Qarabag Media
Haqqımızda Əlaqə

Tanınmış yazıçı Sadıq Qarayevin “Sahibsiz kölgələr”i insanların kitabdan ayrı düşmək dinamikasına qarşı


Tarix:29-12-2018, 16:45 Kateqoriya:Manşet / Cəmiyyət

Tanınmış yazıçı Sadıq Qarayevin  “Sahibsiz kölgələr”i insanların kitabdan ayrı düşmək dinamikasına qarşı

Yaradılmışların ən alisi və şərəflisi olan, bır çox mətləbləri özündə sirr kimi saxlayan və bununla da bir-birindən kəskin fərqlənən insan qurur, yaradır, dəyişdirir. O həmişə axtarışda, həqiqətin əldə olunmasında bilik və bacarığını səfərbər edir. “Gilas ağacını ərik gətirməyə məcbur edən” insana fəaliyyətinin uğurlu olması üçün düzgün məqsəd müəyyənləşdirməyin, müvafiq qərar qəbul et¬məyin son dərəcə vacib olması,cəmiyyətdə baş verənlər haqqında hərtərəfli və düzgün təsəvvürlərə malik olması böyük əhəmiyyət kəsb edir. Ümumiyyətlə, “insan elə bir varlıqdır ki, onun hiss, düşüncə və idrakının çevrəsinin sərhəddini müəyyənləşdirmək, hansısa düsturla, qanunauyğunluqla ifadə etmək müəyyən deyil”. İnsan psixologiyasını öyrənən elmlər şəxsiyyətin sirlərini açmaqda onu kəşf etməkdə hələ də aciz qalıb. Çünki hər bir insan ayrı-ayrılıqda bir möcüzədir.

Hər bir şəxsiyyətin mahiyyətini formalaşdıran, dayanıqlı edən, sonrakı dəyişmələrini proqnozlaşdıran ümumi düsturun formulu” çox mürəkkəbdir.İnsanlar fərqlidir, “eyni bir ağacın üzərində mütləq oxşar çiçək, yarpaq olmadığı kimi” insanlar da müxtəlifdir, müxtəlif ideya, funksiya, əməl daşıyıcısıdırlar. “Bəs belə olan halda milyonlarla fərqliliyə eyni ad vermək sözün acizliyinin göstəricisi”dirmi sualı bəzən beyinləri silkələyir.“Biz hadisələrin, gerçəkliklərin həm zaman, həm də məkan baxımından yalnız bir hissəsini gördüyümüzdən həqiqəti tam dərk edə bilmirik. Həmçinin böyük bir ağacın kiçik bir budağına baxmaqla onun nəhəng kök sistemini və yerüstü hissəsini dərk etmək” çətinliyi qarşısında çabalayırıq.
Son illərin ən yaxşı və oxunaqlı romanlarından, şedevr əsərlərindən olan “Sahibsiz kölgələr”də insanı düşündürən bu kimibir sıra suallara cavab tapmaq mümkündür. Əsərin mahiyyətinə endikcə romandakı dərin fəlsəfi mühakimələr, incə təfəkkür tərzi, iti mülahizələr, dəmir məntiq, konkretdən abstrakta yüksəlmə, yaradıcı təxəyyül, geniş erudisiya, maraqlı mübaliğələr, zəruri qarşılaşdırmalar, praktik və nəzəri biliyin vəhdəti oxucunu səhifələri diqqətləoxumağa vadar edir, hadisə və proseslərin sonrakı inkişaf dinamikasını intizarla gözləməyə çağırır.

Yazaroxucusunuhəqiqəti axtarmağa dəvət edir, fəlsəfəni sevdirə bilir, onlara öz fəlsəfi fikir və düşüncələrini yüksək ustalıqla və incəliklə çatdırır, onları haqsızlığa qarşı mübarizə aparmağı öyrədir, personajlarına qayğı göstərərək düzgün yola istiqamətləndirməyə çalışır, çətinlikləri başa salır, kreativ yanaşmaya üstünlük verir, yenilikləri tətbiq etməyi sevir.

Müəllifin incə və məntiqi təfəkkürünün məhsulu olan əsərdəbir-birindən maraqlı fikir və ideyalar yer alır. Belə ki, təbiətdə və cəmiyyətdə cərəyan edən proseslərin son dərəcə mürəkkəb olduğunu təsvir edən yazar bu qənaətəgəlir ki, müasir dövrdə elmlər onların mahiyyətini açmaqda heyrətamiz nailiyyətlər əldə etməkdədir. Belə şəraitdə insanların çe¬vik təfəkkürə malik olması həmişəkindən daha zəruridir. Bununla əlaqədar təbiət, sosial həyat və insanın daxili dünyası kimi üç əsas sahənin sirrlərinin dərindən mənimsənilməsində dünyagörüşün rolu durmadan artır.

Həyat inkişaf etdikcə cəmiyyətdəki problemlərə münasibət yeniləşir və zənginləşir. Kitabdan əldə olunan qənaətə görə, problemlərin həlli onların keçmişinin ümumiləşdirilməsinə, müasir və¬ziyyətinin təhlil edilməsinə və gələcəyinin proqnozlaşdırılmasına əsaslanır.Əsər boyunca müəllif insanın mahiyyəti, məqsədi və taleyi, həyatın ağıllı təşkili ilə bağlı məsə¬lələrə dair maraqlı fikirlərini bölüşdürür, insanlara mesajını göndərir.Bu isə insanın fəaliyyətini stimullaşdırır, hərəkət, davranış trayektoriyasını müəyyənləşdirir.

“Əqlinin çəmənliklərini şərabla suvaran, şeytan laboratoriyasında ideyalar kəşf edən, idrakından, soyuq məntiqdən uzaqlaşan,qürurunu cibində, namusunu quyruğunda gəzdirən, ömrə damcı-damcı zəhər yağdıran”insanların fəaliyyətinə güzgü tutur, onlara tənqidimünasibətini bildirir, yeni fikir və ideyalar qarşısında onları susmağa məcbur edir. Müəllif ustalıqla yeniliyə qarşı çıxanları gənc alimlərin yolundan kənarlaşdırır, düşmən dəyirmanına su tökən amal və məqsədlərini alt-üst edir,iflic vəziyyətinə salır.

“Günəş özü gəlməzdən öncə süvariləri qaranlıqları qılınclayıb nur dünyasının sultanına yol açırlar. Bitkilər yarpaqlarını bacardıqları qədər həyat şüalarının gələcəyi istiqamətə çevirib, onun pişvazına çıxmağa hazırlaşırlar. Hər bir pişvazın, gözləntinin mahiyyətində mütləq şəkildə umacaq, təmənna elementləri də var. Bitkilər özlərinin və digər canlıların mövcudluğunu şərtləndirən mahiyyəti formalaşdırmaq üçün günəşdən nur istəməyə məhkumdurlar. Nur sultanın bir az gecikməsi bəzi problemlərin təzahürünü tezləşdirə bilər”. Elm də belədir. Elmin inkişafı, cəmiyyətin inkişafı üçün əldə etdiyi nəticələri, faydaları bəşəriyyət daim böyük intizarla gözləyir, onun qarşısını almaq mümkün deyildir.

Öz “Orbitlər və Universal mövcudluq”nəzəriyyəsi ilə fərqləri hərəkət, poten¬sial enerji kimi götürən müəllif, bərabərliyi sükut, ölüm adlandıraraq, dünyanı nizamda saxlayanın qeyri-bərabərlik enerjisi olduğu qənaətinə gəlir. Maraqlı və insanı bu ətrafda düşünməyə məcbur edən ideyalar, fikirlər irəli sürür.

Əsərdə Azərbaycan xüsusi xidmət orqanlarının işi, düşmənə qarşı barışmazlıq əzmi, Azərbaycanın igid oğullarının cəsarəti və çevikliyi, kənd insanlarının zəhmətkeş həyatı, Azərbaycan insanının humanizmi, qaygıkeşliyi yüksək səviyyədə təsvir olunur, düşmənin insanlıq adına ləkə gətirən hərəkət və davranışları ifşa olunur.

Əlbəttə ki, düşünmək yazmaqdan, yazmaq oxumaqdan, anlamaq isə hamısından çətindir. Bu dərin məzmunluromanı ələ alarkən həm dərin düşünməli, həm bəzi qeydlərini etməli, həm də baş verən hadisə və prosesləri dərk etmək üçün bütün intellektini səfərbər etmək zərurəti ilə qarşılaşırsan.

Zeynəddin Şabanov
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent










SON XƏBƏRLƏR
25 il öncə Lələtəpədə şəhid olan döyüşçülərin xatirəsi anıldı - FOTOLAR
Saakaşvili sabah Kiyevə qayıdır
Ermənilərin talan etdiyi Kəlbəcər – Ürək dağlayan ən son görüntülər – VİDEO
Fransanın Nant şəhərində Azərbaycan məktəbi açıldı
Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
İncitdiyiniz insanların sayı-hesabı yoxdur
Jurnalistin vətəni
Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?
İlbər Ortaylı: “Sultan Səlimlə Şah İsmayıl kimi dava edəsi deyilik”
Mayın 29-da Putin və Paşinyan arasında görüş keçiriləcək
Ərdoğandan çağırış: "Seçki mübahisələrini geridə qoyaq"
"Azərbaycan(!) qızının gecə klubunda nə iti azıb ki?.." - Fikir savaşı
Azərbaycan və İranın birgə istehsalı olan avtobuslar satışa hazırlanır
Xəzərdə 6 milyard dollarlıq yeni layihəyə start verildi
Koçaryan Avropa liderlərini köməyinə çağırdı
Əhaliyə hava xəbərdarlığı
Azərbaycan dilinin 113 minlik yeni orfoqrafiya lüğəti hazırlanıb
"Qaz və işığa qoyulan limitin ləğvi məqsədəuyğun deyil" – Deputat
Azərbaycanda zorakılığa məruz qalan uşaqlarla bağlı qaynar xətt yaradılır
Pensiya və əmək haqları yenidən qaldırılacaq – Prezident bəyan etdi
Aqil ABBAS: TELEKANALLARI TELEKANALİZASİYAYA ÇEVİRMƏYİN
"Paşinyan Dağlıq Qarabağda rəngli inqilab etmək istəyir" - NƏZAKƏT MƏMMƏDOVA
Şərif Ağayar: "Laçın indi mənə çatmadığım, çata bilmədiyim bütün arzuların ümumiləşmiş obrazı kimi görünür" - MÜSAHİBƏ
İslam dininə üçlü yanaşma: Mühafizəkarlıq, Dünyəvilik, Millilik - (III yazı)
Prezident və birinci xanım Neftçilər parkının açılışında
Güclü külək və leysan yağışları Gürcüstanda ciddi fəsadlar törətdi
Müasir Azərbaycan Folklorşünaslıqda yeni nəzəri-metodoloji yanaşma təcrübəsi
Bakının şərtinə əməl olunmadıqca, eskalasiya təhlükəsi davam edəcək
"Türk axını"nın Serbiya ərazisində tikintisinə start verildi
Qətlə yetirilən nazir, azad edilən qatil