Qarabag Media
Haqqımızda Əlaqə

Kişi öləndə də vüqarla ölər…


Tarix:25-12-2018, 23:56 Kateqoriya:Manşet / Qəhrəmanlar

Kişi öləndə də vüqarla ölər…Şəhid mövzusunda yazmaq çətin olduğu qədər də şərəflidir. Çünki, yazdığın qəhrəmanı ətrafındakı insanlara tanıdır, onun keçdiyi ömür yolunu zərrə qədər də olsa, əbədiləşdirirsən.

Mən onun haqqında ilk dəfə lap çoxdan, məktəbli olanda yazmışdım. Onda da hisslərim çox qarışıq idi. Bilmirdim haradan başlayım, harda yekunlaşdırım. O, şəhid Cabbar Səməd oglu Cabbarovdur. O, mənim bibim oğlu (biz tərəflərdə mamaoğlu deyirlər) idi...

Hər zaman hazırda işğal altında olan kəndimizə gedəndə gülərüz çöhrəsi ilə özündən kiçik dayıoğlanlarını qarşılayıb, kəndin bu ayağından o ayağına qədər gəzdirərdi. İdmançı olduğunu sübuta yetirmək üçün çinarlıqda bəzi hərəkətlər də edərdi. Kəndin soyuq kəhrizlərində dağlardan sızılan o əvəzolunmaz suyu bizə daddırırdı ki, möhkəm olaq... Xatirələr elə də çox deyil... Arada olan yaş fərqi və müharibə onun haqqında yazdıqlarımı məhdudlaşdırır...

Hərbi xidmətini başa vurduqdan sonra Cabbar 1992-ci ildən polisdə xidmətə başlayır. Sonradan isə içində vətən eşqi döyünən yaşıdları kimi doğma torpaqlarının müdafiəsi uğrunda səngərə atılır.

İdmançı olduğu döyüş vaxtında da diqqətdən yayınmır. 1993-cü ildə Füzuli istiqamətdə gedən döyüşlərin birində təkbaşına düşmənin 4 BTR və çoxsaylı canlı qüvvəsini məhv edir. Döyüşçü yoldaşları da onun bu qəhrəmanlığını yada salırlar...

Cabbar həm də o vaxtlar ali məktəbdə qiyabi oxuyurdu. Dekabr ayında akademik məzuniyyəti var idi, təhsili üçün Bakıya getməyi öz vicdanına sığışdırmır və yenidən Füzuli istiqamətində qızışan düşmənin hücumuna sinə gəlmək üçün döyüşə atılır.

Döyüşə də elə gülərüzlə getmişdi. Sonuncu dəfə evdən çıxanda valideynlərinə bu şeiri səsləndirdi:

Kişilər əyilməz hər asan yerə,
Kişinin üzündə rəngi bir olar.
Kişilər əyilməz tufana-selə,
Kişi öləndə də vüqarla ölər.


Bu şeiri səsləndirib, son döyüşünə getdi... Və vüqarla da şəhid oldu... Artıq neçə ildir ki, valideynləri, doğmaları 1993-cü ilin dekabrın 26-da şəhid olan Cabbarı qürurla yad edir, onun 25 illik həyatına işıq salırlar... Göstərdiyi qəhrəmanlığa görə Cabbar Vətən Uğrunda medalı ilə təltif olunur...
Şəhidlər ölməz, Vətən bölünməz!

Mehman Telmanoğlu










SON XƏBƏRLƏR
Aqil Məmmədov Daşkəsən və Göygöldə məskunlaşan seçiciləri ilə görüşüb
Rusiyada yeni hökumətin tərkibi bəlli oldu - TAM SİYAHI
Cavid Qurbanov Qazaxıstanda bu razılaşmanı imzaladı
Rövşən Rzayev köçkünləri qəbul etdi
“Mən bu “əyilə-əyilə” fikrini aprel döyüşlərindən sonra səsləndirmişəm” – Elman Nəsirov
Rusiyanın yeni hökümətində iki müsəlman da təmsil olundu
Rəsulzadə və Nuru Paşa adına banknot buraxıldı-10 min... - FOTO - VİDEO
Dünya İqtisadi Forumunun Azərbaycanda regional mərkəzi yaradılır - Protokol imzalandı
Mahir Abbaszadə Abşeronda seçiciləri ilə görüşüb - FOTOLAR
Prezident İlham Əliyev Mixail Qusmanı təbrik etdi
Bu gün Zəlimxan Yaqubun doğum günüdür
Axısqa türkü olan komandir dünyasını dəyişdi – Xocalı batalyonuna başçılıq etmişdi
Deputatlığa namizədlərin seçki dairələri üzrə siyahısı açıqlanıb
Hikmət Hacıyev NATO rəsmisi ilə görüşüb
Türkiyədə böyük əməliyyat – Beş minə yaxın adam tutuldu
22 yaşlı gənc Fərid Məmmədovun UĞURLARI
Şadlıq evində tavan uçdu, ölən var
Özbəkistan Prezidentindən Rusiyaya qəti mövqe: “Avrasiya İttifaqına üzv olmayacağıq”
Qorxmaz Hüseynov bu rayonların vətəndaşlarını qəbul edəcək
Zakir Həsənovun Gürcüstana rəsmi səfəri başlayıb
Mahir Abbaszadə şəhid ailələri və məcburi köçkünlərlə görüşüb - FOTOLAR
Ərdoğan Haftarla danışıqlardan imtina etdi – SƏBƏB
ABŞ yeni silahını nümayiş etdirdi – VİDEO
Deputatlığa namizəd polkovnik Mehdi Mehdiyev Qobu və Saray qəsəbəsində görüşlər keçirib - FOTO
Prezident İlham Əliyev “Carlyle Group” şirkətinin həmtəsisçisi Devid Rubinşteynlə görüşüb
Türkiyədə 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı film çəkilib
Putin baş prokuroru istefaya göndərib
Məşhur rus generalı 20 yanvarda Bakını necə işğal etməsindən yazıb - I HİSSƏ
Siqaret çəkən futbolçular Azərbaycan millisindən qovuldu
Londonda 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd edilib