Qarabag Media
Haqqımızda Əlaqə

Laçından Əbülfəz Elçibəyə yazılan məktub


Tarix:8-01-2019, 12:19 Kateqoriya:Manşet / Cəmiyyət

Laçından Əbülfəz Elçibəyə yazılan məktub

Karabakhmedia.az saytı Laçın rayonunun tanınmış ictimai nümayəndələrindən biri, hazırda məcburi köçkün kimi Bakıda məskunlaşmış el ağsaqqalı Qəzənfər Hüseynovun “Xəyallarda qalan Laçın” adlı silsilə yazılarını davam etdirir.

26 il əvvəl olmuşları Sizinlə bölüşmək istəyirəm. Mən 1971-1979 cu illər arasında Laçın Rayon Komsomol Komitəsində məsul vəzifələrdə çalışmışam. O, zamanlar biz gənclər Heydər Əliyevi özümüz üçün bir idelal örnək sayırdıq. Beləliklə 1991 ci ildən başlayaraq Azərbaycanın çətin günlərində onun hakimiyyətə qayıtması yönündə əlimdən gələni edirdim (sərçənin yanğına ağzında su tökməsinə bənzəmir ki?). Ağır vəziyyətdən xalqımızı onun çıxaracağına inandığımdan özümün və dostlarımın rəhbərlik etdikləri müəssisələrdə ümumi yığıncaqlar keçirir, kollektivlər adından respublika Ali Sovetinə və Naxçıvan MR Ali Sovetinə teleqramlar vuraraq, onun siyasi hakimiyyətə gəlməsini müdafiə edirdim. Həmin dövrdə Bakıdan müxtəlif siyasi qüvvələrin nümayəndələri rayonlarda təbliğat işləri ilə məşğul olurdular, bu məqsədlə Laçına da tez-tez gələrdilər. Həmin siyasi qüvvələrin Laçındakı emissarları sonralar sifətlərini ustalıqla dəyişərək, H. Əliyev dönəmində yüksək hakimiyyət vəzifələri də qazandılar.

1992 ci ilin may ayında işğaldan sonra yaxın dostum, gözəl insan olan Azər Məmmədovun başqa dostlarımızın yanında təkidi ilə Laçın rayon İcra Hakimiyyəti Başçısının birinci müavini vəzifəsinə təyin olundum. Bu bəlkə də mənim gələcək karyeramda böyük səhfim idi, hansı ki, bu işə qədər Bakıda mənə yüksək vəzifələr təklifi olmuşdu. Bu mənim o zamankı düşüncələrim idi. Nə isə bunlar artıq keçmişdə qalmışdır, keçmişə görə təəsüflənməyə dəyməz. İtirdiklərimiz çoxdur, itirdiklərimizdən və itirəcəklərimizdən Laçından dəyərlisi yoxdur. O, dönəmdə siyasi hakimiyyətdə olan AXC öncüllərinin hakimiyyət səriştəsizliyi nəticəsində idarəçilik sistemi pozulmuşdu desəm məni qınamayın. Çalışdığımız vaxtdan etibarən müxtəlif qüvvələr Azər Məmmədova qarşı təzyiqlər edirdilər. Mən, ona təklif etdim ki, məni birinci müavinlikdən azad et və onlardan birini təyin et, onlar sənə işləməyə imkan verməyəcəklər, o isə mənimlə razılaşmadı və Azər Məmmədovu prezident işdən azad etməzdən əvvəl icra başçısının birinci müavini vəzifəsindən azad edilməyim haqqında başçıya ərizə yazdım.

Bir çox təzyiqlərdən sonra Laçın ətrafında yaranmış bəzi xoşagəlməz hallar haqqında ölkə prezidenti Əbülfəz Elçibəyə məktub yazdım. İndi aradan keçən illərdən sonra həmin ərizəmi burada Sizinlə paylaşmaq istəyirəm. Bir balaca emosianal yazdığım üçün ərizə məncə gobud alınmışdı. Elçibəyə qarşı hörmətsizlik kimi başa düşülməsin, çünkü dünyada mənə hər kəsdən və hər şeydən əziz olan Laçınla bağlı hisslərim məni məcbur etdi ki, bu məktubu ona yazım. Məni o zamankı bütün düşüncələrimə görə bu gün qınamayın, axı yer kürəsi fırlanır, biz də dəyişirik.

Azərbaycan Respublikası Prezidenti Əbülfəz Əliyev yoldaşa.

İmperiya buxovundan azad olmuş xalqımız müstəqillik yolundadır. Bu müstəqilliyi təmin edən dövlət quruculuğu bir prezident kimi Sizin qismətinizə düşmüşdür.

Bu ilin may ayından taleyinə didərginlik düşmüş laçınlılar respublikamızın 44 rayonuna səpələnmişlər. Qubadlı, Zəngilan bölgələrindəki son uğursuzluqlar Laçının tezliklə azad ediləcəyinə şübhə yaradır. Müharibənin öz qanunları var. Döyüşlərdə qələbə də olur, məğlubiyyət də. Bu birinci növbədə Azərbaycanda dövlətçiliyin yaranmasında meydana çıxan çətinliklərin aradan qaldırılması ilə bağlıdır. Xalqımızın bütün təbəqələri bu prosesdə yaxından iştirak etməlidirlər. Xalqı cəbhəçilərə və qeyri cəbhəçilərə bölmək, onsuz da orta əsr xanlıqlar dövrünün psixologiyasından yaxa qurtarmamış Azərbaycan üçün yeni faciələr törədə bilər.

Bizi hər şeydən çox respublika rəhbərliyində laçınlılara qarşı biganəlik, yad münasibət narahat edir. Bir çox hallarda respublika rəhbərliyi tərəfindən müxtəlif kürsülərdə təhqir belə olunuruq.

May hadisələri zamanı hakimiyyət uğrunda gedən çarpışmanın qurbanı olan, yurd-yuvasından didərgin düşən laçınlıları bir arzu yaşadır – doğma torpağa qayıtmaq. Lakin hər hansı bir məskənə insanları yol aparır. O yol ki, qoca tarixin nə vaxtsa cəzasını verəcək xəyanət nəticəsində yağı tapdağına məruz qalmışdır. Bu gün Laçın rayonunun ərazi, relyef və əməliyyat şəraitini bilməyənlər bütün laçınlıları elliklə doğma ocağa geri dönməyə çağırırlar.

Hörmətli Prezident! Bizi ağrıdan odur ki, Siz də laçınlıları geri dönməyə çağırırsınız. Fikirləşmək lazımdır, Laçına hansı yolla, haradan getmək olar? Laçının əsasən iki yolu var idi. Birincisi Ağdam-Şuşa-Laçın yolu, ikincisi isə Akara-Qubadlı-Laçın yolu. Bu yolların bağlı olması yəqin Sizə məlumdur. Laçına əvvəllər istifadə edilməyən üçüncü bir yol da vardır. Kəlbəcərin Zülfüqarlı dərəsindən keçən yol. Bu yol düz döyüş zonasına gedir. Həmin zonada Laçının Şamkənd, Nağdalı, Qorçu, Oğuldərə, Lolabağırlı və Dambulaq kəndlərində yaşayış qismən bərpa olunmuş, həmin kəndlərə 1500 nəfərədək əhali köçüb gəlmişdir. Yerdə qalan kəndlər erməni işğalı zamanı yandırılıb, qarət edilmişdir. Həmçinin həmin kəndlərin 80% arteleriyanın atəşi altındadır. Məhz ona görə də laçınlıları elliklə Laçına qaytarmaq bu gün mən deyərdim ki, tamamilə səhv fikirdir, nəticəsi çox faciəli ola bilər.

Laçını təkcə bir rayon kimi qiymətləndirmək düzgün olmaz. Laçın respublikamızın sərhəddidir. Lakin o sərhəd kimi qorunmadı, ali kürsü uğrunda çarpışma laçınlıların faciəsinə, bütünlüklə Azərbaycana qarşı xəyanətə çevrildi.

Yuxarıda göstərilən kimi laçınlılara soyuq münasibətin nəticəsidir ki, camaatımiza bir sıra qonşu rayonların üzdəniraq rəhbərləri pis münasibət bəsləyir, alçaldıcı sözlərlə təhqir etməkdən də çəkinmirlər.

Kəlbəcərin çətin Murovdağ keçidində bir çörəyi bir qoyuna dəyişdirənlər, “torpağı qoyub, hara qaçırsınız?” deyib bulaqdan su belə içməyə qoymadılar. Qubadlı rayonunun ərazisində isə rayon rəhbərləri tərəfindən Güləbird kəndinin qocaları, qadınları, uşaqları döyülüb, qanına qəltan edildilər. Bu yaxınlarda televiziya verilişi zamanı İsgəndər Həmidov Qubadlı camaatı ilə görüşündə laçınlılar haqqında söylədiyi xoş sözlər üçün ona minnətdar olduq. Qubadlı, Kəlbəcər rayonları ziyalılarının, Laçın rayonu isə igidlərinin çoxluğu ilə fəxr etməlidir – deyəndə həm sevindim, həm də imkanım olmadı ona deyəm ki, Azərbaycan Demokratik Respublikasının ilk hərbi naziri Xosrov bəy Sultanov və maarif naziri Nurəddin bəy Şahsuvarov əslən laçınlı olublar.

Biz hələ 1970-80cı illərdə Minkənd məktəbinin 100 illiyini qeyd etmişdik. Laçın isə şəhər kimi, özü də ilk sosialist (Azərbaycanda) şəhəri kimi 50 illik yubileyini hələ 1974 cü ildə qeyd etmişdir. Bunları yazmaq mənim kiçik hisslərlə yaşadığımı göstərmir. Laçın haqqında olan həqiqəti, özü də bilə-bilə üstü örtülən həqiqətləri çatdırmaq istəyirəm.

Yuxarıda yazdıqlarıma onu da əlavə etmək istərdim ki, yenə qeyd etdiyim televiziya verilişində əli ilə Dİ Naziri İ. Həmidovun “Mersedes” avtomaşınının tozunu silən Qubadlının icra başçısı iki ay əvvəl həmin əli ilə bizim rayonun Güləbird kəndindən atası yaşda bir müəllimi döyərək, necə boks vurmağı ilə fəxr etmişdi.

Hörmətli prezident! Bəlkə də mənim bu əsəbiliklə yazdığımdan səhvlərlə dolu məktubumu Sizə verməzlər. Yəqin ki, verməzlər. Lakin mən çox istərdim ki, bu məktub uca dağlarla əhatə olunduğundan düzənliklərin sırtıq küləklərindən xilas olmuş, başqa bir dünyası olan laçınlılar haqqında pis fikir yaranmasının qarşısını alsın.

Hörmətlə,
LAÇIN RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ
BİRİNCİ MÜAVİNİ
QƏZƏNFƏR RÜSTƏM oğlu HÜSEYNOV

8-9 oktyabr 1992 ci il.
Laçın – Lolabağırlı kəndi,
Ağcabədi – “Taxta körpü”


("Xəyallarda qalan Laçın xatirə gündəlik"dən)

Laçından Əbülfəz Elçibəyə yazılan məktub

____________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
İlham və Fərizə: əsl sevgi və sədaqət salnaməsi
20 Yanvar şəhidlərinin 29-cu ildönümü anılır
Həcərin nəticəsi: "Nənəm erməniyə ərə gedə bilməzdi..."
“Dövlətqaçqınkom”un 100-ə yaxın əməkdaşı qan verdi - FOTOLAR
“Vətənin ən qəhraman övladları və onların ailələri qarşısında baş əyirəm” - Amerika ordusunun azərbaycanlı polkovniki
Heçmi əlləri titrəmədi?
İranın Qarabağ məsələsinə yanaşması dəyişir?
Günay Rəhimbəylidən Qarabağ atları ilə bağlı - SOS
Ukrayna Rusiya ilə 49 sənədi ləğv etdi
Deputat: Ölümə ən çox ürək-damar xəstəlikləri səbəb olur
“Gördün... Elmira Qafarova kişi qızıdır”
Şəhid Fərid Əhmədovun doğum günüdür
Artıq müalicə üçün İrana getməyə ehtiyac yoxdur! - VİDEO
Polad Bülbüloğlu: "Bu il Qarabağla bağlı konkret addımlar atılacağına ümidvarıq"
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə AKİMOVA yazır
Muğam sənətinin inkişafı ilə bağlı addım atılacaq
Dörd saat söhbət, dörd kəlmə söz, dörd qəpiklik inam
OPEC Azərbaycanda 2019-cu ildə neft hasilatına dair proqnoz dərc edib
Yaxın Şərqdə xain plan: "Böyük Ermənistan", "Böyük Kürdüstan" və "Böyük İsrail"
Qasırğa və çovğun hanı? – Nazirlik vaxt dedi
Xəzərdə dalğanın hündürlüyü 5,3 metrə çatıb
Bakı Nəqliyyat Agentliyində TƏYİNAT
Ramil Usubov daha bir rəisin yerini dəyişdi
Skiflər, saklar, massagetlər, talışlar və azərilər
Azərbaycanla Rusiya arasında bir sıra ikitərəfli sənədlər təsdiqləndi
Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması üzrə razılığa gəlinib”
Sergey Lavrov Azərbaycan-Rusiya münasibətlərinə dair mühüm mesajlar verdi
Suriyanın paytaxtı Dəməşqə güclü qar yağıb
Putinə qarşı sui-qəsdin qarşısı alındı
"Struktur islahatları idarəetmədə çevikliyin daha da artırılmasına xidmət edir"