hansı təhlükə ilə üzləşdiklərini bilsinlər. Ancaq müharibə ifadəsini çox da ucuzlaşdırmaq olmaz. Bu mənim şəxsi fikrimdir. Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması üçün Ermənistanın yeni hakimiyyətinə konkret vaxt verilməlidir. Bundan sonra isə biz tərəfdən hərəkət olmalıdır”. Politoloq Qazax və Ağstada istiqamətindəki yerdəyişmələrimizdən sonra ermənilərin özlərinin də savaş xəbərdarlıqlarını səsləndirməsini təbii sayır: “Qoy danışsınlar. Qorxurlar ki, sərhəddən çıxarılan hərbi hissələr Dağlıq Qarabağ ətrafında yerləşdirilir. Elə belə də olmalıdır. Cəbhə bölgəsində həm canlı qüvvəmiz, həm də ağır hərbi texnikamız artırılmalıdır. Düşmənə təzyiqi artırmalıyıq”. Sərhəd qoşunları arasında təmasın mümkünlüyü haqqında işğalçı ölkədə səslənən fikirlərə gəldikdə, E.Şahinoğlu dedi ki, onlar bunu qorxudan deyirlər: “Deməli, təzyiqin bəhrəsi var”.

Qarabağla bağlı müharibə xəbərdarlıqları, real gözlənti, yoxsa...Politoloq Şahin Cəfərli də səslənən savaş proqnozları barədə qəzetimizə açıqlama verdi: “Ola bilər yanılıram, amma mən geniş müharibə gözləmirəm. Bəlkə Rusiya Paşinyanı qorxutmaq üçün lokal toqquşma təşkil edər, aprel savaşı fason. Amma genişmiqyaslı yox”.

Bəs, Rusiya hazırda Ermənistanı cəzalandırmaq istəyirmi? Məsələn, Belorus lideri V. Lukaşenko demişdi ki, biz 5 rayonun azad olunmasını istədik, amma Serj Sərkisyan razılaşmadı. Həmin təklif Paşinyana edilə bilərmi? Ş.Cəfərli: “Edilə bilər. Amma Rusiya Paşinyanın özünü necə apardığını müşahidə edəcək bir müddət. Görsə ki, nəzarətdən çıxır, onda təzyiqə başlayacaq”.

Politoloq rus eksperti Yevseyevin son xəbərdarlıqlarını da şərh etdi: “Paşinyanı qorxudurlar. Amma iri müharibə Rusiyaya lazım deyil. Çünki vəziyyət onun nəzarətindən çıxa bilər. Qərb və Türkiyənin müdaxiləsi ehtimalı yaranar və s”.

Bir sıra əksər ekspertlər, hətta Pol Qobl səviyyəsində politoloqlar Rusiyanın Ermənistanı cəzalandıra biləcəyindən yazır. Gözləyək. Əslində Rusiyanın Azərbaycanın işğalçı Ermənistana qarşı hərbi əməliyyatlarına bir neçə həftə göz yumması kifayətdir. Aprel döyüşlərində buy müddət cəmi 4 gün çəkmişdi...

Elşad PAŞASOY










SON XƏBƏRLƏR
Müslüm Maqomayevin qızı ilk dəfə atası barədə həqiqətləri açıqlayıb - VİDEO
28 may Cənubi Karolinada Azərbaycan Günü elan edilib
Nə dəhşət imiş evinin qapısını xəyallarda döymək...
İstanbulda bələdiyyə seçkisinin nəticələrinin ləğvinin səbəbi açıqlanıb -RƏSMİ
Ərdoğan İlham Əliyevi təbrik etdi
Laçın rayonunun işğal edilməsinin 27-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir
Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib
Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR
Xosrov bəy Sultanovun 140 illiyi keçiriləcək
İran ABŞ-ı “başına zərbə endirmək”lə hədələyib
Britaniyanın Azərbaycana dair xəbərdarlığına - XİN-dən reaksiya
Mühasirəyə düşmüş 60 nəfərdən çox döyüşçünü xilas edərkən şəhidlik zirvəsinə ucalan Milli Qəhrəmanımız - VİDEO
“Keşikçidağ” Azərbaycana qarşı siyasi təzyiq vasitəsi ola bilməz
Bu gün 32 173 abituriyent qəbul imtahanı verir
“Qarabağ” çempionluğunu "Neftçi" üzərində qələbə ilə rəsmiləşdirib
Azərbaycanlı diaspora sədri karate üzrə dünya çempionu olub
Qarabağla bağlı prinsipial mövqeyimiz dəyişməyəcək
Həyat yoldaşı ilə birgə güllələnən Sovet İttifaqı qəhrəmanı, gənc general kimdi?
Tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının rolu
Həzi Aslanovun ikinci “Qızıl Ulduz”u - ARAŞDIRMA
Bu gün 9 May - Qələbə günüdür
“Həsrət Yolu” erməni girovluğundakı uşaqlarla bağlı layihəyə başladı
Dövlət Komitəsi Şuşanın işğalının 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirib - FOTOLAR
Prezident Xalq artistinə ev verdi
Qoşa Qala qapıları bərpa edilir - FOTO
100 türk hərbçisi Rusiyada təlim keçməyə başlayıb
Şuşanın işğalı Şəhidlər Xiyabanında anıldı - FOTOLAR
Şuşa tarixi haqqında Şuşasız…
"Yatmış" Keşikçidağ: Niyə "Müqəddəs Giorgi" bayramını qonşular Azərbaycanda keçirir - FOTO
Əməkdar jurnalist Elnarə Dərziyeva BDU-nun jurnalistika fakültəsinin tələbələri ilə görüşüb - FOTOLAR