Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycan və Türkiyə sənaye sahələri üçün birgə məhsullar hazırlayacaqlar


Tarix:10-01-2019, 14:55 Kateqoriya:Manşet / Gündəm

Azərbaycan və Türkiyə sənaye sahələri üçün birgə məhsullar hazırlayacaqlar

Azərbaycan və Türkiyənin elmi müəssisələri birlikdə sənayenin müxtəlif sahələrində tətbiq edilə bilən qeydedicilər hazırlayacaqlar.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) verilən məlumata görə, bu barədə razılıq AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi, Radiasiya Problemləri İnstitutu və Türkiyənin Abant İzzet Baysal Universitetinin Nüvə Radiasiya Detektorlarının Tətbiqi və Araşdırma Mərkəzi arasında əldə edilib.

Tərəflər arasında keçirilən görüşdə AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzinin əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Fərid Əhmədov və AMEA-nın Radiasiya Problemləri İnstitutunun əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Qadir Əhmədov və Türkiyənin Abant İzzet Baysal Universitetinin Nüvə Radiasiya Detektorlarının Tətbiqi və Araşdırma Mərkəzinin direktoru professor Ercan Yılmaz iştirak edib.

Görüşdə Strateji Elmi Tədqiqatlar Mərkəzinin Nüvə Radiasiya Detektorlarının Tətbiqi və Araşdırma Mərkəzi ilə birgə yeni silisium əsaslı PİN fotodiodların, alfa zərrəcik və termal neytron detektorlarının hazırlanmasına dair razılıq əldə olunub. Bildirilib ki, bu tip qeydedicilər dozimetrlərdə, spektroskopiyada, aşağı və yüksək enerjilər fizikasında, təhlükəsizlik və sənayenin müxtəlif sahələrində tətbiq ediləcək.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Dünyanın ən güclü orduları bəlli oldu - Neçənci yerdəyik?
"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR
Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb - SİYAHI
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
İrəvanda etirazlar: Parlament binası mühasirəyə alındı
Şəhid Milli Qəhrəman Fazil Mehdiyevin doğum günüdür - VİDEO
Hirkan Milli Parkının ərazisində yanğın başlayıb - YENİLƏNİB
Rəşad Atakişiyevin nəşi TAPILDI
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"