Qarabag Media
Haqqımızda Əlaqə

İnsan və həyat...


Tarix:10-01-2019, 13:53 Kateqoriya:Manşet / Yazarlar

İnsan və həyat... Həyat səni güldürəndə gülmüsən,
Hünərin var, ağladanda gül .


Bütün mövcud dəyərlər içərisində ən ali və mütləq dəyər – insan həyatıdır.

Həyat- insanın özünün qarşısında qoydugu hər cür məqsədləri, məsələlərin, xəyalların gerçəkləşməsi üçün ən ümumi zəruri şəraitdir. Digər canlılardan fərqli olaraq, insan özünün ölümlülüyünü və həyatın sonsuz olmadığını dərk edir. Ona görədə o, mümkün olduqca ömrünü uzatmağa, əbədiyyətə qovuşmağa, özü haqqında xatirələr qoymağa, başqa sözlə desək, tarixdə iz buraxmağa can atır. Bu isə yalnız o zaman mümkündür ki, insanın həyatı məna ilə dolu olsun. Beləliklə bu mənanın axtarılması, aşkarlanması və aydınlandırılması insan ölməzliyinin ümdə şərtləri kimi çıxış edir.

Həyat gözəldir! Nədir gözəlliyi? Sənin öz gözündə görə bildiyindir bu həyatın gözəlliyi. İnsanın həyatı- xoşbəxtliyin arxasıyca qaçmaq deyil, onun üçün səbəb axtarmaqdadır. Bədən quruluşuna, beyinin inkişafına, dik duruşuna, danışma qabiliyyətinə görə digər canlılardan üstün olmasına baxmayaraq, insanın varlığı hər kəsi maraqlandıran bir mövzudur. Bir çox insanlar bunu anlamadan, hətta bu sualı özlərinə vermədən belə yaşaya bilirlər. Əslində hər bir insan bununla maraqlanmalı, həyata nə üçün gəldiyini, niyə digər canlılardan fərqləndiyi və onlardan üstün olduğunu bilməyə, öyrənməyə çalışmalıdır. Hər bir insan özünün fərqində olmalı, insanı insan edən xüsusiyyətləri bilməlidir. Həmişə özümə verdiyim suallardan biridə budur. Kimdir insan? Doğurdanda belədir. Insan böyük bir varlıqdır, hər şeyi dərk edə bilən, bir çox şeyə təsir edə bilən. Bunun üçün də varlığının dəyərini bilməlidir. Bunları dərk etməyən insan, həyatının böyük bir hissəsini boşa keçirmiş kimi olur. Dünyaya gəlmək, bu dünyada insan kimi yaşamaq bizlər üçün ən böyük şanslardan biridir və bu şansdan mümkün qədər istifadə etmək lazımdır. Həyatın mənası nədədir? Yaradılışımızın səbəbi nədədir, nə üçün varıq?

Bəzi insanlar düşünür...Mən heç bir şey hiss etmirəm. İçimdə nə sevgi var nə nifrət. Həyatım yalnız sabah günorta ve axşamdan ibarətdir. Həyatınızda hər hansı çətinlik yarananda panikaya düşməyin – sadəcə, nələri dəyişmək lazım olduğunu düşünün. Diqqətlə analiz edin və baxın ki, nə baş verir, həyat sizə nə demək istəyir? Sual verin və cavabını gözləyin. Mütləq cavab alacaqsınız – cavabı kimsə sizə verəcək, o sizin həyatınıza gələcək və cavab gətirəcək.

Amma həyat... Tam başqa bir anlamdır. Həyatda gördüyümüz hər varlıq, hər canlı, ətraf, təbiət gözəldir. Çünki, yaşamaq gözəllikdir! Həyatın içində olan gözəllikləri duymaq, onun insan qoynu qədər isti olduğunu hiss etmək tam başqa bir həyatdır. Ey insan sən yalnız deyilsən, ailən var, ailən yoxsa dostların var, dostların yoxsa sevdiyin var, əgər o da yoxsa Allah var! Allah heç vaxt bəndəsini tək qoymaz. Yaşa və həyatın dadını çıxart! Həyatın bizdən istədiyi budur.

Həyatın mənası nədir? Həyatda məqsədi, tamamlanmanı və məmnunluğu necə tapa bilərəm? Məndə nəyisə uzunmüddətli tamamlamaq potensialı olacaqmı? Bir çox insanlar həyatın mənasının nə olduğunu tapmağa çalışıblar. Həyatda istədikləri bir çox şeylərə nail olduqlarına baxmayaraq, onlar illər öncəyə baxıb, münasibətlərinin nə üçün belə zəiflədiyini və nə üçün belə boşluq hiss etdiklərini düşünürlər. Bir məşhur beyzbolçudan soruşdular: “İlk dəfə beyzbol oynamağa başlayanda, insanların sənə hansı sualı vermələrini istəyərdin? O isə cavab vermişdi: “İstəyərdim mənə desinlər ki, sən zirvəni fəth edəndə görəcəksən ki, orada heç nə yoxdur.” Bir çox məqsədlərin boşluğu o zaman görünür ki, ona illər sərf olunur.
Hər bir insan həyatda özü üçün məna axtarır: ailə, din, karyera, incəsənət, elm, azadlıq, məsuliyyət, sadəcə yaşam. İnsana öz həyatının mənasını anlamaqda, axtarıb tapmaqda və reallaşdırmaqda fundamental əsas olan milli ideologiya, hər şeydən əlavə, insanda və cəmiyyətdə insanlıq uğrunda mübarizədir, vicdana və məsuliyyətə çağırışdır. Bu çağırış bir çoxları üçün nə qədər də arxaik, dəbdən düşmüş olsa da, onsuz heç bir dolğun, mütərəqqi həyat mümkün deyil. Vicdan susanda və məsuliyyət itəndə artıq insan həyatının mənasından, cəmiyyətin tərəqqisindən danışmaq əbəsdir. XX əsrin ən möhtəşəm zəka və əxlaq sahiblərindən biri, hələ sağlığında canlı klassik sayılan görkəmli psixoloq-filosof Viktor Franka görə, insan olmaq - deməli, özünə yox, nəsə başqa şeyə, hansısa varlığa yönümlü olmaqdır. Dərin mənada, insan olmaq - situasiyaya cəlb, daxil olmaqdan, dünya ilə təmasa girməkdən ibarətdir. Bu daxilolma, təmasagirmə məsuliyyət və vicdanın hökmü ilə baş verirsə, deməli, ruhi-mənəvi dərketmə, fəzilətli əməllərə cəhd həyata keçirilir. Belə olduqda insan öz həyatını daha mənalı sayır, taleyüklü ağır suallar üzərində düşünür və hərəkət edir: "Bunu mən etməsəm, kim edəcək? Və elə indi bunu etməsəm, nə vaxt edəsiyəm ki? Ancaq bunu yalnız özüm üçün etsəm, mən kiməm?" Burada Albert Eynşteynin belə bir fikrini xatırlatmaq istərdim: öz həyatını mənasız sayan insan nəinki bədbəxtdir, ümumən, çətin ki həyat üçün yararlıdır.

Bütün insanlara aid olan bir xüsusiyyət var hər bir insan özünü piss hiss etdiyi zaman özü-özünə bu suali verər: mən bu dünyaya niyə gəlmişəm? Həyatın mənası nədir kimi? Və ən maraqlısıda odurki insanlar bu sualları yalnız özlərini pis hiss etdikləri zaman verərlər. Heç bir insan hansıki özünü xoşbəxt hiss edir o bunu düşünməz və əgər o insana sual versənki: Həyatın mənasi nədir? o bu haqda çox düşünməz çünkü o onun sualı deyil.

Həyatin içində arzu etmək insan təbiətinin, fundamentinin (instinklərinin) yaratdığı bir vasitədir və insanlığı lokomotiv kimi irəli apararaq “inkişafa, tərəqqiyə” ulaşdıran, ibtidai icmadan bu günə gətirən, məhz elə o arzuetmə aktıdır. Bəli, insandan arzu etmə aktını alaraq onu hüzura qovuşdura bilərsən, çünki o, ən yüksəklərə həsəd aparmayacaq, baxmayacaq və rəqabət hissində olmayacaq, nəticə olaraq da o, heç bir arzu etməyəcək. Bu ona hüzur verər, amma bu hüzur necə bir hüzurdur?

İnsan heç vaxt situasiyadan razı qalmır və bu narazılıq yaradıcı fəaliyyətin, onun bilavasitə motivlərinə daxil olmayan, səbəblərini özündə əks etdirir. Ona görə də hər bir insanın vəzifəsi, başlıca məsələsi – özünün bütün bacarıqlarını hərtərəfli inkişaf etdirmək və imkan daxilində tarixə, cəmiyyətin tərəqqisinə, onun mədəniyyətinə öz şəxsi töhvəsini verməkdir. İstər cəmiyyətdə özünü reallaşdıran ayrılıqda götürülmüş bir şəxsiyyətin, istərsə də bütövlükdə cəmiyyətin və bəşəriyyətin həyatının mənası məhz bundadır.

İnsanın həyatı onun övladlarında, nəvələrində, gələcək nəsillərdə davam edir. İnsan müxtəlif predmetlər, əmək alətləri, elmi işlər yaradır, yeni ixtiralar edir. İnsanın mahiyyəti onun yaradıcılığında təzahür edir, bu yolla o, özünü təsdiqləyir və beləliklə, özünün fərdə nisbətən daha davamlı mövcudluğunu təmin edir. İnsanın həyatın mənası, yaşam fəlsəfəsi barədə obyektiv fəlsəfi dünyagörüşə bələd olması, özünün həm bəşəriyyətə, həm də konkret millətə və xalqa mənsubluq hissini duyması, tənhalığa, məhz fəlsəfi fenomen kimi münasibət bəsləməyi bacarması, fikrimizcə, çox mühüm məsələdir.

Insan var dərya kimidir, baş vurdunsa çıxmaq çətindir; insam var ki, divar kimidir, qarşında durur və heçnə görə bilmirsən; insan da var ki, şüşə kimidir -dünyanı sənə göstərməyə çalışır. Hər şeyin mənası insandır. Bizlər fərqliliyimizin fərqinə varmalıyıq. Insan kimi formalaşmalıyıq və həyatın bizə verdiyi hər şeydən yararlanmalıyıq, çünki həyat insanlara sadəcə bir dəfə verilir.Və bu bir bizim üçün çox önəmlidir.Yaradılışımız hər nə üçün olursa olsun, həyatı doya-doya yaşamaq, məqsədlərimizə çatmaq bizim üçün hər şeydən əsaslı olmalıdır. Insan əgər insan qalacaqsa bunun səbəbini öyrənməlidir. Insan yarımçıqıdır, onun digər yarısı isə dünyadır.Yaşadığımız dünyada, həyatımızın bizim üçün dəyərli olduğunu dərk edib onu layiqincə yaşamaq hər birimizin vəzifəsidir.

Rövşən Məmmədov,
Sosial ekspert











SON XƏBƏRLƏR
İlham və Fərizə: əsl sevgi və sədaqət salnaməsi
20 Yanvar şəhidlərinin 29-cu ildönümü anılır
Həcərin nəticəsi: "Nənəm erməniyə ərə gedə bilməzdi..."
“Dövlətqaçqınkom”un 100-ə yaxın əməkdaşı qan verdi - FOTOLAR
“Vətənin ən qəhraman övladları və onların ailələri qarşısında baş əyirəm” - Amerika ordusunun azərbaycanlı polkovniki
Heçmi əlləri titrəmədi?
İranın Qarabağ məsələsinə yanaşması dəyişir?
Günay Rəhimbəylidən Qarabağ atları ilə bağlı - SOS
Ukrayna Rusiya ilə 49 sənədi ləğv etdi
Deputat: Ölümə ən çox ürək-damar xəstəlikləri səbəb olur
“Gördün... Elmira Qafarova kişi qızıdır”
Şəhid Fərid Əhmədovun doğum günüdür
Artıq müalicə üçün İrana getməyə ehtiyac yoxdur! - VİDEO
Polad Bülbüloğlu: "Bu il Qarabağla bağlı konkret addımlar atılacağına ümidvarıq"
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə AKİMOVA yazır
Muğam sənətinin inkişafı ilə bağlı addım atılacaq
Dörd saat söhbət, dörd kəlmə söz, dörd qəpiklik inam
OPEC Azərbaycanda 2019-cu ildə neft hasilatına dair proqnoz dərc edib
Yaxın Şərqdə xain plan: "Böyük Ermənistan", "Böyük Kürdüstan" və "Böyük İsrail"
Qasırğa və çovğun hanı? – Nazirlik vaxt dedi
Xəzərdə dalğanın hündürlüyü 5,3 metrə çatıb
Bakı Nəqliyyat Agentliyində TƏYİNAT
Ramil Usubov daha bir rəisin yerini dəyişdi
Skiflər, saklar, massagetlər, talışlar və azərilər
Azərbaycanla Rusiya arasında bir sıra ikitərəfli sənədlər təsdiqləndi
Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması üzrə razılığa gəlinib”
Sergey Lavrov Azərbaycan-Rusiya münasibətlərinə dair mühüm mesajlar verdi
Suriyanın paytaxtı Dəməşqə güclü qar yağıb
Putinə qarşı sui-qəsdin qarşısı alındı
"Struktur islahatları idarəetmədə çevikliyin daha da artırılmasına xidmət edir"