Qarabag Media
Haqqımızda Əlaqə

Məhəbbət dolu misraların işığı


Tarix:1-01-2019, 17:32 Kateqoriya:Manşet / Cəmiyyət

Məhəbbət dolu misraların işığı Bu bir həqiqətdir ki, poeziyada məhəbbət əbədiyaşar bir mövzudur. Zaman-zaman böyük şairlər bu mövzuya toxunaraq əbədilik qazanmış əsərlərin müəllifi olublar. Bu ənənə dövran dəyişdikcə davam edib və hər zamanın özgün münasibətli şair-aşiqləri yetişib.

Eşqi, məhəbbəti göylərin mehrabına çevirən ulu Nizami "Eşqdir mehrabı uca göylərin, Eşqsiz, ey dünya, nədir dəyərin?!" demiş, böyük Cavid "Mənim tanrım gözəllikdir, sevgidir" söyləmişdi.

Bu gün öz sələflərinin məhəbbət yaradıcılıqlı yolunu uğurla davam etdirən yaradıcı şəxslərdən biri də şair Zahir Abbasdır. Dünyaya göz açdığı gündən məhəbbət yolunu tutub, ana-atasını, yurdunu, torpağını, vətənini sonsuz məhəbbətlə sevib, Hüseyn Cavidin

Gözəl sevimlidir, cəllad olsa da,
Sevgi xoşdur, sonu fəryad olsa da -


fikrinə dayanaraq, ruhunu oxşayan gözəllərin cəfasına dözüb və nəticədə neçə-neçə kitabın müəllifi olub: "Xəbər gətir", "Unuda bilmədim", "Yadıma sən düşürsən", "Yuxuma gəl", "Vətən", "Mən nədən sevmədim vaxtında səni", "Sən gəlməz oldun", "Ömürlük sevgi yaram"...

Bu kitablar Zahir Abbasın necə bir yaradıcı insan olduğunun göstəricisidir. Buradakı şeirlərin bəziləri bəstəkar və müğənnilərimizin diqqətini çəkib və dillər əzbəri mahnıların yaranmasına səbəb olub.

"Sarışınım" (Nazpəri Dostəliyeva), "Bu gecə yurduma qayıdacağam" (Məhəbbət Kazımov), "Əllərin əlimə dəymir nə vaxtdır" (Baloğlan Əşrəfov), "Yuxuma gəl" (Zülfiyyə Xanbabayeva), "Quzu kəsərəm" (Rəhim Rəhimli), "Tələsmə hələ" (Zeynəb Xanlarova), "Unuda bilmədim" (Qədir Qızılsəs), "Ömrümüzün bu çağında" (Brilyant Dadaşova), "Əzizim" (İlhamə Quliyeva), "Getmisən" (Nadir Qafarzadə), "Bacara bilmirəm" (İ. Fərhadoğlu), "Hansını sevim görən" (E. Hüseynov), "O mənəm" (Damla) və başqa mahnılar fikrimizin sübutudur.

Oxuculara təqdim olunan "Gizli dünyam" kitabı Zahir Abbasın öz oxucularına növbəti sevgi hədiyyəsidir.

Dörd bölmədən ibarət olan bu kitabın hər sətrindən sevgilərdən keçən və bu sevgiləri içindən keçirən bir aşiqin, vətən övladının, vətəndaş-şairin obrazı boylanır. Onun sevgisinin obyektləri müxtəlif olduğu üçün məzmunları da bir-birindən fərqlidir.

Şairin aşiq "mən"i yaşadığı həyatın acımasız qədərindən yorulanda, bezəndə hüzuru, rahatlığı sevdiyinin gülüşündə, sevgisində tapır:

Sənin bir gülüşün yetər - bəsimdi,
Min dərdi, kədəri yaşasam belə.
Sevgin yaşamağa son nəfəsimdi,
Ruhum belə varlıq duymayıb hələ.


Payız ömrünü yaza çevirən sevdiyi şairin var-dövləti, ilham mənbəyi, yaşam səbəbidir.

Bu görən gözümün işığı sənsən,
Onunçün kainat belə gözəldi,
İçimdə sevincim, saçımda dənsən,
Varlığın hər şeydən mənə əzəldi.


Sevgisində təbiətin dörd fəslini yaşayan, tanrının verdiyi qismətə şükr edən, əqidəsi, ruhu safliqdan yoğrulmuş, dərinliklərdən qaynaya-qaynaya bulaqtək durulmuş şair-aşiq ətrafını sevgi gözü ilə görür. Lakin bəzən sevdiyi kimi sevilməyən, böyük eşqinin qarşılığını görməyən aşiqin köksündə alışan ocağın alovu elə onun özünü yandırır:

Öz oduna alış dedim, yan dedim,
Bu sevginin mahiyyətin qan dedim,
Haqlı-haqsız nə dedinsə can dedim,
Sinəm üstə yanar od tək çatıldın.


Zahir Abbas sevgi şairidir. O, sevmədiyi günü, sevgisini sətirlərdə əks etdirmədiyi anı ömürdən hesab etmir. Həqiqətən, məhəbbətlə qalanan ocağın istisi insanı daha güclü qızındırar. Zahir də yaşadığını, duyduğunu yazdığı üçün onun şeirləri oxuyanlara xoş gəlir, insanın könül duyğularını alovlandırır. Sevdiyini hər şeydən əziz tutan, onun alovuna yanan, küləyinə üşüyən aşiq bu sevgidən yorulmur, bezmir:

İnan, doğmam da sən, yadım da sənsən,
Hər an qoruduğun adım da sənsən,
Alovum da sənsən, odum da sənsən,
Bir külək olmusan, yanar közümə.


Zahirin yaradıcılığında sevgi ilə həsrət parallel olaraq öz ifadəsini tapır. Belə ki, onun sevdiyi gözəllərin önündə Laçın sevgisi və həsrəti bir-birini tamamlayır. Axı onun dünyaya göz açdığı Laçın rayonunun Güləbird kəndi sevgisinin əzəli, Azərbaycanın dilbər guşələrindəndir. Belə bir cənnətməkanın, müqəddəs yurd yerinin həsrəti digər vətən övladları kimi Zahiri də yandırıb-yaxır, həsrətində qovurur:

Mən uduzdum zirvələrdən enəndə,
Xoş günlərim qaldı artıq dünəndə,
O gözələ könül verib, dinəndə,
Ürəyimin odu idi Laçınım...

Neçə ildir yolu bitməz həsrətin,
Daddım acı bəhrəsini qismətin,
Böyüklərdən eşitmişdim - cənnətin,
Ünvanıydı, adı idi Laçınım...


Şairin yaradıcı ruhu Azərbaycanın nisgil yeri olan Qarabağı qarış-qarış gəzir, onun əsən yellərini sinəsinə çəkərək buz bulaqlarına göz yaşlarını qatır və belə bir məkanın düşmən əsarətində qalmağının acısını yana-yana yaşayır:

Yurdumun hər bir yeri,
Xalqımın gərəyidi,
Azərbaycan bir bədən,
Qarabağ ürəyidi.

lll

Keçmişim çox uludur,
Bir tarixdir hər dağın,
Bizimsən - bizimləsən,
Həmişə, Qarabağım.


Qələmə aldığı şeirlərdə mərdliyə, etibara, kişiliyə şairin münasibəti maraq doğurur, bu cəhətlərə xüsusi dəyər verir.

Zahir Abbas belə bir dəyərli kitabın müəllifliyinə imza atıb. Bu imzanın əsasında onun yaşadığı ilahi duyğular, bənsərsiz hisslər, sevgi-həsrət, cəsarət dayanır.

Zahir Abbasın yaradıcılığı, zəhməti, vətəndaş-şair şəxsiyyəti ayrı-ayrı qurumlar və insanlar tərəfindən dəyərləndirilib. O, 2005-ci ildə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin "Fəxri fərman"ı, ADTGT-nin "Fəxri diplom"u ilə təltif edilib, 2008-ci ildə "V&V Company" tərəfindən "Söz yazarı" və 2012-ci ildə "Qızıl qələm" mükafatına layiq görülüb.

İnanırıq ki, bütün bunlar Zahiri daha gözəl əsərlər yazaraq oxucularını sevindirməyə ruhlandıracaq.

Sədaqət MƏMMƏDOVA
filologiya üzrə fəlsəfə doktoru, dosent










SON XƏBƏRLƏR
25 il öncə Lələtəpədə şəhid olan döyüşçülərin xatirəsi anıldı - FOTOLAR
Saakaşvili sabah Kiyevə qayıdır
Ermənilərin talan etdiyi Kəlbəcər – Ürək dağlayan ən son görüntülər – VİDEO
Fransanın Nant şəhərində Azərbaycan məktəbi açıldı
Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
İncitdiyiniz insanların sayı-hesabı yoxdur
Jurnalistin vətəni
Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?
İlbər Ortaylı: “Sultan Səlimlə Şah İsmayıl kimi dava edəsi deyilik”
Mayın 29-da Putin və Paşinyan arasında görüş keçiriləcək
Ərdoğandan çağırış: "Seçki mübahisələrini geridə qoyaq"
"Azərbaycan(!) qızının gecə klubunda nə iti azıb ki?.." - Fikir savaşı
Azərbaycan və İranın birgə istehsalı olan avtobuslar satışa hazırlanır
Xəzərdə 6 milyard dollarlıq yeni layihəyə start verildi
Koçaryan Avropa liderlərini köməyinə çağırdı
Əhaliyə hava xəbərdarlığı
Azərbaycan dilinin 113 minlik yeni orfoqrafiya lüğəti hazırlanıb
"Qaz və işığa qoyulan limitin ləğvi məqsədəuyğun deyil" – Deputat
Azərbaycanda zorakılığa məruz qalan uşaqlarla bağlı qaynar xətt yaradılır
Pensiya və əmək haqları yenidən qaldırılacaq – Prezident bəyan etdi
Aqil ABBAS: TELEKANALLARI TELEKANALİZASİYAYA ÇEVİRMƏYİN
"Paşinyan Dağlıq Qarabağda rəngli inqilab etmək istəyir" - NƏZAKƏT MƏMMƏDOVA
Şərif Ağayar: "Laçın indi mənə çatmadığım, çata bilmədiyim bütün arzuların ümumiləşmiş obrazı kimi görünür" - MÜSAHİBƏ
İslam dininə üçlü yanaşma: Mühafizəkarlıq, Dünyəvilik, Millilik - (III yazı)
Prezident və birinci xanım Neftçilər parkının açılışında
Güclü külək və leysan yağışları Gürcüstanda ciddi fəsadlar törətdi
Müasir Azərbaycan Folklorşünaslıqda yeni nəzəri-metodoloji yanaşma təcrübəsi
Bakının şərtinə əməl olunmadıqca, eskalasiya təhlükəsi davam edəcək
"Türk axını"nın Serbiya ərazisində tikintisinə start verildi
Qətlə yetirilən nazir, azad edilən qatil