Qarabag Media
Haqqımızda Əlaqə

Bu gün Milli Qəhrəman Mətləb Quliyevin doğum günüdür -VİDEO


Tarix:8-01-2019, 23:47 Kateqoriya:Manşet / Qəhrəmanlar

Bu gün Milli Qəhrəman Mətləb Quliyevin doğum günüdür -VİDEOVətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən, xalqın rifahı və xoşbəxtliyi naminə şəhid olan qəhrəmanlar heç vaxt unudulmur, öz ölümləri ilə ölümsüzlüyə qovuşurlar.

Belə qəhrəmanlardan biri də Azərbaycan Silahlı Qüvvələrinin zabiti baş leytenant Mətləb Quliyevdir.

Mətləb Quliyev 9 yanvar 1959-cu ildə Beyləqan rayonunda doğulmuşdur. İbtidai təhsilini 3 saylı pambıqçılıq sovxozundakı orta məktəbdə almışdır. Sonra ailəsi Sumqayıt şəhərinə köçmüşdür. O, təhsilini səkkizinci sinfə qədər buradakı 13 saylı orta məktəbdə davam etdirmişdir. Hərbçi olmaq həvəsi onu C.Naxçıvanski adına hərbi məktəbə gətirir. Burada oxuyarkən o, hərb elminin sirlərinə yiyələnməklə, verilən bütün tapşırıqları vaxtında yerinə yetirməyə çalışırdı. O hərbi məktəbi müvəffəqiyyətlə bitirir, əvvəlcə Giləzi Quşçuluq fabrikində, sonra isə Ceyranbatan Avtomobil Nəqliyyatı Trestində çilingər işləyir. Az keçmir ki, ordu sıralarına çağırılır. Hərbi xidməti Ukrayna Respublikasında keçir. Ordudan tərxis olunan il Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olur. İnstitutda “Təhsil əlaçısı” döş nişanı ilə təltif edilir. 1985-ci ildə leytenant rütbəsi ilə ali məktəbi bitirib Sumqayıt şəhəri 3 saylı orta məktəbdə hərbi hazırlıq müəllimi kimi çalışmağa başlayır.

1992-ci ildə daxili işlər orqanında işə düzəlir. O, bir zabit kimi Daxili Qoşunlara qəbul edilən gənclərin təlim-tərbiyəsi ilə mükəmməl məşğul olurdu. O, yaxşı bilirdi ki, Vətəni qorumaq, işğal olunmuş torpaqları erməni tapdağından azad etmək üçün əl-ələ, ürək-ürəyə vermək lazımdır. O, tez-tez cəbhə bölgələrinə gedir, döyüş yoldaşlarına dayaq olurdu.

Müharibə isə səngimək bilmirdi.

1992-ci ilin avqustun 31-də Ağdam bölgəsində ağır döyüşlər gedirdi. Strateji əhəmiyyətli yüksəkliklər ermənilərin əlində idi. Əsgərlərdə ruh yüksəkliyi oyatmaq lazım idi. Mətləb pulemyotu əlinə götürüb düşmən üstünə şığıyır. Onlarla erməni yaraqlısı yerə sərilir. Erməni quldurları onun pulemyotunun darağında güllənin qurtardığını hiss edərək, hər tərəfdən hücuma keçirlər. Yanındakı kapitan yoldaşı həlak olur. Mətləb isə dolu darağı yenidən pulemyota qoşur. O, bu döyüşdə qəhrəmancasına həlak olur.

Ailəli idi. Bir oğlu, bir qızı yadigar qalıb.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-cı il tarixli 290 saylı fərmanı ilə baş leytenant Quliyev Mətləb Kamran oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Sumqayıt şəhər 3 saylı orta məktəb onun adını daşıyır. Məktəbin önündə büstü qoyulmuşdur. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuş, adına bulaq tikilmişdir.


Karabakhmedia.az










SON XƏBƏRLƏR
Dünyanın ən güclü orduları bəlli oldu - Neçənci yerdəyik?
"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR
Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb - SİYAHI
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
İrəvanda etirazlar: Parlament binası mühasirəyə alındı
Şəhid Milli Qəhrəman Fazil Mehdiyevin doğum günüdür - VİDEO
Hirkan Milli Parkının ərazisində yanğın başlayıb - YENİLƏNİB
Rəşad Atakişiyevin nəşi TAPILDI
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"