Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycan XİN-dən rəsmi Parisə cavab


Tarix:10-01-2019, 14:39 Kateqoriya:Manşet / Siyasət

Azərbaycan XİN-dən rəsmi Parisə cavab

“Rəsmi Paris Mehman Hüseynov məsələsinə münasibət bildirməkdənsə, Fransada nümayişçilərə qarşı zorakılığı dəyərləndirsin”.

Bunu Trend-in bu günlərdə Fransa Xarici İşlər Nazirliyinin (XİN) Mehman Hüseynovla bağlı ünvanlanan sualı cavablandırması və ATƏT-in media azadlığı üzrə nümayəndəsi Arlem Dezirin məsələ ilə bağlı Azərbaycanın xarici işlər nazirinə məktub ünvanlaması barədə sorğusuna cavab olaraq Azərbaycan XİN-in Mətbuat Xidmətinin rəhbəri vəzifəsini idarə edən Leyla Abdullayeva bildirib.

L.Abdullayeva deyib ki, Fransa tərəfinin hazırda ölkəni “sarı jilet”lər aksiyası bürüdüyü bir vaxtda Mehman Hüseynov məsələsinə münasibət bildirməsi gülməlidir: “Ölkədə nümayişçilərə qarşı su şırnaqları, dəyənəklər və digər qeyri-proporsional şiddət növlərindən istifadə olunur, 4500-dən çox nümayişçi saxlanıb. Biz ümid edirik ki, Fransada saxlanılan nümayişçilərə qarşı ittihamlar aradan qaldırılacaq və onlar qısa zamanda azadlığa buraxılacaqlar”.

Onun sözlərinə görə, Fransa çoxdandır ki, ermənipərəst mövqe tutur və bu, əslində Azərbaycana qarşı təzyiq kimi qəbul oluna bilər:

“Məhz Fransa vətəndaşı olan Arlem Dezir Fransa Xarici işlər Nazirliyinin dövlət katibi vəzifəsində çalışdığı müddətdə Ermənistan-Azərbaycan münaqişəsinə də təhkim olunaraq Azərbaycanda qatı ermənipərəst şəxs kimi tanınırdı. Görünür, A.Dezir qərəzsizlik prinsipini unudaraq vətəndaşı olduğu ölkənin mövqeyindən çıxış etməyi üstün tutub. Ona da məsləhət görürük ki, ölkəsində nümayişçilərə qarşı istifadə olunan zorakılığı dəyərləndirsin. Fransada nə baş verdiyini bütün dünya görür. Bütün bunlar Azərbaycana qarşı tətbiq olunan ikili standartın növbəti təzahürüdür”.

Xatırladaq ki, Xarici İşlər Nazirliyinin nümayəndəsi bloger Mehman Hüseynovun işini diqqətlə izlədiyini bildirmişdi: "Biz bu jurnalistin və hüquq müdafiəçisinin ətrafında yaranmış vəziyyətdən narahatıq. Biz vəziyyəti, xüsusilə onun saxlanma şəraitini diqqətlə izləyirik. Ümid edirik ki, Mehman Hüseynova qarşı yeni cinayət ittihamı onun üzərindən götürüləcək və o, tezliklə azadlığa buraxılacaq".

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Azərbaycanda 240-dan çox uşaq ürəyindən əməliyyat edilib
Azərbaycanın Güneyinə bayraq göndərək
Apreldə müharibə veteranlarına Prezident təqaüdü təyin olunacaq
ABŞ yenidən Türkiyəni hədələdi
Dağlıq Qarabağın sonuncu rəsmi statusu
Tokayev Qazaxıstan prezidenti kimi ilk səfərini Rusiyaya edəcək
Milli konsepsiyanın formalaşmasında milli fəlsəfənin dərki: problemlər və həll yolları - (III yazı)
Sabahın hava proqnozu açıqlanıb
"Dilənçiliyi təbliğ edən Kosa və Keçəl personajları ləğv edilməlidir..." - Rəşid Mahmudov
"Əvvəli, indisi, son anı sənsən" - Gilə Əliqızının şeirləri
Qarabağın Ermənistana birləşdirilməsi üçün imza toplama kampaniyasına başlandı
Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirildi - FOTOLAR
Atılan addımlar milli birliyə xidmət edir
Şuşa-Laçın yolu - 2019/VİDEO
Putin istefa verən Nazarbayevə zəng edib
Ceyhun Salmanova vəzifə verdi - Sərəncam
Nursultan Nazarbayev istefa verib
Prezidentlə Xanımı Novruz şənliyində
Ərdoğandan Avropaya sərt etiraz
"Əli İnsanovun ətrafında birləşmək fikrimiz yoxdur" — İqbal Ağazadə
Sənətilə Sumqayıtda ucalan həkim
Erməni Marqarita Simonyanın əri Bakıda – “Sputnik”də toplantı keçirdi, Azərbaycan jurnalistlərini təhdid etdi – FOTO
Problemli kreditlərlə bağlı Apellyasiya Komitəsi yaradılır
Qarabağ seprataçılarının keçmiş komandanı müharibə anonsu verib
Əli Nağıyev Əli İnsanovun çıxışına münasibət bildirdi: “Dedikləri hamısı səhvdir, gərək 15 il əvvəl məni dinləyərdi...”
Mənim mifik tanrım, sevgi tanrısı, Ayzıt (duyğu)
NATO Rusiyanı Krımı Ukraynaya qaytarmağa çağırıb
Prezident Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye nazirini qəbul edib
Çinarə Ömray "Yalquzaq ulartısı"ndan yazır...