Qarabag Media
Haqqımızda Əlaqə

Maşınlar texniki baxışdan DYP-də keçməyəcək - YENİLİK


Tarix:29-12-2018, 16:32 Kateqoriya:Manşet / Gündəm

Maşınlar texniki baxışdan DYP-də keçməyəcək - YENİLİK

"Çoxdan gözlədiyimiz vacib bir sənəd - "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” təsdiq olundu...

Belə bir Proqrama ciddi ehtiyac olduğunu dəfələrlə səsləndirmişdik, onun layihəsini hazırlayan işçi qrupda xeyli zəhmət çəkdik. Nəhayət ki, rəsmən təsdiqlənən Proqram ortadadır...”.

Karabakhmedia.az xəbər verir ki, bunu nəqliyyat məsələləri üzrə tanınmış ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib.

Ə.Hüseynov deyib ki, proqram kifayət qədər genişdir, çünki yol hərəkəti təhlükəsiszliyinin bütün elementlərini əhatə edən tədbrilər nəzərdə tutur. Əsas ana xətt bunlardır:

- intizamlı və təhlükəsiz hərəkət iştirakçıları. Burada sürücü hazırlığının, sürücülük imtahanının və bununla bağlı başqa məsələlərin tam yeni prinsip və qaydalar üzrə təşkili və həyata keçirilməsi hədəflənir;
- nəqliyyat parkının sazlığı və təhlükəsizliyi. Texniki baxışın tam yeni prinsiplər üzrə qurulması, bu işin dövlət qurumları deyil, özəl sektor tərəfindən həyata keçirməsi nəzərdə tutulur;
- yol infrastrukturu və hərəkətin təşkili işinin təkmilləşdirilməsi. Yollarda süni işıqlanmasnın olması, təhlükəsiz yolayrıcları, sürət rejiminin optimallaşdırılması kimi vacib məsələlərə xüsusi önəm verilməsi hədəflənir;
- ictimai nəqliyyatın inkişafı;
- velosipeddən istifadənin təşviqi və genişlənməsi;
- maarifləndirmənin yeni texnologiyalar üzrə səmərəli təşkili;
- yol hərəkətinin təhlükəsizliyinin idarə edilməsi işinin yenidən qurulması, müsair texnologiyaların geniş tətbiqi;
- qəza zamanı tibbi yardımın opertaivliyinin yüksəldilməsi və s.

"Bir sözlə, Proqramın əhatə dairəsi çox genişdir, onun mətni ilə tanış olsanız, hər şey aydın olacaq.
Konkret hədəflər də qoyulur. Özü də hədəflərdən heç biri fantastik deyil. Onların hamısını real icra edə bilərik. Əsas ideya odur ki, yollarımızda müasir dövrə uyğun təhlükəsiz, fasiləsiz və rahat hərəkət olsun, zəruri mobillik təmin olunsun.
Bu Proqram konkret iradə və istəyin rəsmi ifadəsidir. Düşünürəm ki, onun real icra ediləcəyi təqdirdə yaxın gələcəkdə ciddi keyfiyyət dəyişiklikləri də görə biləcəyik...”, - Ərşad Hüseynov bildirib

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Müslüm Maqomayevin qızı ilk dəfə atası barədə həqiqətləri açıqlayıb - VİDEO
28 may Cənubi Karolinada Azərbaycan Günü elan edilib
Nə dəhşət imiş evinin qapısını xəyallarda döymək...
İstanbulda bələdiyyə seçkisinin nəticələrinin ləğvinin səbəbi açıqlanıb -RƏSMİ
Ərdoğan İlham Əliyevi təbrik etdi
Laçın rayonunun işğal edilməsinin 27-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir
Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib
Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR
Xosrov bəy Sultanovun 140 illiyi keçiriləcək
İran ABŞ-ı “başına zərbə endirmək”lə hədələyib
Britaniyanın Azərbaycana dair xəbərdarlığına - XİN-dən reaksiya
Mühasirəyə düşmüş 60 nəfərdən çox döyüşçünü xilas edərkən şəhidlik zirvəsinə ucalan Milli Qəhrəmanımız - VİDEO
“Keşikçidağ” Azərbaycana qarşı siyasi təzyiq vasitəsi ola bilməz
Bu gün 32 173 abituriyent qəbul imtahanı verir
“Qarabağ” çempionluğunu "Neftçi" üzərində qələbə ilə rəsmiləşdirib
Azərbaycanlı diaspora sədri karate üzrə dünya çempionu olub
Qarabağla bağlı prinsipial mövqeyimiz dəyişməyəcək
Həyat yoldaşı ilə birgə güllələnən Sovet İttifaqı qəhrəmanı, gənc general kimdi?
Tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının rolu
Həzi Aslanovun ikinci “Qızıl Ulduz”u - ARAŞDIRMA
Bu gün 9 May - Qələbə günüdür
“Həsrət Yolu” erməni girovluğundakı uşaqlarla bağlı layihəyə başladı
Dövlət Komitəsi Şuşanın işğalının 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirib - FOTOLAR
Prezident Xalq artistinə ev verdi
Qoşa Qala qapıları bərpa edilir - FOTO
100 türk hərbçisi Rusiyada təlim keçməyə başlayıb
Şuşanın işğalı Şəhidlər Xiyabanında anıldı - FOTOLAR
Şuşa tarixi haqqında Şuşasız…
"Yatmış" Keşikçidağ: Niyə "Müqəddəs Giorgi" bayramını qonşular Azərbaycanda keçirir - FOTO
Əməkdar jurnalist Elnarə Dərziyeva BDU-nun jurnalistika fakültəsinin tələbələri ilə görüşüb - FOTOLAR