Qarabag Media
Haqqımızda Əlaqə

Möhtəşəm bir eşq hekayəsinin başlanğıcı - Gənc Şah İsmayıl və Taclı Bəyimin ilk görüşü


Tarix:29-12-2018, 13:37 Kateqoriya:Manşet / Maraqlı

Möhtəşəm bir eşq hekayəsinin başlanğıcı - Gənc Şah İsmayıl və Taclı Bəyimin ilk görüşü

".. Hələ səhər Taclını küləfirəngidə görərkən qəlbində oyanan duyğular indi İsmayılın bütün varlığına yayılmışdı. Gənc bunun nə olduğunu anlamırdı. Bu hiss onun üçün təzə idi, xoş idi. O bütün iradəsini gərginləşdirmək bahasına özünü sakit aparır, artıq hərəkət etməkdən saxlayırdı. Ancaq bu, qəlbi odla dolu gəncə çox baha başa gəlirdi. Damarlarında qızmış qan elə surətlə axırdı ki, ürəyi sanki partlayacaqdı. Beynində, qəlbində üç kəlmə söz ara vermədən təkrar olunur, amansızcasına səslənirdi: "Taclı, mənim Taclım."

Taclı da sanki gözləriylə, dodaqlarıyla, əlləriylə ona cavab verirdi....

İsmayıl Əbdinin və Kərbəlayi Möhsünün sorğu-suallarına güclə cavab verir, özünü mətləbə dəxli olmayan bir söz deməkdən güclə saxlayırdı. O, Taclıya tərəf baxmırdı. Qızın yalnız süfrəyə uzanan balaca əlini görürdü.... Əgər onların gözləri bircə kərə rastlaşsaydı, ikisindən biri çaşacaq, artıq bir hərəkət edəcəkdi. Nəhayət, sirr yavaş-yavaş açıldı. Gənc sərkərdənin alnından mirvari kimi tər damcıları düzüldü. Halbuki, otağın havası sərin idi. İsmayılın yanaqları da yalnız indi qızardı. O, yanındakıların onun ürək döyüntülərini eşidə biləcəklərindən qorxur, bu qəribə acizliyindən xəcalət çəkirdi. Cazibədar Taclı isə ağılasığmaz bir mətanətlə dözürdü. Lakin balaca Səlimdən başqa otaqdakıların hamısı hiss edirdi ki, qız nələr çəkir.

Nəhayət, bu qədər əzablı şam yeməyi qutardı.... Anasının him-cimi ilə Taclı qalxdı. Lakin qalxmamış şirin vədlər və arzular dolu sehrkar gözlərilə İsmayıla tərəf baxdı və sakitcə otaqdan çıxdı. Hamı, hətta hələ özünə gəlməyən İsmayıl belə onun sakitliyinə təəcüb etdi. Lakin bu bir neçə anlıq sakitliyin əsl mənasını Aynadan başqa heç kim bilmədi. Qorxmuş ana cəld qalxıb qızının dalınca gedərkən qapıya çatmamış diksindi. O biri otaqdan çılğıncasına qopan hıçqırıq bu otaqdakı saxta söhbəti tar-mar etdi.

- Qıza nə olub? - deyən Əbdi bəy özünü saxlaya bilmədi.

- Deyəsən, biraz xəstədir, - Ayna yalan dediyinin aşkar bilinəcəyindən azca qızarıb cavab verdi.

İsmayıl qalxmaq üçün bəhanə fikirləşirdi, amma fikrini başqa bir yerə cəlb edə bilmirdi. Nəhayət, qalxmaq üçün bəhanə tapdı. Ancaq indi o, Əbdiyə necə müraciət edəcəyini bilmirdi. İki ildən bəri gecə-gündüz ondan ayrılmayan, hər cür əziyyətə dözüb balaca Şeyxi təqib və edamlardan xilas edənlərdən biri olan bu Qızılbaş əmirinə qarşı İsmayılın qəlbində heç zaman indi olduğu qədər doğmalıq hissi oyanmamışdı. O, Əbdinin üzünə baxmağa cəsarət etmirdi. Elə bil Əbdi gənc əmirin qəlbindəkiləri oxuyacaqdı.

- Deyəsən, uşaqlarla söhbətimiz olacaq, hə? - deyə Əbdi özü oğlanın köməyinə gəldi.

- Bəli, - İsmayıl dalğın halda cavab verib, ayağa qalxdı; ancaq ürəyi getmək istəmədi. O, yan otaqda hələ də kəsik-kəsik hıçqıran Taclını bir də görmək istəyirdi. Hamı ayağa qalxdı. İsmayıl pərəstişlə ona baxanlara yüngülcə baş əyib eyvana çıxdı, dərindən nəfəs aldı. Onlar Qızılbaş əmirlərinin olduğu otağa girdilər. Hamı İsmayıla təəccüblə baxırdı. Gənc Şeyx sanki fırtına içində idi. Əbdi bu fırtınanın səbəbini bilirdi..."

Əlisa Nicat
"Qızılbaşlar"












SON XƏBƏRLƏR
Laçın rayonunun işğal edilməsinin 27-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir
Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib
Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR
Xosrov bəy Sultanovun 140 illiyi keçiriləcək
İran ABŞ-ı “başına zərbə endirmək”lə hədələyib
Britaniyanın Azərbaycana dair xəbərdarlığına - XİN-dən reaksiya
Mühasirəyə düşmüş 60 nəfərdən çox döyüşçünü xilas edərkən şəhidlik zirvəsinə ucalan Milli Qəhrəmanımız - VİDEO
“Keşikçidağ” Azərbaycana qarşı siyasi təzyiq vasitəsi ola bilməz
Bu gün 32 173 abituriyent qəbul imtahanı verir
“Qarabağ” çempionluğunu "Neftçi" üzərində qələbə ilə rəsmiləşdirib
Azərbaycanlı diaspora sədri karate üzrə dünya çempionu olub
Qarabağla bağlı prinsipial mövqeyimiz dəyişməyəcək
Həyat yoldaşı ilə birgə güllələnən Sovet İttifaqı qəhrəmanı, gənc general kimdi?
Tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının rolu
Həzi Aslanovun ikinci “Qızıl Ulduz”u - ARAŞDIRMA
Bu gün 9 May - Qələbə günüdür
“Həsrət Yolu” erməni girovluğundakı uşaqlarla bağlı layihəyə başladı
Dövlət Komitəsi Şuşanın işğalının 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirib - FOTOLAR
Prezident Xalq artistinə ev verdi
Qoşa Qala qapıları bərpa edilir - FOTO
100 türk hərbçisi Rusiyada təlim keçməyə başlayıb
Şuşanın işğalı Şəhidlər Xiyabanında anıldı - FOTOLAR
Şuşa tarixi haqqında Şuşasız…
"Yatmış" Keşikçidağ: Niyə "Müqəddəs Giorgi" bayramını qonşular Azərbaycanda keçirir - FOTO
Əməkdar jurnalist Elnarə Dərziyeva BDU-nun jurnalistika fakültəsinin tələbələri ilə görüşüb - FOTOLAR
Xurma satanların Ramazan sevinci
Məhəmməd İsmayıl Daniş: Cavanşir elinin nazir oğlu-ARAŞDIRMA
Şuşanın işğalından 27 il ötür
Elnur Eltürkə yeni vəzifə verildi
"Elə etməsinlər ki, biz də Gürcüstana qarşılıqlı iddialarımızı gündəmə gətirək" - POLİTOLOQ