Qarabag Media
Haqqımızda Əlaqə

"Üç gün ərzində Yuxarı Laçınadək irəlilədik" — Qərargah rəisinin müharibə xatirələri


Tarix:27-12-2018, 15:09 Kateqoriya:Manşet / Qarabağ

"Üç gün ərzində Yuxarı Laçınadək irəlilədik" —  Qərargah rəisinin müharibə xatirələri

"Yaxşı komandir olma bacarığı hər zabitdə olmur. Tahir yaxşı zabit olmaqla yanaşı, həm də bacarıqlı komandir idi".

Karabakhmedia.az saytı 811 saylı Laçın dağ-atıcı alayının komandiri olmuş mərhum Tahir Süleymanovla bağlı qərargah rəisi polkovnik-leytenant Rafiq Nağıyevin xatirələrini sizə təqdim edir:

1992-ci ilin martın axırlarında nazirlikdən ezamiyyətdən qayıdanda növbətçi məruzə etdi ki, hissəmizə yeni zabit gəlib. Tanış olduq, Süleymanov Tahir Süleyman oğlu. Kazan Ali Tank Məktəbini bitirib. Komandir Arif Paşayev Tahiri əmrlə mexanikləşdirilmiş batalyona komandir təyin etdi. Əslində ştatda elə batalyon yox idi. Laçında olan rus qoşun birləşmələri ərazini tərk edərkən onlardan yarı güc, yarı pul (bizə ayrılan əmək haqqından imtina edib silah, texnika alınmasına sərf etdik) vasitəsilə aldığımız tank və ztr -lərlə batalyon yaratdıq. Tahir gecə-gündüz bilmədən RTS-in həyətində texnikalara baxış keçirir, xarab olanları təmir edirdi. Bu işdə ona Dadaş Səmədov kömək edirdi. Üç tankdan ikisi və yeddi ZTR hazır vəziyyətə gətirildikdən sonra çayda texnikaların köməyi ilə geniş təlim keçirdik. Buna baxmayaraq, texnikaların ehtiyyat hissələri olmadığından çətinlik çəkirdik. 1992-ci ilin mayın 15-16-17-si ermənilərin hücumlarının dəf olunmasında T.Süleymanovun böyük rolu olub. Laçının işğalından sonra Güləbird kəndində yerləşərkən Müdafiə naziri tərəfindən ləğv edilmiş 811- saylı hərbi hissəyə elə həmin nazirin əmri ilə b/l-nt T.Süleymanov komandir təyin olundu. Dəfələrlə Müdafiə Nazirliyinə təminat cəhətdən kömək barədə müraciət etsək də, dedilər belə hərbi hissə yoxdur. Bütün bunlara baxmayaraq, Laçının cənub sərhədlərini müdafiə etməkdə davam edirdik. İyul ayında hüquqi cəhətdən olmayan h/h-yə Baş qərargah rəisinin 811- saylı Laçın alayının marş edərək Kəlbəcər istiqamətindən Laçının şimalına keçmək barədə sərancamı bizə təqdim olundu. Tahir sərəncama əsasən xəritə üzərində hərəkət marşrutunu qeyd etdi. Nizamnamə və təlimatlara uyğun olaraq marş keçdik. Ərazi kəşf ediləndən sonra mövqelər müəyyənləşdi. Hər bir zabit savadli ola bilər, ixtisasının bilicisi ola bilər, ancaq yaxşı komandir olma bacarığı hər zabitdə olmur. Tahir yaxşı zabit olmaqla yanaşı həm də bacarıqlı komandir idi. Alayımızda olan əksər zabitlər Tahirdən yaşlı olmaqlarına baxmayaraq, hamı onun əmr və tapşırıqlarını canla- başla yerinə yetirirdi. Mənə isə öz müəllimi kimi baxırdı. Mən ona nəyisə hərbi qayda ilə məruzə edəndə deyirdi: "Rafiq müəllim, xahiş edirəm mənə şagirdiniz kimi müraciət edin". Hər hansı bir əməliyyat planın hazırlayanda mütləq mənimlə məsləhətləşərdi.

9 sentyabr 1992-ci ildə axşam çağı Gəncədən korpus komandirindən hücum əmri aldıq. Əmrə əsasən sentyabrın 13-ə kimi soldan Fingə kəndi, mərkəzdən İpək 1, İpək 2, sağdan Ayıbazarı istiqamətində hücum edərək Sarıbaba və Laçının Fərraş kəndi ilə Şuşanın Xanallı kəndləri arasındakı adsız yüksəklikləri almaq göstərilirdi. Tahir, mən, müavin İldrım Aslanov və Nuşirəvan Nəsirov əmrin necə yerinə yetirmək barədə müzakirə apardıq. Bu bizim birinci rəsmi döyüş əmriydi. Əmr mütləq yerinə yetirilməliydi. Tahir məqsədini bildirdi. Biz elə etməliydik ki, az itki verərək döyüş əmrini yerinə yetirək. Əmr yerinə yetirildi. Bir döyüşçümüz şəhid oldu. 30 sentyabr 1992-ci ildə komandir Tahir Süleymanov, mən, Nuşirəvan Nəsirov, istehkam tağım komandiri Ə.Rüstəmov və döyüşçü S.Süleymanov Sarıbaba dağına çıxdıq. Dağdan bütün ərazi əl içi kimi görünürdü. Ermənilərin Yığın Seyidləri körpüsü adlanan yerdə PDM-i vardı və 8 nəfər erməni samovar qaynadırdılar. Bu zaman Laçın istiqamətində ermənilərin iki üstü çadırlı ZİL 131 maşını həmin istiqamətdə hərəkət edirdi. P-k Niçepurenkaya körpünün kordinatlarını verdim. Maşınların körpüyə yaxınlaşması zamanı açılan artilleriya atəşi nəticəsində körpü dağıldı, zilin biri yuvarlanaraq dərəyə düşdü. Tiğik əməliyyatından əvvəl Tahir dedi ki, gedək Mudrakın yanına onda mühüm silahlar var, çalışaq alaq. Mudrak "Şmel 1" və "Şmel 2" müqabilində bizdən iki baş erkək qoç istədi. Nəsirov vertalyotla Kəlbəcərə çörək dalınca uçanda, qayıdan zaman dağda vertalyotu qoyun sürüsünün yanına eniş edib və vəkələtnamə ilə çobandan iki qoyun alır. Hücum zamanı "Şmel 1"-i mən, "Şmel 2"-ni Tahir istifadə etdi. Mən Tığiyin arxasında olan ehtiyyat canlı qüvvəni, Tahir isə PDM- i vurdu. Üç gün ərzində Qarıkaha və Yuxarı Laçınadək irəlilədik. Tahir həmişə yuxarı komandanlıq tərəfindən verilən bütün əmr və tapşırıqları vaxtında yerinə yetirməyə can atırdı. Bir dəfə Ərdəşəviyə, briqadanın qərargahına getdim. Birinci mərtəbədə avtomatı təhvil verib yuxarı qalxdım. Qapı yarı açıq idi. Qapıda buşlatımın düymələrini bağlayanda içəridən Qənizadənin səsi gəlirdi. O, T.Məmmədova dedi ki, "gəl laçınlıları göndərək Laçına. Əminəm onlar Laçını alacaqlar. Bizim adımız yaxşı olar. Ölərlər də özləri bilər". Tahiri telfonla çağırdı. İçəri girmədən tez geri qayıtdım. Yolda Tahirlə rastlaşdım. Vəziyyəti ona dedim. Tahir çox qorxdu. Dedi gəl birlikdə gedək. Dedim yazılı əmr istə. Dedi siz (mənə həmiş siz deyə müraciət edirdi) yanımda olmasanız əmrə etiraz edə biməyəcəm. Birlikdə getdik. Qənizadə Laçına hücum barədə şifahi əmr verdi. Dedim yazılı verin. Dedi ki, polkovnik sizə əmr edir. Dedim yazılı. Məni çölə çıxarmaq istəyəndə Tahir etiraz etdi. Dedi yoldaş polkovnik, Rafiq Nağıyev məllimim olub. O, ölümə desə gedərəm, razı deyilsə, mən də razı deyiləm. Tahir ermənilərdən heç vaxt qorxmurdu, ancaq bizimkilərdən ehtiyat edirdi.
Uğurlu əməliyyatlarımızın hamısı Tahirin qətiyyəti sayəsində baş tutub. Allahdan Tahirə, İldırıma, Nuşirəvana və bütün şəhidlərimizə rəhmət diləyirəm.

Qeyd edək ki, 811 saylı Laçın dağ-atıcı alayı və yaxud Laçın alayı — Qarabağ müharibəsində Laçın rayonunda dislokasiya olunmuş hərbi hissə olub.

27 mart 1992-ci il tarixində Laçın ərazi özünümüdafiə batalyonunun bazasında yaradılıb. Laçın alayının ilk komandiri Arif Paşa, sonra isə Tahir Süleymanov, qərargah rəisi Rafiq Nağıyev olub.

"Üç gün ərzində Yuxarı Laçınadək irəlilədik" —  Qərargah rəisinin müharibə xatirələri

811 saylı hərbi hissəninn döyüşçüləri.
Fotodakılar: Soldan-sağa ön cərgədə Laçın Alayının komandiri Tahir Süleymanov və Mehriban xanım.
Soldan ayaq üstə Alayın qərargah rəisi Rafiq Naģiyev, Nazim Quliyev, Nuşirəvan Nəsirov.

Karabakhmedia.az
______________________________________________________________________________________________










SON XƏBƏRLƏR
İlham və Fərizə: əsl sevgi və sədaqət salnaməsi
20 Yanvar şəhidlərinin 29-cu ildönümü anılır
Həcərin nəticəsi: "Nənəm erməniyə ərə gedə bilməzdi..."
“Dövlətqaçqınkom”un 100-ə yaxın əməkdaşı qan verdi - FOTOLAR
“Vətənin ən qəhraman övladları və onların ailələri qarşısında baş əyirəm” - Amerika ordusunun azərbaycanlı polkovniki
Heçmi əlləri titrəmədi?
İranın Qarabağ məsələsinə yanaşması dəyişir?
Günay Rəhimbəylidən Qarabağ atları ilə bağlı - SOS
Ukrayna Rusiya ilə 49 sənədi ləğv etdi
Deputat: Ölümə ən çox ürək-damar xəstəlikləri səbəb olur
“Gördün... Elmira Qafarova kişi qızıdır”
Şəhid Fərid Əhmədovun doğum günüdür
Artıq müalicə üçün İrana getməyə ehtiyac yoxdur! - VİDEO
Polad Bülbüloğlu: "Bu il Qarabağla bağlı konkret addımlar atılacağına ümidvarıq"
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə AKİMOVA yazır
Muğam sənətinin inkişafı ilə bağlı addım atılacaq
Dörd saat söhbət, dörd kəlmə söz, dörd qəpiklik inam
OPEC Azərbaycanda 2019-cu ildə neft hasilatına dair proqnoz dərc edib
Yaxın Şərqdə xain plan: "Böyük Ermənistan", "Böyük Kürdüstan" və "Böyük İsrail"
Qasırğa və çovğun hanı? – Nazirlik vaxt dedi
Xəzərdə dalğanın hündürlüyü 5,3 metrə çatıb
Bakı Nəqliyyat Agentliyində TƏYİNAT
Ramil Usubov daha bir rəisin yerini dəyişdi
Skiflər, saklar, massagetlər, talışlar və azərilər
Azərbaycanla Rusiya arasında bir sıra ikitərəfli sənədlər təsdiqləndi
Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması üzrə razılığa gəlinib”
Sergey Lavrov Azərbaycan-Rusiya münasibətlərinə dair mühüm mesajlar verdi
Suriyanın paytaxtı Dəməşqə güclü qar yağıb
Putinə qarşı sui-qəsdin qarşısı alındı
"Struktur islahatları idarəetmədə çevikliyin daha da artırılmasına xidmət edir"