Qarabag Media
Haqqımızda Əlaqə

DOXSAN BEŞ YAŞLI SEYİDLİ KƏND ORTA MƏKTƏBİ


Tarix:29-12-2018, 13:31 Kateqoriya:Manşet / Təhsil

DOXSAN  BEŞ YAŞLI SEYİDLİ KƏND ORTA MƏKTƏBİ

Seyidli kəndi Qarabağın qədim tarixə malik kəndlərindən biridir. Hazırda bu kənd Ağdam rayonunun kəndidir. Ağdam xəyanətin qurbanı olduğu üçün kənd 25 ildən çoxdur ki, soyu bilinməyən vandalların işğalı altındadır. Məqalədə verilən fotoşəkil Seyidli kənd orta məktəbinin 1974-1975-ci dərs ilində ilk buraxılışına (onillik təhsil sistemində) aiddir.

Seyidli kənd orta məktəbi 1948-ci ildə fəaliyyətə başlasa da bu sətrlərin müəllifi tərəfindən ilk dəfə sübut olunmuşdur ki, təhsil ocağı həmin ildə deyil, 1923-cü ildə yaranmışdır. İbtidai məktəb kimi fəaliyyətə başlamış bu təhsil ocağının ilk müdiri kimya, biologiya müəllimi Abdulla Bəşir oğlu Qədirov (1897-...) olmuşdur. Məktəb bir neçə ay fəaliyyət göstərmişdir.

Seyidli kənd orta məktəbi 25 ildən sonra 1948-cı ilin sentyabr ayında yenidən fəaliyyətini davam etdirmişdir. Məktəb 1949-1950-ci dərs ilində icbari yeddiillik təhsil sisteminə keçmişdir. SSRİ Ali Soveti 24 dekabr 1958-ci ildə “Məktəbin həyatla əlaqəsinin möhkəmləndirilməsi və SSRİ-də xalq maarifi sisteminin daha da inkişaf etdirilməsi haqqında” qəbul edilmiş Qanununa uyğun olaraq 1960-1961-ci dərs ilində Seyidli kənd yeddiillik məktəbi səkkizilik icbari təhsil sisteminə keçmişdir. Bu təhsil ocağı 1974-cü ildə oniillik təhsil sisteminə keçmişdir. İlk buraxılışı 1974-1975-ci dərs ilində olmuş, 28 nəfər şagird tam orta təhsil haqqında sənəd almışdır.

Seyidli kənd orta məktəbi ilk vaxtlar Azərbaycanın görkəmli dramaturqu, nasiri, maarif xadimi Süleyman Sani Axundovun iki otaqdan ibarət evində yerləşmişdir. Süleyman Sani Axundovun evi təmirsiz olduğundan təhsil ocağı Səfər Səfərovun 4 otaqlı şüşəbəndli evində fəaliyyətini davam etdirmişdir. Çar Rusiyası dövründə Səfər Səfərov və qardaşı Cəlal Səfərov Seyidli kəndinin varlı tacirlərindən sayılmışlar. 1954-1955-ci dərs ilində bu məktəb Kərbəlayi Rəsulun ikimərtəbəli evinə köçmüşdür. 1967-1968-ci dərs ilində ikimərtəbəli tarixi binaya əlavə birmərtəbəli bir neçə sinif otağı tikilmişdir. 1957-ci ildə Seyidli kənd orta məktəbinin emalatxanası üçün bina tikilmişdir. Məktəbin 1 hektara yaxın tədris-təcrübə sahəsi var idi. Burada 200-dən çox meyvə, dekorativ ağac və gül kolları əkilmişdi.

Seyidli kənd orta məktəbinin 25 ildən sonra ilk müdiri Camal Həsənov (1948-1949) olmuşdur. Ondan sonra Seyidli kənd orta məktəbinə Sehran İsmayılova (1949-1963), Muxtar İsmayılov (1964-1969), Şövkət Əhmədova (1969-1985), Rəşid Ağayev (1985-1993) rəhbərlik etmişlər. Şövkət Əhmədova, Şikar Əhmədov, Rəşid Ağayev müxtəlif illərdə bu təhsil ocağında direktor müavini, dərs hissə müdiri, Oqtay İbrahimov təsərrüfat üzrə direktor müavini vəzifələrində işləmişlər. Məktəbin ilk komsomol təşkilatının katibi Hicran Musəvi, Həmkarlar təşkilatının sədri Leyla Məmmədova olmuşlar. Qənirə Məmmədova, Əzizə Bağırova, Esmira Şəfibəyova 50-90 illərdə Seyidli kənd orta məktəbinin pioner baş dəstə rəhbəri işləmişlər. Məktəbin kitabxanaçısı Nəzakət Axundova, İzafət Axundova olmuşlar. Yusif Əliyev təsərrüfat şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1958-ci ildə pioner drujinasının rəhbəri İlduzə İsmayılova olmuşdur.

Seyidli kənd orta məktəbində 1962-1963-cü dərs ilində 376 nəfər şagird oxumuşdur. Təhsil alan şagirdlərin 196 nəfəri qız idi. 1963-1964-cü dərs ilində 46 nəfər uşaq birinci sinfə getmişdir. Sonrakı dərs illərində bu məktəbdə təhsil alan şagirdlərin sayı sürətlə artmışdır. 1967-1968-ci dərs ilində artıq bu təhsil ocağında 296 nəfər şagird təhsil almışdır. 1971-1972-ci dərs ilində şagirdlərin sayı 350 nəfərə yaxın idi. Dərs ilində kənd məktəbində 34 nəfər müəllim dərs demişdir. 1982-1983-cü dərs ilində Seyidli kənd orta məktəbində 373 nəfər şagird oxumuşdur. Həmin dərs ilində 373 nəfər şagirdin 25 nəfəri birinci sinif şagirləri olmuşdur. 1990-1991-ci dərs ilində 350 nəfər şagird oxumuşdur. Bu dərs ilində 59 müəllimin 6 nəfəri “Baş və metodist müəllim” adlarına layiq görülmüşdür. Arifə İsmayılovanın, Ətayə Şükürovanın, Tahirə Qurbanovanın, Ayna Qarayevanın, Nikolay Hacıyevin adları layiq görülənlər sırasında olmuşdur.

Seyidli kənd orta məktəbinin kitabxanası 1991-ci ildə 9000 kitaba yaxın dərslik və bədii ədəbiyyatdan ibarət olmuşdur.

Seyidli kənd orta məktəbinin fəaliyyəti dövründə şagirdlərin və pedaqoji kollektivin iştirakı ilə tədbirlər keçirilmiş, elm, mədəniyyət xadimləri, sosialist əməyi qəhrəmanları ilə görüşlər təşkil edilmişdir. Bu təhsil ocağının şagirdləri idmanın müxtəlif növləri üzrə keçirilən məktəblərarası rayon spartakiadasında da çıxış etmişlər. Seyidli kənd orta məktəbinin istedadlı şagirdləri müxtəlif ixtisaslar üzrə rayonlararası və məktəblərarası yarışmalarda iştirak etmiş, onların əl işləri nümayiş olunmuşdur. Məktəbdə şagirdlərin iştirakı ilə mahnı və rəqs ansamblı fəaliyyət göstərmişdir.

Seyidli kənd orta məktəbinin 2018-ci ildə yaranmasının 95 illik yubileyi tamam oldu. Azərbaycanın neçə-neçə tanınmış övladları, elm və maarif xadimləri, səhiyyə işçiləri bu təhsil ocağının məzunlarıdır. Artıq 25 ildən çoxdur ki, Ağdam işğal altındadır. Əgər Qarabağın dilbər guşələrindən sayılan Ağdam xəyanətin qurbanı olmasaydı 25 ildə gələcəyin neçə-neçə tanınmış insanları da Seyidli kənd orta məktəbin məzunu ola bilərdi...

P.S.Məqalə “Qarabağın Seyidli oymağı” (I kitab, Bakı, 2017), “Ağdamda təhsil (1883-1993)” (I kitab, Bakı, 2018) adlı monoqrafiyalarım əsasında hazırlanmış, karabakmedia.az saytında çap olunur. Müəllifin icazəsi olmadan bu məqalə başqa Kütləvi İnformasiya Vasitələrində çap edilə bilməz.

Orxan Zakiroğlu (Baharlı)












SON XƏBƏRLƏR
İlham və Fərizə: əsl sevgi və sədaqət salnaməsi
20 Yanvar şəhidlərinin 29-cu ildönümü anılır
Həcərin nəticəsi: "Nənəm erməniyə ərə gedə bilməzdi..."
“Dövlətqaçqınkom”un 100-ə yaxın əməkdaşı qan verdi - FOTOLAR
“Vətənin ən qəhraman övladları və onların ailələri qarşısında baş əyirəm” - Amerika ordusunun azərbaycanlı polkovniki
Heçmi əlləri titrəmədi?
İranın Qarabağ məsələsinə yanaşması dəyişir?
Günay Rəhimbəylidən Qarabağ atları ilə bağlı - SOS
Ukrayna Rusiya ilə 49 sənədi ləğv etdi
Deputat: Ölümə ən çox ürək-damar xəstəlikləri səbəb olur
“Gördün... Elmira Qafarova kişi qızıdır”
Şəhid Fərid Əhmədovun doğum günüdür
Artıq müalicə üçün İrana getməyə ehtiyac yoxdur! - VİDEO
Polad Bülbüloğlu: "Bu il Qarabağla bağlı konkret addımlar atılacağına ümidvarıq"
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə AKİMOVA yazır
Muğam sənətinin inkişafı ilə bağlı addım atılacaq
Dörd saat söhbət, dörd kəlmə söz, dörd qəpiklik inam
OPEC Azərbaycanda 2019-cu ildə neft hasilatına dair proqnoz dərc edib
Yaxın Şərqdə xain plan: "Böyük Ermənistan", "Böyük Kürdüstan" və "Böyük İsrail"
Qasırğa və çovğun hanı? – Nazirlik vaxt dedi
Xəzərdə dalğanın hündürlüyü 5,3 metrə çatıb
Bakı Nəqliyyat Agentliyində TƏYİNAT
Ramil Usubov daha bir rəisin yerini dəyişdi
Skiflər, saklar, massagetlər, talışlar və azərilər
Azərbaycanla Rusiya arasında bir sıra ikitərəfli sənədlər təsdiqləndi
Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması üzrə razılığa gəlinib”
Sergey Lavrov Azərbaycan-Rusiya münasibətlərinə dair mühüm mesajlar verdi
Suriyanın paytaxtı Dəməşqə güclü qar yağıb
Putinə qarşı sui-qəsdin qarşısı alındı
"Struktur islahatları idarəetmədə çevikliyin daha da artırılmasına xidmət edir"