Qarabag Media
Haqqımızda Əlaqə

Şuşa XIX əsrin ortalarında


Tarix:29-12-2018, 23:14 Kateqoriya:Manşet / Qarabağ

Şuşa XIX əsrin ortalarında

1851-ci ildə Tiflisdə, Qafqaz Canişini Dəftərxanasının Tipoqrafiyasında nəşr olunan “1852-ci il üçün Qafqaz təqvimi” kitabında Şuşa şəhərinin Konstantinoviç familiyalı şəxs tərəfindən hazırlənmış statistik-təsviri verilmişdir.

(Кавказский календарь на 1852 год изданный от канцелярии наместника Кавказского. Тифлис, в Типографии Канцелярии Наместника Кавказского. 1851, с. 430-435) . Burada XIX əsrin ortaları üçün Şuşa şəhərinin yaranma tarixi, coğrafiyası, idarəçiliyi, əhalisi, iqtisadiyyatı haqqında məlumatlar yer almışdır.

Şuşa şəhərinin meydana gəlməsi ilə bağlı məsələyə toxunan Konstantinoviç qeyd edir ki, “Şamaxı quberniyasının qəza şəhəri, keçmiş Qarabağ xanlığında qala və paytaxt, Zaqafqaziya vilayətinin müsəlman hissəsində zəngin əyalət olan Şuşanın əsası təxminən 1752-ci ildə Cavanşir mahalı Sarıcalı cəmiyyətinin sakini Pənah Əli bəy tərəfindən qoyulmuşdur”.

Məlumdur ki, Şimali Azərbaycan Rusiyaya birləşdirildikdən sonra çar hökuməti İran və Türkiyədən on minlərlə ermənini tarixi Azərbaycan torpaqlarına, o cümldən Qarabağa, Şuşaya köçürərək məskunlaşdırmışdı. Buna baxmayaraq, “1852-ci il üçün Qafqaz təqvimi” kitabı nəşr olunan zaman Şuşada azərbaycanlı əhali yenə də sayca ermənilərdən çox idi. Müəllif 1851-ci ildə şəhərdə 12 724 nəfər əhalinin yaşadığını bildirir və onlardan 6369 nəfəri müsəlman, 6355 nəfəri erməni idi.

Şəhər əhalisinin sosial tərkibinə gəldikdə, burada 66 nəfər müsəlman, 1 nəfər pravoslav, 75 nəfər erməni-qriqorian ruhani, 52 nəfər kilsə xidmətçisi, 28 nəfər məlik, 1522 nəfər bəy və məmur, 18 nəfər mülki məmur, 6111 nəfər xəzinə kəndlisi, 4833 nəfər mülkədar kəndlisi vardı.

Şəhərdə 480-dən çox sənətkar sexi, 11 zavod mövcud idi. Qədim Azərbaycan şəhəri Təbriz və Rusiyanın ən böyük topdansatış yarmarkası olan Nijni Novqorod Şuşanın ticarət əlaqələrində əsas yer tuturdu.

Qeyd olunan dövrdə Şuşada 9 məscid, 4 erməni kilsəsi, 1 erməni qadın monastrı, 1 pravoslav kilsəsi fəaliyyət göstərirdi. Şəhərdəki 9 məscidin nəzdində olan məktəblərdə 400 nəfər şagird təhsil alırdı. Bundan başqa, ələvi sektasına məxsus məktəbdə 58 nəfər müsəlman uşağı, qəza məktəbində isə 110 nəfər təhsil alırdı. Ermənilərə gəldikdə isə, şəhərdə 74 nəfərin təhsil aldığı bir erməni-qriqorian məktəbi fəaliyyət göstərirdi.

Qeyd olunan rəqəmlərdən göründüyü kimi, Rusiya carizminin köçürmə, regionda erməniləri məskunlaşdırma siyasətinə baxmayaraq, Şuşa XIX əsrin ortalarında özünün türk simasını qoruyub saxlaya bilmişdi./1905.az/

Aqil Şahmuradov










SON XƏBƏRLƏR
İlham və Fərizə: əsl sevgi və sədaqət salnaməsi
20 Yanvar şəhidlərinin 29-cu ildönümü anılır
Həcərin nəticəsi: "Nənəm erməniyə ərə gedə bilməzdi..."
“Dövlətqaçqınkom”un 100-ə yaxın əməkdaşı qan verdi - FOTOLAR
“Vətənin ən qəhraman övladları və onların ailələri qarşısında baş əyirəm” - Amerika ordusunun azərbaycanlı polkovniki
Heçmi əlləri titrəmədi?
İranın Qarabağ məsələsinə yanaşması dəyişir?
Günay Rəhimbəylidən Qarabağ atları ilə bağlı - SOS
Ukrayna Rusiya ilə 49 sənədi ləğv etdi
Deputat: Ölümə ən çox ürək-damar xəstəlikləri səbəb olur
“Gördün... Elmira Qafarova kişi qızıdır”
Şəhid Fərid Əhmədovun doğum günüdür
Artıq müalicə üçün İrana getməyə ehtiyac yoxdur! - VİDEO
Polad Bülbüloğlu: "Bu il Qarabağla bağlı konkret addımlar atılacağına ümidvarıq"
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə AKİMOVA yazır
Muğam sənətinin inkişafı ilə bağlı addım atılacaq
Dörd saat söhbət, dörd kəlmə söz, dörd qəpiklik inam
OPEC Azərbaycanda 2019-cu ildə neft hasilatına dair proqnoz dərc edib
Yaxın Şərqdə xain plan: "Böyük Ermənistan", "Böyük Kürdüstan" və "Böyük İsrail"
Qasırğa və çovğun hanı? – Nazirlik vaxt dedi
Xəzərdə dalğanın hündürlüyü 5,3 metrə çatıb
Bakı Nəqliyyat Agentliyində TƏYİNAT
Ramil Usubov daha bir rəisin yerini dəyişdi
Skiflər, saklar, massagetlər, talışlar və azərilər
Azərbaycanla Rusiya arasında bir sıra ikitərəfli sənədlər təsdiqləndi
Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması üzrə razılığa gəlinib”
Sergey Lavrov Azərbaycan-Rusiya münasibətlərinə dair mühüm mesajlar verdi
Suriyanın paytaxtı Dəməşqə güclü qar yağıb
Putinə qarşı sui-qəsdin qarşısı alındı
"Struktur islahatları idarəetmədə çevikliyin daha da artırılmasına xidmət edir"