Qarabag Media
Haqqımızda Əlaqə

Son 50 illin ən gizli xəstəliyi - Sizdə varmı? - Özünüz yoxlayın


Tarix:4-01-2019, 18:29 Kateqoriya:Manşet / Tibb

Son 50 illin ən gizli xəstəliyi - Sizdə varmı? - Özünüz yoxlayınBağırsaqlarınızın florası nə vəziyyətdədir? Bu test səhər duranda yoxlanıla bilər.

Bağırsaqda maya göbələyinin artdığını sadə testlə araşdıra bilərsiniz. Səhər duran kimi bir stəkan içməli suya ac qarnına tüpürün və 15 dəqiqə izləyin. Tüpürcək suyun üstündə qalırsa, sağlam bağırsaq florasına maliksiniz. Tüpürcək saçaq kimi aşağı enib dibə çökürsə, qar yağmış kimi puçurlanırsa, bu kandida maya göbələyinin bağırsaq florasına yayılmasının əlamətinə bənzəyir.

Azca yesən də, qarın şişib daş kimi olur və ağrıyırsa, etdiyiniz bütün pəhrizlərə baxmayaraq, lifli qidalar yeyilsə belə, qəbizlik problemi yaşayırsınızsa, sizdə böyük ehtimalla kandida maya göbələyi var.

Kandida göbələkləri qidalardan alınan şəkəri emal edilmiş məhsulları və unlu məmulatları əvvəl piruvata, sonra asetaldehid və karbon qazına çevirir. Asetaldehid həm qaraciyər, həm də göbələk tərəfindən etil spirtinə çevrilir. Açığa çıxan karbon qazının təsiri ilə qarında şişkinlik və sərtlik yaranır.

"Candida Albicans" maya göbələyi və onun yol açdığı kandida xəstəliyi son əlli ildəki gizli yayılan xəstəliklər siyahısındadır. Səhv diaqnozlar, səhv dərmanların istifadə edilməsi isə daha pis nəticələrə yol açıb. Böyük əksəriyyət bağırsaqdan bütün vücuda keçən və orqanlara böyük zərər verən bu xəstəlikdən şübhələnməyib.

Son 50 illin ən gizli xəstəliyi - Sizdə varmı? - Özünüz yoxlayın

Kandida köklük, şəkər, ürək-damar, hormonal pozğunluqlar, xərçəng və sinir sistemi xəstəliklərindən yaranır. Bu xəsətlik uşaqlarda allergik fəsadlar, axıntılar, çıxılmaz vəziyyətlər, otizm, hiperfunksiya və diqqət pozğunluğunu getdikcə artırır.

Yorğunluq, unutqanlıq, əsəbilik, cinsi pozğunluq, dözümsüzlük... bütün bu vəziyyətlərə kandida göbələyi də səbəb ola bilər.

Bəs kandida göbələyi nədir?

Bağırsaqda minlərlə bakteriya bizimlə yaşayır. Normal bağırsaq florasında bunların 90%-i faydalı bakteriyalardır. Antibiotiklər, antasidlər, mədə xorası və reflyuks dərmanları, doğum idarə həbləri, şəkərli və ağ unlu, hormonlu qidalar, xlorlu su içilməsi, bağırsaq parazit infeksiyaları, spirt istifadəsi, bağırsaq təmizləyici dərmanlar, yağsız qidalanma, xərçəng müalicələri (kemoterapi, radyoterapi) və şəkər xəstəliyinə qarşı maddələr, soya və marqarin, omega-3, omega-6 tarazlığının pozulması, səhv pəhrizlər, turşulu qidalanma nəticəsində yaranan asidoz, ət, və dərmanlar faydalı bakteriyaların azalmasına, bağırsaqlarda kandida göbələyinin yayılmasına yol açır. Qısası qida, ya da dərman kimi qəbul edilən vasitələr bağırsaq florasını pozur. Bu maddələr də bağırsaqla qana sorularaq başqa orqanlara fəsad verir.

Əsas səbəblər:

. qidalanma vərdişlərində edilən xətalar.

. şirniyyatların yüksək dozda qəbulu.

. qeysəriyyə əməliyyatları.

. gündəlik qidalanmada karbohidratlı məhsulların çox yeyilməsi.

. gərəksiz yerə istifadə olunan antibiotiklər.

. yanlış dietlər, faydalı yağların qidadan uzaqlaşdırılması, qara çayın çox içilməsi, bağırsaq florasının pozulması.

Orqanizmə necə yayılır?

Candida maya göbələyinin oksigenə ehtiyacı yoxdur. Buna görə də nazik bağırsaqda rahatlıqla arta bilir. Burada göbələklər hər zaman bol miqdarda olan qida içərisində üzürlər. Əvvəlcə özləri qidalanır, faydalı maddələri yeyib güclənirlər, artıqlarını isə bağırsağa ötürürlər. Yəni yaşadıqları vücudu çürüntü yığınına çevirirlər.

Bədəndə immunitet sistemi güclü deyilsə və bağırsaqda bəslənmələri kafi olmazsa, göbələklər bağırsaq divarının dərin təbəqələrinə qədər enər, damarların içinə qədər girərlər. Beləcə bütün vücuda yayılarlar. Qandakı şəkərlə bəslənərlər.

Bu göbələklərin əsas hiyləgərliyi odur ki, xarici görünüşlərini dəyişə bilirlər. Buna görə də insanın immun sistemi aldanır, onu öz hüceyrəsindən ayıra bilmir və mübarizə aparmır. Bundan başqa, kandida maya göbələkləri mədə turşusuna qarşı da davamlıdır.

Bu göbələklər ağ şəkər və ağ unla bəslənəndə çox sürətli çoxalarlar. Buna görə də şirin qidalara həddindən artıq meyillilik bu xəstəliyin əlamətlərindən sayılır. Bu göbələklərin faydası olmadığı kimi, insanları ölümə aparacaq xüsusiyyətləri də yoxdur. Həyatlarını sürdükləri mühiti qorumaq istədiklərindən, insanların zərər görməsini istəməzlər. Yavaş-yavaş inkşaf edirlər. Çoxaldıqda isə bədəndə olan faydalı bakteriyaların azalmasına səbəb olurlar. Göbələklər spirt və müxtəlif kimyəvi toksinlər yayarlar. Bu maddələr qana qarışdıqda əziyyət qaraciyərin üzərinə düşür. Qaraciyər bunların təmizlik mərhələsində daha çox efor sərf edir. Təmizlənməmiş kimyəvi maddələr baş ağrısı, xroniki yorğunluq, oynaq ağrıları kimi fərqli fəsadlara səbəb olurlar. İmmunitet sistemi zəifləyir və bədən allergik reaksiyalar verməyə başlayır. Bunun nəticəsində insanlarda sivilcə, egzama, astma kimi narahatlıqlar yaranır.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri başlayıb
"Tapmıram izini yanına gəlim" - Gilə Əliqızının şeirləri
“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”
Nursultan Nazarbayev Bakıya gəldi
Rəqs sənətinin zirvələrini fəth edən ölməz sənətkar
Krediti olanlar MÜTLƏQ OXUSUN – Zamin probleminin HƏLLİ
Paşinyan Putinə “Madrid prinsipləri” səhifəsini bağlamağı təklif edir?
“Türk-İslam dünyasının gələcəyi Türkiyənin apardığı mübarizənin taleyindən asılı olacaq”
Ərdoğan Azərbaycana gəlib
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
Milli Qəhrəman Samid İmanovun doğum günüdür - VİDEO
Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”
Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”
Əsəd ordusu PKK ilə anlaşdı, şimala doğru hərəkət edir - Türkiyə rəsmən Əsəd ordusunu vuracağını açıqladı
Türkiyə Suriyada 525 terrorçunu zərərsizləşdirdi
"Ən çox oyunçularıma görə üzülürəm" - Nikola Yurçeviç
Makron Türkiyə ilə bağlı Təhlükəsizlik Şurasının iclasını çağırdı
Akademik Vasim Məmmədəliyev vəfat etdi
Arif Hacılı yenidən Müsavat Partiyasının başqanı seçildi
Azər Axşamın həyat yoldaşından Mübariz İbrahimov haqqında NALAYİQ SÖZLƏR — FOTOFAKT
Bu gecə yuxumda Arazı gördüm
Ceyhun Bayramov yeni şöbə müdiri təyin etdi
Azərbaycan Avropa ölkələrinə daha 54 ton fındıq ixrac edəcək
Müsavat Partiyası qurultay keçirir
Bu gün Məmməd Arazın doğum günüdür... - O daş altda Məmməd Araz yaşayır
Sabah layiqli oyun göstərməyə çalışacağıq” - Nikola Yurçeviç
Raquf Orucovun xanımı vəkil oldu
Ərəb Birliyinə Türkiyədən sərt cavab: Bu xəyanətdir
Faşist Njdeyə möhtac qalan erməni - Ermənistanda zəhərlənən yeni nəsil (ŞƏRH)
Bu gün Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun anım günüdür