Qarabag Media
Haqqımızda Əlaqə

Qaqauz türklərinin mövqeləri Moldovada möhkəmlənir


Tarix:26-12-2018, 00:01 Kateqoriya:Manşet / Türk dünyası

Qaqauz türklərinin mövqeləri Moldovada möhkəmlənirQaqauzya millət vəkili Köksal parlament seçkilərində hakim partiyadan namizədlər siyahısında ilk “onluqda” olacaq

Qaqauziya Məclisinin üzvü İvanna Köksal Moldovada gələn il keçiriləcək parlament seçkilərində Sosialist Partiyasından namizəd olub. Bu barədə məlumatı yerli mətbuat yazıb. Bildirilir ki, 2019-cu ilin 24 fevralında keçiriləcək seçkilərdə İ.Köksalın Moldova parlamenti üzvlüyünə sosialistlərin siyahısından namizəd olduğunu dekabrın 25-də prezident elan edib.

Qeyd edək ki, prezident İqor Dodon həm də Sosialist Partiyasının lideridir. Sosialistlərin namizədlərinin siyahısı elan olunmasa da, dekabrın 25-də prezident Dodon Qaqauzya ağsaqqalları ilə görüşdə parlament seçkilərində sosialistlərin əsas namizədlərini, yəni seçici siyahısındakı ilk “onluğu” açıqlayıb.

Prezident deyib ki, daha əvvəl vəd etdiyi kimi, partiyasının namizədlərinin ilk “onluğuna” Ağsaqqallar Şurasının təklif etdiyi namizədi daxil edəcək. Bu namizəd isə İvanna Köksal olub. Eyni zamanda prezident deyib ki, bu ilki partiya siyahısında namizədlərin üçdə biri azlıqların təmsilçiəri olacaq.

Qeyd edək ki, Qaqauziya təmsilçisinin hakim partiyanın seçki siyahısında ilk “onluqda” qatılması qaquz türklərinin Moldovada siyasi baxımdan mövqelərinin güclənməsinin nişanəsidir. Bu həm də qaqauzların hüquqlarının müdafiə olunması, siyasi və iqtisadi haqlar əldə etməsinə xidmət edəcək.

Qeyd edək ki, İvanna Köksal Türkiyədə Moldova-Türkiyə dostluq dərnəyinin sədri Rafet Köksalın həyat yoldaşıdır. Dərnək 1999-cu ildə təsis olunub. Dərnək Moldovada Qaqauziya bölgəsində bir sıra mühüm layihələrə imza atıb. R.Köksal tanınmış iş adamıdır, Türkiyə ilə yanaşı bir sıra xarici ölkələrdə telekommunikasiya layihələrini icra edib./Musavat.com/

Kənan










SON XƏBƏRLƏR
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"
Mnatsakanyan Məmmədyarovla danışıqların detallarını açıqladı
Toyu olacaqdı, özünü asdı
Urmiya gölünün qurumasını önləyən İLGİNC PLAN: Türkiyədən…
Ağ dəvə düzdə qaldı - II HİSSƏ
Azərbaycan istehsalı olan "Tufan" gəmisinin nümayişi olub
"Bunu etsək, Paşinyan bir də qələt edib, "Qarabağ Ermənistandı" deməyəcək..."
Azərbaycanlı general ABŞ donanmasında komandan təyin olundu
Məşhur “Adidas” şirkəti “Traxtur”a sponsor oldu