Qarabag Media
Haqqımızda Əlaqə

Gözlənilməz qayıdış: Qarşıdurmanın kəskinləşməsi ehtimalı yaranıb


Tarix:9-01-2019, 12:02 Kateqoriya:Manşet / Siyasət

Gözlənilməz qayıdış: Qarşıdurmanın kəskinləşməsi ehtimalı yaranıb

Hərbi əməliyyatlara gedən ölkə supergüclərdən ciddi təminat almalıdır.

ABŞ Dövlət Departamentinin keçmiş xüsusi müşaviri, Vaşinqtonda yerləşən Dünya siyasəti institutun professoru Pol Qobl Ermənistan mətbuatına müsahibəsində Qarabağ münaqişəsilə bağlı mühüm açıqlamalar verib.

P.Qobl Azərbaycan-Ermənistan münqaişəsində 2018-ci ilin sakit keçdiyini, lakin 2019-cu ildə Rusiyanın bölgədə söz sahibi olduğunu sübut etmək üçün tərəfləri yeni toqquşmalara təhrik edə biləcəyini söyləyib. Pol Qoblın fikrincə, rəsmi Moskva münaqişənin həllində maraqlı deyil. Ona görə ki, bu zaman həm Bakı, həm də İrəvana təsir imkanlarını itirə bilər. ABŞ-ın isə münaqişəni həll etmək üçün kifayət qədər resursu yoxdur. Üstəlik, hər iki dövlətin rəhbərliyində əhalinin radikal əhval-ruhiyyəsini təmsil edən şəxslər durur.

Qoblın sözlərinə görə, iki fundamental dəyişiklik situasiyanı başqa yönə çevirmək qabliyyətindədir. Bunlardan biri Ermənistanda Moskva ilə arası olmayan iqtidarın gəlməsidir. İkincisi isə Azərbaycanın rəsmi Moskva ilə münasibətlərini dərinləşdirməsidir.

"Paşinyanın hələ ki, Dağlıq Qarabağ məsələsində müstəqil hərəkət etmək gücü yoxdur. O, hazırda diqqətini daxili problemlərə yönəldib. Çətin ki, Ermənistanın baş naziri nüfuzlu Qarabağ klanı ilə daban-dabana zidd düşən addımlara getsin.

Azərbaycan isə Rusiya ilə yaxınlaşmağa cəhd edir. Moskva Dağlıq Qarabağ məsələsində İrəvanı öz mövqeyindən geri çəkilib güzəştə getməyə məcbur etsə, Azərbaycanda öz təsirini artıra bilər. Mən həmişə demişəm ki, Moskva Azərbaycanı almaq müqabilində Ermənistanı satmağa hazırdır" – deyə Pol Qobl qeyd edib.


Pol Qobl bəyan edib ki, əgər Qarabağ məsələsi Azərbaycanın xeyrinə həll olunsa, bu, ABŞ-a İranı daha da neytrallaşdırmaq və izolə etməyə imkan verəcək. Çünki Qarabağ məsələsinin həlli olunması ilə rəsmi Tehran artıq Qafqazdakı siyasi məsələlərə təsir etmək imkanlarından məhrum olacaq. Kreml bunu anlayır və həyata keçməməsi üçün əlindən gələni edir.

Aydın məsələdir ki, P.Qobl Vaşinqtonun maraqlarından çıxış edir və Bakını Moskva ilə açıq qarşıdurmaya sövq edir. Lakin məsələ onun təsvir etdiyindən daha mürəkkəbdir və Birləşmiş Ştatlar da Qarabağ münaqişəsinin ədalətli həlli üçün indiyə qədər heç bir əməli addım atmayıb.

Ümumiyyətlə, bu gün dünyada aparıcı dövlətlər arasında qlobal qarşıdurma yaşanır. Suriya, İran, Ukrayna problemləri Qarabağ münaqişəsini ikinci plana keçirir. Belə bir şəraitdə qaynar regionda ortaq məxrəcə gəlmək imkanları yox dərəcəsindədir. Bakı İrəvan ilə birbaşa danışıqlara getməyə də tərəddüd edir. Xatırladaq ki, 1992-ci ilin sonunda birbaşa danışıqlar üçün cəhdlər oldu, Ermənistan prezidenti Levon Ter-Petrosyanın ən yaxın silahdaşlarından biri Aşot Bilyan Bakıya gəlib qeyri-rəsmi danışıqlar aparırdı. O zaman dövlətlər yeni yaranmalarına baxmayaraq, hələ Bakı və İrəvan müstəqil qərar qəbul etmək imkanlarına malik idi, Qərb regiona tam daxil ola bilməmişdi. Ancaq bununla belə, birbaşa danışıqlar nəticə vermədi.

Ümumiyyətlə, hələ müharibə yoxdursa, bütün formatlardan istifadə etmək lazımdır. Çünki savaş halında deyilsənsə, hər hansı formatdan imtina anlaşılmır. Azərbaycanda və Ermənistanda vəziyyət elədir ki, kənardan güclü təzyiq olmasa, danışıqlar prosesinin səmərəsinə inanmaq çox çətindir. Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanımayacağını, Ermənistanda da bölgənin Azərbaycanın tərkibində qalacağı ilə heç zaman barışmayacağını deyir. Bu mövqelər o dərəcədə antoqanistdir ki, ümumi razılığa gəlmək mümkün deyil.

Ermənistanda maksimal əhval-ruhiyyə daha da artır. Məsələn, Dağlıq Qarabağ ətrafındakı rayonlar haqda əcaib bəyanatlar verirlər. Bu ölkədə Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasının zəruriliyini deyən siyasi lider yoxdur. Belə bir şəraitdə çoxtərəfli və birbaşa danışıqlarla nəsə əldə etmək problematikdir.

1990-cı illərdə oxşar situasiya keçmiş Yuqoslaviyada yaranmışdı, Delton sazişi ilə tərəfləri sülhə məcbur etdilər, açıq dedilər ki, razılığa gəlməsəniz vurulacaqsınız. Ona görə də, Paşinyanın Qarabağ ermənilərini danışıqlara cəlb etmək haqda danışması problemi həll etmək istəyini əks etdirmir. Sadəcə, müəyyən şərtlər irəli sürməklə danışıqlar prosesini uzatmaq oyunudur.

Ümumiyyətlə, Azərbaycan Dağlıq Qarabağın statusu məsələsini Ermənistanla müzakirə edə bilməz. Çünki Ermənistanla müzakirə İrəvanın Azərbaycanın daxili işlərinə müdaxilə hüququnu təsbit edir. Əgər statusu Ermənistanla müzakirə ediriksə, ən azından həmin ərazinin mübahisəli olduğunu etiraf edirik. Pol Qobl Azərbaycanın geostrateji əhəmiyyətini, xüsusilə də İrana gedən yolun üstündə olmasını qabardır.

İrana dişlərini qıcadan ABŞ üçün bu faktor da qıcıqlandırırcı rol oynaya bilər. Qoblın yenidən gündəmə qayıtması regionda və xüsusilə də Qarabağın taleyi ilə bağlı məsələdə iki dövlətin qarşıdurmasının kəskinləşməsi ehtimalından xəbər verə bilər.

Savaş təhlükə mənbəyidir. ABŞ-ın regionda təsirinin güclənməsi də yaxşı heç nə vəd etmir. Onların Qarabağla bağlı mövqeləri obyektivlikdən uzaqdır, Qarabağın Azərbaycana qaytarılması fikrindən uzaqdırlar. İndi daha çox nəzərlər Rusiyaya dikilib. Bəlkə də P. Qoblın "Kreml amili"ni şişirtməsi də bununla bağlıdır. Burada Qarabağ münaqişəsi hamı üçün önəmli amildir. Qarabağda Qərbin, ABŞ-ın da maraqları var. Cənubi Qafqaz maraq dairələrinə bölünməyib, regionun hansı gücün maraq dairəsində olduğu dəqiq müəyyənləşməyib. Hərbi əməliyyatlara gedən ölkə supergüclərdən ciddi təminat almalıdır. Belə təminatı isə çətin ki kimsə verməyə hazır olsun./Sputnik/

Azər RƏŞİDOĞLU

__________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Qənirə Paşayeva Murad Köhnəqalanın azadlığa buraxılmasına vasitəçi oldu
Milli Qurtuluş Günü münasibəti ilə Kürdəxanıda məcburi köçkünlər üçün tibbi aksiya keçirilib
Kərəm Məmmədli kafedra müdiri təyin edildi
Rövşən Rzayev BMT İnkişaf Proqramının nümayəndəsi ilə görüşüb
Meral Akşenerdən Elçibəy ailəsinə başsağlığı
Gestapoda sovetlərin adamı – həqiqi Ştirlits olubmu? -Məxfi sənədlər(FOTOLAR)
Azərbaycanda Qurtuluş günü qeyd olunur
Azərbaycan XİN Ermənistan XİN-in bəyanatına cavab verib
Elçibəyin həyat yoldaşının dəfn ediləcəyi yer açıqlandı
Bakıda ana və qızı özlərini 10-cu mərtəbədən atdı - Hər ikisi öldü
Fərizənin anası vəfat edib
Qazaxıstandakı mitinqlərin səbəbi budur - Tokayev
Qarabağ əlillərinə 50 avtomobil verildi
Məmməd Əmin Rəsulzadənin və Nuru Paşanın şəkilləri Avronun üzərinə vuruldu
Azərbaycandan Batumiyə birbaşa aviareys açıldı
TÜRKPA-nın baş katibindən Azərbaycan haqqında önəmli bəyanat
Oqtay Əsədov: “100 nəfər oturub 78 nəfər səs verir, bu nə deməkdir?”
Çavuşoğlu: "NATO Türkiyəni müdafiə edə bilmir, ona görə Rusiyadan S-400 alırıq"
Elçibəyin həyat yoldaşı vəfat etdi
Azərbaycanda 5 km 100 m uzunluqda Dövlət Bayra­ğı hazırlandı
İdlibdə Türkiyə ordusunun mövqelərinə 34 raket atıldı –Rəsmi Ankara Rusiya və İrana səsləndi
Ermənilər "Məşədi rəqsi"ni də OĞURLADILAR – VİDEO
Rəşad Mahmudov təcili yardım həkimlərinin döyülməsindən danışdı – TƏKLİF
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edildi
Ermənilərin aviasiya vasitələrimizi vurmaq cəhdi uğursuz olub - VİDEO
Ermənistan Qarabağa turist cəlb edə bilmir - FAKTLAR
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
Elmar Məmmədyarov: "Ermənistan rəhbərliyinin məsuliyyətsiz davranışı danışıqlar prosesinə xələl gətirir"
Ukrayna ordusu Donetskin 100 metrliyində
Doğum günün mübarək olsun, ŞƏHİD!