Qarabag Media
Haqqımızda Əlaqə

Pensiya təyinatının avtomatlaşdırılması 36 min insana şamil olunacaq


Tarix:9-01-2019, 12:47 Kateqoriya:Manşet / Cəmiyyət

Pensiya təyinatının avtomatlaşdırılması 36 min insana şamil olunacaq

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 dekabr 2018-ci il tarixdə təsdiq etdiyi "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Qanun cari ilin əvvəlindən Azərbaycanda pensiyaların avtomatlaşdırılmış qaydada təyinatına başlanmasına imkan verib.

Karabakhmedia.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, artıq 600-ə yaxın şəxsə elektron qaydada pensiya təyin olunub və bu barədə, həmçinin pensiyanın məbləği, bank kartını əldə edəcəyi bank filialı və vaxt barədə onlara "sms", e-mail və rəsmi məktubla məlumat verilib. Pensiya təyinatının avtomatlaşdırılması bu il pensiya yaşı çatanlardan 36 min insana və ya il ərzində pensiya yaşı çatacaq şəxslərdən 70 faizinə şamil olunacaq.

Qalan şəxslərin sırasına isə dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və s. daxildir ki, cari il ərzində onların da pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı mexanizminin qurulması işləri aparılacaq.

Eyni zamanda, əmək pensiyası yaşına çatmış şəxslərin fərdi hesabında 2018-ci ilin 1 iyul tarixinədək pensiya kapitalı qeydə alınıbsa (məbləğdən asılı olmayaraq), onlara əmək pensiyası təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək 25 il sosial sığorta stajı hesablanır. Həmin 25 illik stajın və eləcə də 2018-ci ilin 1 iyul tarixinədək qeydə alınan pensiya kapitalının qanunvericiliyin tələbləri əsasında indeksləşdirilməsi aparıldıqdan sonra formalaşan ümumi pensiya kapitalı əsasında pensiya təyin olunur. Bu da həmin insanların pensiyalarında artıma səbəb olur.

Ümumilikdə, cari ilin əvvəlindən pensiya təyinatı sahəsində həyata keçirilən islahat tədbiri bu sahədə vətəndaş-məmur təmasının və süründürməçilik, eləcə də digər neqativ halların baş vermə ehtimalının aradan qalxmasına, şəffaf və çevik pensiya təyinatı sisteminin qurulmasına, pensiyalarda artımın edilməsinə, nəticə etibarilə vətəndaş məmnunluğuna səbəb olub.


Karabakhmedia.az










SON XƏBƏRLƏR
Azərbaycanda 240-dan çox uşaq ürəyindən əməliyyat edilib
Azərbaycanın Güneyinə bayraq göndərək
Apreldə müharibə veteranlarına Prezident təqaüdü təyin olunacaq
ABŞ yenidən Türkiyəni hədələdi
Dağlıq Qarabağın sonuncu rəsmi statusu
Tokayev Qazaxıstan prezidenti kimi ilk səfərini Rusiyaya edəcək
Milli konsepsiyanın formalaşmasında milli fəlsəfənin dərki: problemlər və həll yolları - (III yazı)
Sabahın hava proqnozu açıqlanıb
"Dilənçiliyi təbliğ edən Kosa və Keçəl personajları ləğv edilməlidir..." - Rəşid Mahmudov
"Əvvəli, indisi, son anı sənsən" - Gilə Əliqızının şeirləri
Qarabağın Ermənistana birləşdirilməsi üçün imza toplama kampaniyasına başlandı
Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirildi - FOTOLAR
Atılan addımlar milli birliyə xidmət edir
Şuşa-Laçın yolu - 2019/VİDEO
Putin istefa verən Nazarbayevə zəng edib
Ceyhun Salmanova vəzifə verdi - Sərəncam
Nursultan Nazarbayev istefa verib
Prezidentlə Xanımı Novruz şənliyində
Ərdoğandan Avropaya sərt etiraz
"Əli İnsanovun ətrafında birləşmək fikrimiz yoxdur" — İqbal Ağazadə
Sənətilə Sumqayıtda ucalan həkim
Erməni Marqarita Simonyanın əri Bakıda – “Sputnik”də toplantı keçirdi, Azərbaycan jurnalistlərini təhdid etdi – FOTO
Problemli kreditlərlə bağlı Apellyasiya Komitəsi yaradılır
Qarabağ seprataçılarının keçmiş komandanı müharibə anonsu verib
Əli Nağıyev Əli İnsanovun çıxışına münasibət bildirdi: “Dedikləri hamısı səhvdir, gərək 15 il əvvəl məni dinləyərdi...”
Mənim mifik tanrım, sevgi tanrısı, Ayzıt (duyğu)
NATO Rusiyanı Krımı Ukraynaya qaytarmağa çağırıb
Prezident Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye nazirini qəbul edib
Çinarə Ömray "Yalquzaq ulartısı"ndan yazır...