Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycanla Belarus arasında mühüm anlaşma: Birgə dərman istehsal edəcəyik


Tarix:27-12-2018, 11:54 Kateqoriya:Manşet / Tibb

Azərbaycanla Belarus arasında mühüm anlaşma: Birgə dərman istehsal edəcəyik

Azərbaycanda istehsal olunan dərmanların üçüncü ölkələrə də ixracı həyata keçirilə bilər.

"Birgə səylər vasitəsilə biz 2018-ci ildə, demək olar ki, Belarus və Azərbaycan arasında bütün sahələr üzrə əməkdaşlığın inkişafına nail olmuşuq". Sputnik Azərbaycan xəbər verir ki, bunu Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç 2018-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

"Bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasından 25 il ötür. Qeyd etmək istəyirəm ki, bu il Azərbaycan Prezidenti Belarusa səfər edib və Aleksandr Lukaşenko ilə görüşlər keçirib. Səfər olduqca zəngin və səmərəli keçib" - deyə səfir bildirib.

Onun sözlərinə görə, bu səfər zamanı 10-a yaxın sənəd imzalanıb ki, bu da ölkələr arasında qarşılıqlı əlaqələrin istiqamətini müəyyənləşdirir: "Azərbaycan və Belarus 2018-ci ildə beynəlxalq arenada bir-birini aktiv şəkildə dəstəkləyib. Azərbaycanın dost dəstəyi və anlayışı Belarus üçün olduqca önəmlidir və biz buna görə Azərbaycan tərəfinə minnətdarıq".

Axramoviç qeyd edib ki, Azərbaycan ilə Belarus arasında bu il ərzində ticarət dövriyyəsinin həcmi 400 milyon dollar olub: "Bu ilin aprel ayında Gəncə Avtomobil Zavodunda 10-cu traktor istehsal olunub. Artıq bu müəssisə tərəfindən istehsal olunan traktorların üçüncü ölkələrə satışı həyata keçirilir. Bundan əlavə, qeyd etmək istəyirəm ki, Gəncə Avtomobil Zavodunun Türkiyədə müəssisəsinin açılması planlaşdırılır".

"Belarusun investisiyaları hesabına Azərbaycanda farmokologiya məhsulları istehsal edən müəssisə açılması da planlaşdırılır. Burada ən son texnologiya və standartlara uyğun dərman preparatları istehsal olunacaq. Bu istehsalat müəssisəsində, xüsusilə onkoloji dərmanların hazırlanmasına diqqət ayrılacaq. Gələcəkdə Azərbaycanda istehsal olunan dərmanların üçüncü ölkələrə də ixracı həyata keçirilə bilər ki, bu da qeyri-neft sektorunun inkişafına öz töhfəsinin verəcək" - deyə diplomat vurğulayıb.

Səfir 2018-ci ilin Belarus ilə Azərbaycan arasında turizm əlaqlərinin inkişafı baxımından da uğurlu il olduğunu bildirib: "Böyük məmnuniyyətlə vurğulmaq istəyərdim ki, Azərbaycan vətəndaşları turizm məqsədi ilə Belarusa səfər edən xarici ölkə vətəndaşları arasında ilk beşlikdə qərarlaşıb".

Eldar Tanrıverdiyev










SON XƏBƏRLƏR
İmamoğlu İstanbulun bələdiyyə başqanıdır: Fərq 777 581 SƏS
Yollаr uzun-uzun — Turаnçılıq Dаvаsı
Əkrəm İmamoğlu İstanbul meri olacağına ümidlidir
NKVD-nin dəhşətli işgəncələri: qadınlar kişilərin kamerasına salınırmış, körpələrin dırnaqları çıxarılırmış
Tramp Tehranı yenidən hədələdi – “Hərbi müdaxilə planı masamdadır”
ATV-nin aparıcısı dövlət qurumunda vəzifəyə təyin olundu
Qara Qarayev prospektindəki yanğın yolun bir hissəsində hərəkət məhdudlaşdırılıb
“Böyük Ermənistan” xülyası və tarixi həqiqətlər
Millət vəkili Qaradağ rayonunda seçicilərlə görüşüb - FOTOLAR
Azərbaycan samboçusu ermənini məğlub edərək bürünc medal qazanıb
Səhiyyə işçilərinin də əməkhaqqı artırılacaq - Komitə sədri
Nazir Vilayət Eyvazov Qubada vətəndaşları qəbul edib
"Gürcüstanla Rusiya arasında gərginlik Azərbaycan müsbət heç nə vəd etmir" - Deputat
Sabiq MTN şefi insult keçirdi
NATO hesabat yaydı: Rusiya ilə müharibə ehtimalı var
Elmar Məmmədyarov: “Biz əhalini sülhə hazırlamalıyıq”
Mahir Abbaszadə seçicilərlə görüşdü - FOTOLAR
Stalinin müharibə xəbərinə ilk reaksiyası və 1418 gündən sonra Kremldə Qələbə şərəfinə qaldırılan qədəh
Modern Azərbaycan ailə modeli ilə bağlı maraqlı layihə
610,91 ton yaş barama təhvil verilib
Həmyerlimiz meksikalıları heyrətləndirdi- FOTO
Azərbaycan-Fransa hərbi əməkdaşlığında mühüm gəlişmə-birgə silah istehsalı
Tbilisidə etirazçılarla polis arasında qarşıdurma olub - YENİLƏNİB
Mehriban Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub - FOTOLAR
Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinə rəis təyin olunub
Mədət Quliyev müdafiə sənayesi naziri təyin edilib
Vilayət Eyvazov daxili işlər naziri təyin olunub
Ramil Usubov Prezident yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib
Nuru Paşanın Bakı və İstanbul türklərini evləndirmə təşəbbüsü - Bakıdan İstanbula göndərilən gizli məktub
Alim Nəbiyev növbəti döyüşünü Parisdə keçirəcək