Qarabag Media
Haqqımızda Əlaqə

Üz iflici nədir və necə müalicə olunur?


Tarix:5-01-2019, 14:52 Kateqoriya:Manşet / Tibb

Üz iflici nədir və necə müalicə olunur?

Bədəndəki əzələləri hərəkət etdirən sinirlər arasında ən uzun sümük kanalına malik sinir olan üz siniri (Fasial sinir), ən çox iflic müşahidə olunan sinirlərdən biridir. Bu ifliclərin təxminən 90%-ə qədəri sinirin kanalının içindən keçdiyi qulaq sümüyündəki xəstəliklərə bağlı olaraq meydana gəlir.
Üz ifliclərinin ən çox rast gəlinən səbəbi ümumilikdə səbəbi bilinməyən və öz-özünü məhdudlaşdıran xəstəlik olan Bell iflici olmaqla yanaşı, sümüyə destruktiv təsir göstərən iltihablar və ya orta qulaq mənşəli törəmələr kimi patologiyaların da iflicə səbəb ola biləcəyi güman edilir. Bu nahiyənin xəstəliklərinin müalicəsinin qulaq burun boğaz həkimliyi sahəsinə aid olması səbəbiylə üz iflici diaqnozu qoyulan xəstələr mütləq LOR mütəxəssisi tərəfindən qiymətləndirilməlidir.

Beyindən gələn üz siniri ilə üzün yuxarı yarısına gedən sinir liflərinin bir qismi eyni üz yarısına gedir, bir qismi isə beyin sapında çarpazlaşaraq digər üz yarısına gedir. Halbuki üzün alt yarısını hərəkət etdirən bütün sinir lifləri beyindəki müvafiq mərkəzdən çıxdıqdan sonra çaprazlaşarak üzün digər yarısındakı əzələləri xəbərdar edir. Bu səbəblə beyində bir tərəfdə meydana gələn patologiyalarda üzün əks tərəfində aşağı yarısındakı əzələlər təsirləndiyi halda, yuxarı üz nahiyəsi beyin sağlam olan digər tərəfindən də xəbərdarlıq aldığı üçün təsirlənmir. Bu tip üzün gözdən aşağıda qalan hissəsinə təsir edən iflic “mərkəzi tip üz iflici” olaraq, beyin sapı və daha alt nahiyədəki patologiya ilə bağlı yaranan və üzün bir yarısına tam olaraq təsir edən iflic isə “periferik tip üz iflici” olaraq adlandırılır. Bu fakt differnsial diaqnoztikada əhəmiyyətli olmaqla yanaşı sinirin periferik tip patologiyalarında da yuxarı üz yarısındakı xəbərdarlığın qorunduğu halların ola biləcəyi unutulmamalıdır.

Üz siniri beyindən çıxdıqdan sonra eşitmə və müvazinət siniri ilə birlikdə qulaq sümüyünün içərisinə daxil olur. Daxili qulaq kanalı (internal akustik kanal) kimi adlandırılan bu nahiyədəki patologiyalarda üz iflici eşitmə və müvazinət şikayətləri ilə müşaiyət oluna bilər.

Üz siniri qulaq sümüyü daxilindəki kanalda hərəkət edərək göz yaşı vəzini oyandıran, orta qulaqdakı üzəngi sümüyünün əzələsini oyandıran və dilin 2/3 ön hissəsində dad duyğusunu verən, çənə altı tüpürcək vəzilərini hərəkət etdirən qollara ayrılır. Sinir qulaq sümüyündən çıxdıqdan sonra önə doğru uzanır və qulaq altı tüpürcək vəzi (Parotis vəzi) içindən keçərək üzdəki mimika əzələlərini oyandıran qollara ayrılır.

Üz ifliclərində göz yaşı sekresiyasının, dildə dad duyğusunun və üzəngi əzələsi funksiyasının olub-olmaması xəstəliyin meydana gəldiyi nahiyənin / səviyyənin təyinində kömək edir.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Ərdoğan Haftarla danışıqlardan imtina etdi – SƏBƏB
ABŞ yeni silahını nümayiş etdirdi – VİDEO
Deputatlığa namizəd polkovnik Mehdi Mehdiyev Qobu və Saray qəsəbəsində görüşlər keçirib - FOTO
Prezident İlham Əliyev “Carlyle Group” şirkətinin həmtəsisçisi Devid Rubinşteynlə görüşüb
Türkiyədə 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı film çəkilib
Putin baş prokuroru istefaya göndərib
Məşhur rus generalı 20 yanvarda Bakını necə işğal etməsindən yazıb - I HİSSƏ
Siqaret çəkən futbolçular Azərbaycan millisindən qovuldu
Londonda 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd edilib
Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib
Güləşçilərimiz Fransada keçirilən ilin ilk turnirindən altı medalla qayıdır
Türkiyə Televiziyasında 20 Yanvar faciəsinə həsr olunmuş veriliş yayımlanıb
Bir ölü, beş yaralı – Mikroavtobus qəzası ilə bağlı rəsmi açıqlama
Hava proqnozu: Duman, çiskin gəlir
Kəpənəkçidə Zəlimxan Yaqub adına Poeziya Evi tikiləcək
Azərbaycanın tanınmış jurnalisti vəfat edib
Məzarı olmayan şəhid — FOTOLAR
AZƏRBAYCANI ÖLKƏ HÜDUDLARINDAN KƏNARDA LƏYAQƏTLƏ TƏMSİL EDƏN BÖYÜK ALİM
Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət etdi
Lənkəranda yol qəzasında sürücü yanaraq ölüb
Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi
20 Yanvar faciəsindən 2 gün öncə nə baş vermişdi? - Xaçmazdakı olayın şok DETALLARI
20 Yanvar hadisələrindən 30 il ötür
Ölkəyə qanunsuz dərman gətirənlər saxlanıldı - FOTO
Hindistanda K-4 ballistik raketi sınaqdan keçirilib
Ömrünü vətəni üçün fəda edən, mis kasa ilə başlayıb milyonluq miras qoyan Qərib
Deputatlığa namizəd polkovnik Mehdi Mehdiyev Ceyranbatan qəsəbəsində şəhid ailələrini ziyarət edib
İran Ukraynanın xahişini yerinə yetirdi – Qara qutu göndərildi
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı paylaşım edilib - VİDEO
Rusiyadan anası tərəfindən zorla Bakıya gətirilən 18 yaşlı qız ölkəsinə yola salınıb