Qarabag Media
Haqqımızda Əlaqə

"Guya, Mehman həbsdən çıxıb neyləyəcək?" - Siyavuş Novruzov


Tarix:10-01-2019, 13:06 Kateqoriya:Manşet / Gündəm

"Guya, Mehman həbsdən çıxıb neyləyəcək?" - Siyavuş Novruzov

"Mən həmişə demişəm ki, açın, buraxın bunları. İlqar Məmmədovla bağlı yazırdılar. İlqar Məmmədov çıxıb, hə, neyləyir ki?".

Bu sözləri "Yeni-Müsavat"a müsahibəsində YAP-ın icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov deyib.

O, Mehman Hüseynovla bağlı son günlər baş verən proseslərə də münasibət bildirib:

"Vallah onun həbsdə saxlanılması... Guya o, həbsdən çıxıb neyləyəcək? Hüquqi dövlətdir. Ancaq elə məsələ var ki, insanları pis tərbiyə edir, insanları qanunu pozmağa, qanunun aliliyini tapdamağa yönəldir. YAP, AXCP, Müsavat, ADP, ya başqa təşkilatların üzvü olsun, fərqi yoxdur, qanunu pozmamalıdır. Düşünməməlidir ki, bu partiyanın üzvüyəmsə, qanun məni qoruyacaq. Xeyr! Qanun hamı üçün birdir, müəllim üçün də, həkim üçün də, jurnalist üçün də, blogger üçün də!

Xaricdə oturanlar Dilqəm haqqında bircə yazı yazmır. Hansı ki, ermənilər Azərbaycanın ərazisində ona ömürlük cəza veriblər və nə qədər işgəncələrə məruz qalır. Bir nəfər onunla bağlı yazı yazmır. Amma birdən-birə nə oldu Mehmana? Dilqəm öz torpağına, Kəlbəcərə ata-babasının qəbrini ziyarət etməyə getmişdi. Lakin "Washington Post”da, digərində bir adam onun məsələsini qaldırmır.

Kimliyindən asılı olmayaraq, dünyada ən mühüm hüquq mülkiyyət hüququdur. Bir misal çəkim: Peyğəmbərin əmisi Abbas var idi. Onun Məkkənin yanında torpağı var idi. Yığışıb dedilər ki, sən bu torpağı satmalısan. Razılaşmadı. Qazilər Şurası yığışdı, Abbasın xeyrinə qərar verdi ki, bura onun şəxsi mülkiyyətidir. Abbas ondan sonra ərazini bağışladı. Dedi, mən birinci hüququmu təsdiq etmək istəyirdim. Hər kəsin mülkiyyət hüququ var. Biri halal, digəri haram yolla qazanır. Amma haram yolu ilə qazananı ver məhkəməyə. Biri Rusiyada bizneslə məşğul olub, gəlib özünə ev tikib, sənə kim hüquq verir ki, həmin şəxsin mülkiyyətinə toxunasan? Yaxud deyir mən bloggerəm, jurnalistəm. Bunu hamı deyir. Birini işdən çıxarırlar, səhər deyir mən hüquq müdafiəçisiyəm. Onda mən də elan edirəm: ABŞ prezidentiyəm. Olur belə bir şey? Bu, bir sənədlə müəyyənləşməlidir də. Nə oldu, dünən prokurorluqda işləyirdin, bu gün oldun hüquq müdafiəçisi? Hava dəydi, yağış yağdı, oldun hüquq müdafiəçisi?"

Karabakhmediaaz










SON XƏBƏRLƏR
Qənirə Paşayeva Murad Köhnəqalanın azadlığa buraxılmasına vasitəçi oldu
Milli Qurtuluş Günü münasibəti ilə Kürdəxanıda məcburi köçkünlər üçün tibbi aksiya keçirilib
Kərəm Məmmədli kafedra müdiri təyin edildi
Rövşən Rzayev BMT İnkişaf Proqramının nümayəndəsi ilə görüşüb
Meral Akşenerdən Elçibəy ailəsinə başsağlığı
Gestapoda sovetlərin adamı – həqiqi Ştirlits olubmu? -Məxfi sənədlər(FOTOLAR)
Azərbaycanda Qurtuluş günü qeyd olunur
Azərbaycan XİN Ermənistan XİN-in bəyanatına cavab verib
Elçibəyin həyat yoldaşının dəfn ediləcəyi yer açıqlandı
Bakıda ana və qızı özlərini 10-cu mərtəbədən atdı - Hər ikisi öldü
Fərizənin anası vəfat edib
Qazaxıstandakı mitinqlərin səbəbi budur - Tokayev
Qarabağ əlillərinə 50 avtomobil verildi
Məmməd Əmin Rəsulzadənin və Nuru Paşanın şəkilləri Avronun üzərinə vuruldu
Azərbaycandan Batumiyə birbaşa aviareys açıldı
TÜRKPA-nın baş katibindən Azərbaycan haqqında önəmli bəyanat
Oqtay Əsədov: “100 nəfər oturub 78 nəfər səs verir, bu nə deməkdir?”
Çavuşoğlu: "NATO Türkiyəni müdafiə edə bilmir, ona görə Rusiyadan S-400 alırıq"
Elçibəyin həyat yoldaşı vəfat etdi
Azərbaycanda 5 km 100 m uzunluqda Dövlət Bayra­ğı hazırlandı
İdlibdə Türkiyə ordusunun mövqelərinə 34 raket atıldı –Rəsmi Ankara Rusiya və İrana səsləndi
Ermənilər "Məşədi rəqsi"ni də OĞURLADILAR – VİDEO
Rəşad Mahmudov təcili yardım həkimlərinin döyülməsindən danışdı – TƏKLİF
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edildi
Ermənilərin aviasiya vasitələrimizi vurmaq cəhdi uğursuz olub - VİDEO
Ermənistan Qarabağa turist cəlb edə bilmir - FAKTLAR
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
Elmar Məmmədyarov: "Ermənistan rəhbərliyinin məsuliyyətsiz davranışı danışıqlar prosesinə xələl gətirir"
Ukrayna ordusu Donetskin 100 metrliyində
Doğum günün mübarək olsun, ŞƏHİD!