Qarabag Media
Haqqımızda Əlaqə

İstanbulda Cümhuriyyətin 100 illiyi və Həmrəylik Günü qeyd olundu - VİDEO


Tarix:1-01-2019, 17:50 Kateqoriya:Manşet / Türk dünyası

İstanbulda Cümhuriyyətin 100 illiyi və Həmrəylik Günü qeyd olundu - VİDEO

İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə “Bir kərə yüksələn bayraq, bir daha enməz” adlı tədbir təşkil olunub.

Modern.az xəbər verir ki, sözügedən təhsil ocağının Konqress və Mədəniyyət Mərkəzində keçirilən mərasimdə rəsmi şəxslər, Azərbaycan və Türkiyə ictimaiyyətinin tanınmış nümayəndələri, elm və mədəniyyət xadimləri, tələbələr iştirak ediblər.

Tədbirdən öncə Türkiyədə yaşayan və fəaliyyət göstərən gənc rəssamların işlərindən ibarət rəsm sərgisinin açılışı baş tutub.

Sərgidə Elçin Mustafayev, Rəsul Rzayev, Ezgi Gökçe, Nərmin Əzimzadə, Məsumə Hacıyeva, Sürəyya Abdullalı, Ramilə Əliyeva Gəncoğlu, Xanım Tağıyevanın rəsm əsərləri nümayiş olunub.

Daha sonra mərasim Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.

Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin qurucusu və başqanı Rəşid Mustafazadə hər kəsi salamlayaraq, rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə qısa məlumat verib. Mustafazadə, Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddət yaşamasına baxmayaraq, böyük nailiyyətlər əldə etdiyini və 100 nəfər gəncin xaricdə təhsil üçün göndərilməsini Cümhuriyyətimizin gənclərə verdiyi böyük önəmin göstəricisi olduğunu vurğulayıb. Təşkilatın rəhbəri, Məhəmməd Əmin Rəsulzadənin “Əsrimizin Siyavuşu” əsərində yer alan “Gəncliyə xitabı” səsləndirib.

Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin elmi məsləhətçisi, İstanbul Universitetinin professoru Həlim Qazan, Türkiyə ilə Azərbaycanın qardaşlıq münasibətlərinə toxunaraq, bu ənənələrin gənclərə də ötürülməsinin vacibliyini xüsusi qeyd edib. Qazan, hər zaman azərbaycanlı gənclərə lazımi dəstəyi verməyə hazır olduğunu dilə gətirib.

Tədbirin panel hissəsində Azərbaycan Milli Məclisinin deputatı Aydın Hüseynov, İstanbul Universitetinin professoru Xəlil Bal və Balıkesir Universitetinin dosenti Səbahaddin Şimşirin çıxışları dinlənilib.

Azərbaycan Millət vəkili Aydın Hüseynov Azərbaycanın dövlətçilik ənənələrindən bəhs edərək, zaman-zaman xalqımızın müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldığını vurğulayıb. Millət vəkilinin sözlərinə görə, gələcəkdə də bu tarixi sınaqlardan üzüağ çıxa bilmək üçün gənclər daima çalışmalıdırlar.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətindən söz açan professor Xəlil Bal qeyd edib ki, bu gün məhz Azərbaycan xalqının öz azadlığı nəticəsində apardığı mübarizə sayəsində milli bayrama çevrilib. Professor, Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı Dövləti ilə olan münasibətləri və Bakının Nuru Paşa tərəfindən xilas edilməsi ilə bağlı tarixi faktları açıqlayıb.

Balıkesir Universitetinin dosenti Səbahaddin Şimşir Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi keşməkeşli yollardan bəhs edərək, Məhəmməd Əmin Rəsulzadənin və silahdaşlarının Cümhuriyyətin tanınması və yaşaması üçün apardığı fəaliyyətlərə nəzər salıb.

Mərasim geniş bədii proqramla davam edib. Konsert proqramında milli rəqslərimiz qonaqların böyük marağına səbəb olub. Sənətçilər Günel Zeynalova, Səidə Ömər, Mərdan Kazımov, Ayan Babakişiyeva, Sevinc Ağaşirinova, Emilia Ağasiyeva milli və vətənpərvər ruhda mahnı və rəqslər ifa ediblər.

Sonda çıxışçılara, sənətçilərə və rəssamlara plaket və təşəkkürnamələr təqdim olunub. Gələn qonaqlara milli şirniyyatlarımız təqdim edilib.

İstanbul Universiteti 4-cü kurs tələbəsi və Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin təşəbbüskarlarından biri və hazırki başqan müavini Toğrul Xıdırlının sözlərinə görə, bu tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan Xalq Cümhuriyyətini yad etmək və bu özəl gündə gənclər olaraq həmrəylik nümayiş etdirməkdir.

Xıdırlı qeyd edib ki, fəaiyyət göstərdiyi təşkilat gələcəkdə də məhz bu cür əlamətdar günlərlə bağlı müxtəlif layihələr həyata keçirməyi hədəfləyir.

İstanbul Universitetində ilk dəfə olaraq fəaliyyətə başlayan birliyin əsas məqsədi azərbaycan kökənli gənclərə dəstək vermək və özlərini daha yaxşı ifadə etmələrinə yardımçı olmaq, yerli və xarici tələbələrə Azərbaycan mədəniyyəti, ədəbiyyatı və tarixini düzgün şəkildə tanıtmaq, "Bir millət, iki dövlət" şüarını əsas tutaraq qardaş ölkə gənclərinin əməkdaşlığını, qaynaşmasını təmin etməkdir.

Qeyd edək ki, İstanbul Universiteti Türkiyənin ən qədim universiteti olmaqla yanaşı, dünyanın ən yaxşı 500 universiteti siyahısına daxil olmuş (2006) ilk Türkiyə universitetidir və eyni zamanda Asiyanın ən yaxşı 100 universiteti sırasındadır. Universitet iki Nobel mükafatçısını yetişdirib.


Karabakhmedia.az










SON XƏBƏRLƏR
Dünyanın ən güclü orduları bəlli oldu - Neçənci yerdəyik?
"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR
Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb - SİYAHI
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
İrəvanda etirazlar: Parlament binası mühasirəyə alındı
Şəhid Milli Qəhrəman Fazil Mehdiyevin doğum günüdür - VİDEO
Hirkan Milli Parkının ərazisində yanğın başlayıb - YENİLƏNİB
Rəşad Atakişiyevin nəşi TAPILDI
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"