Qarabag Media
Haqqımızda Əlaqə

Qardaş xalqın tarixi – Alaş Orda


Tarix:25-12-2018, 17:22 Kateqoriya:Manşet / Türk dünyası

Qardaş xalqın tarixi – Alaş Orda

Qazaxıstanında ötən əsrin əvvəllərində yaradılan, milli maraqları özündə cəmləyən, qazax xalqına, ömrü az olsa da, azad, suveren dövlət bəxş edən Alaş Orda dövlətinin təsis olunmasından 100 ildən artıq vaxt keçir. Bununla bağlı Qazaxıstanın ölkəmizdəki səfirliyində Azərbaycan dilində nəşr olunan "Alaş Orda: Qazaxıstan dövlətçiliyinin formalaşmasında tarixin əhəmiyyəti" adlı elmi məqalələr toplusunun təqdimatı ilə müşayiət olunan tədbir də keçirilib. Oxucular üçün maraqlı olduğunu düşünüb bu şanlı, amma ömrü çox qısa olan qazax-türk dövləti ilə bağlı mılumat verməyi qərara aldım.

Öncə deyim ki, Alaş Orda 1917-1920 ci illər arasında qazax və qırğızların birgə hərəkatının və nəticədə elan etdikləri dövlətin adıdır. 1905-ci ildə Mustafa Çokay tərəfindən təşkil edilib "Hamımız Alaşın oğullarıyıq!" başlığı altında Daşkənddə baş tutan Türküstan Müsəlmanları Konqresində, nəcabətli ailələrdən olan qazax və qırğız rəhbərləri, eləcə də ziyalıları Alaş adı altında birləşib. Konqresin hədəfləri aşağıdakılar olub: 1. Türküstanda İslamı müasirləşdirmək; 2. Qazax və qırğızların ənənəvi köçəri mədəniyyətini təkrarən sərbəst şəkildə yaşaya bilmələri üçün şərait yaratmaq (yəni çar Rusiyasının köçəriləri konkret ünvanda məskunlaşdırma siyasətini əsas tutan qanunların qüvvəsini dayandırmaq); 3. Türküstan bölgəsində məskunlaşmış rusları öz torpaqlarına göndərmək və sair.

Ümumiyyətlə, Alaş Hərəkatı Türküstan Müsəlmanları Komitəsi ilə möhkəm ortaqlığa malik olub. Eləcə də, Osmanlıda qurulan Jön Türklər hərəkatı və Mirseyid Sultanqalievin rəhbərlik etdiyi Türk-Tatar Komitəsi ilə əməkdaşlıq edib. 1912-ci ildə Alaş hərəkatı Alaş Partiyasını yaradıb ki, bu siyasi təşkilata Mustafa Çokayla bərabər qırğız mənşəli Əbdülqafar və Amangəldi İmanov qardaşları, eləcə də hökmdar titulu almış Əlixan Bukeyxanov da üzv olublar. Mənbələrə əsasən, Bukeyxanov partiyanın ən sözükeçən şəxslərindənmiş və partiyanın təməl ünsürləri də onun tərəfindən təyin olunub. Çünki, Bukeyxanov Dövlət Dumasının üzvü və parlamentdə rusların sosialist-inqilabçı qrupuna yaxın olan fraksiyaya mənsub idi. Alaş Partiyası da türkçü mövqeyi ilə tanınıb və Rusiya İmperiyasında yaşayan türk xalqlarının birləşərək Böyük Turan dövlətini qurmasını müdafiə edib. Bu illərdə Bukeyxanov özünü birbaşa Çingiz xanın, İmanov qardaşları isə qoja olaraq özlərini Məhəmməd ibn Abdullahın varisləri hesab edib.

Alaş Orda adının mənası nədir? Qazaxıstan tərəfinin rəsmi açıqlamasına görə, Alaş adı qazaxların əsanəvi babaları sayılan Alaş Xandan qaynaqlanır. Alaş kəlməsinin mənası isə qazax türkləri arasında Uran (parol) olaraq istifadə edilir. Eyni zamanda, Orta Asiya türklərinin dilində Alaşa – at mənasını verir. Məsələn, Alaş Orda – Atlı ordusu deməkdir.

XX əsrin əvvəllərində Alaş Orda muxtariyyətini quran qazax aydınlar ümumilikdə milli azadlıq və suverenlik hərəkatının bayraqdarları hesab olunurlar. Hətta yeri gəldikcə Alaş Orda bütün Rusiya imperiyası içindəki türk-müsəlman azadlıq hərəkatlarının bir parçası olaraq göstərilir. Bu səbəbdən də Moskva Alaş Ordanın fəaliyyətini dayandırmaq üçün daha ciddi çalışıb.

Qardaş xalqın tarixi – Alaş Orda

Yeri gəlmişkən, Alaş Orda dövlətinin sırf türkçülük idealogiyası üzərində qurulduğunu onun özü kimi az yaşayan himninin sözlərində də görmək mümkündür. Baxaq:

Kökümdəki atam ər Türk,
biz Qazax eliyik.
Sərin dağ, çalxanan göl,
Sararka (dağ) yerimiz.
Vadi aşıb, mal sürüb,
seyran edib, sərbəst yaylalanıb,
Arkanın (dağ) azad böyüyən ərköyünü,
sahibiyik.
Turanda azad gəzən,
biz Türkün əriyik...


1917-ci ilin noyabrında Orenburqda keçirilən II Qazax Ümumi Konqresində, sadəcə üç il yaşayacaq, 15-i qazax, 15 nəfəri isə başqa xalqlardan olmaqla yaradılması düşünülən Alaş Orda muxtariyyət hökuməti qurulub. Amma Rusiyanın siyasi və hərbi təzyiqləri təsirini göstərməkdəydi. Bu mübarizədə tək qalaraq anti-bolşevik qüvvələrlə əməkdaşlıq etməyin mənasız olduğunu anlayan Alaş Orda liderləri mərhələli şəkildə yeni qurulmuş sovet sisteminə inteqrasiyaya başlayıblar. Nəhayət, 1920-ci ilin yazında Alaş Orda dövləti tam süquta uğrayıb. Hərəkatda yer alan yenilikçi və yaxşı təhsilli qazax ziyalılar 1927-1928-ci illərdə həps olunaraq “Sovet düşməni”, “Xalq düşməni” və sair ittihamı ilə edam olunublar.

Bu yerdə bildirək ki, qazax aydınlar dövlətin süqutundan əvvəl Rusiya Federasiyası tərkibində muxtariyyət tələb ediblər. Çünki onlar güclü və silahlı rus ordusunun qarşısında qardaş qanının axmasını istəmirdilər. Nəticədə 1917-ci ildə bu məzmunlu müraciətlərini Rusiya rəhbərliyinə ünvanlayıblar. Amma ruslar daha da irəli gedərək onlara muxtariyyət yox, sadəcə yerli idarəçilikdə imtiyazlar verəcəklərni bildiriblər. Təbii ki, ziyalılar bununla razılaşıb. Axı başqa yol da qalmamışdı: Rusiyanın bu imtiyazını qəbul etməklə onlar qazax xalqının varlığının davam etməsi və qazaxların assimilyasiyaya uğramaması üçün milli mədəniyyətlərinin, məişət və incəsənətinin səviyyəsini yüksəltmək məqsədindən çıxış ediblər. Buna haqları da vardı. Çünki onlar siyasətçidən daha əvvəl ziyalı, pedaqoq və şair idilər. Hətta Alaş Orda süquta uğrayandan sonra da onlar bir müddət müəllim, şair, jurnalist, elm adamı və sair kimi fəaliyyətlərini davam etdiriblər.

Bu dövrdə qazax aydınları “Serke”, “Kazakstan”, “Kazak” və sair adda qəzetlər, “Aykap” jurnalı yayımlayaraq öz fikir və ideyalarını xalq kütləsinə təbliğ etməkdəydilər. Eləcə də müasir qazax ədəbiyyatının klassikləri olan Mirjakip Duvlatov və Əlixan Bukeyxanov da qazax özünüdərk prosesində böyük rol oynayıb. Bukeyxanov isə qazaxların mədəni və sosial həyatındakı islami təsirləri qəbul eləsə də, rus mədəniyyətinin yaxşı tərəflərindən faydalanmağı da istəyirdi. Onun vaxtilə dediyi “Gözlərimiz Qərbdədir. Rusiyanın vasitəçiliyi ilə onların mədəniyyətini öyrənmək istəyirik” sözlərini hələ də hər kəs xatırlayır. Buna baxmayaraq, bu yazar qazax milli ənənələrinin tam qorunub saxlanılmasının qatı tərəfdarı idi.

Qardaş xalqın tarixi – Alaş Orda

Güclü qazax milli şüuruna sahib Duvlatov da inanırdı ki, bütün xalqlar birlikdə yaşayaraq öz milli kimliklərini sakit və israrlı şəkildə inkişaf etdirə bilərlər. Onun mövqeyi beləydi ki, qazaxlar sadəcə özlərinə qapanmamalı, Qərb və rus mədəniyyətinin xeyirli tərəflərindən bəhrələnməlidirlər. Mirjakıp Duvlatovun misralarında Alaş hərəkatı lirik və dramatik bir həssaslıqla özünə yer alan “Oyan” şeirində özünü aydın göstərir:

Gözünü aç, oyan Qazax, qaldır başı
Keçirmədən qaranlıqda boşuna yaşı,
Torpaq getdi, din zəifləyib xal-xarab olub,
Qazağım, indi yatmaq olmaz ki…


Tarixdə heç nə unudulmur və Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin dediyi kimi, “Bir kərə yüksələn bayraq bir daha enməz”. Alaş Orda da 1980-ci illərin sonunda eyni adda partiya şəklində yenidən meydana çıxıb və insanların hafizəsində müstəqillik arzularının canlanmasında və reallaşmasında rol oynamağa başlayıb.

1988-ci ildə SSRİ-nin dağılmasından sonra bir çox qazax və qırğız ziyalı “Azad” və “Aşar” hərəkatlarına qatılaraq Alaş Milli Azadlıq Partiyası adında yeni bir millətçi müsəlman partiya yaradıblar. 1994-cü ildə Alaş Partiyasının fəaliyyəti qatı millətçi idealogiyasına görə yasaqlanıb. Ona görə də partiyanın bir çox üzvü Azad Hərəkatına qoşulub. Ancaq daha millətçi olan qazax və qırğız üzvlər Aşar adlı yeni bir millətçi partiya qurub. Hansı ki, həmin partiya günümüzdə parlament seçkilərinə qatılır və mandat qazanır. Partiyanın Qırğızıstandakı qolu isə siyasi-ictimai müstəvidə fəaliyyətini güclə həyata keçirir.


Vüsal Tağıbəyli










SON XƏBƏRLƏR
Mehriban Əliyeva Rusiyaya rəsmi səfərə getdi
Azərbaycan əhalisinin sayı açıqlandı
4 rayonda "ASAN Xidmət" açılacaq
"Bu variant üzərində işləyək" – Paşinyandan Qarabağ təklifi
Əfqan Abdullayev Təhsil Nazirliyində yeni vəzifəyə təyin edilib
Həssas qruplardan olan uşaqlara göstərilən xidmətlərə həsr edilmiş tədbir keçirilib
“Qoy məni öldürsünlər, dörd yerə parçalasınlar, amma qanunlar işləməlidir, bəsdir artıq...”
Ölümə doğru uçuş, göz yaşı tökdüyü yerdə qazılan məzar – Şəhid ziyalılarımız
Milli Qəhrəman Əliabbas İsgəndərovun doğum günüdür
Hakimiyyət qorxuya düşüb – “Traxtur” komandasının Təbrizdə keçirəcəyi görüş ləğv olunub
İsrail Suriyada 20-dən artıq hədəfi vurdu
İsgəndər Həmidov siyasətdən getdi: “Daha yaşlanmışam...”
AVRO-2020: Azərbaycan yığması son matçda da uduzdu - YENİLƏNİB
Qarakənd faciəsindən 28 il ötür
Bu il Azərbaycanda 12 mindən çox ailə dağılıb
Nazarbayevin qızının Sərkisyan sevgisi... (ŞƏRH)
Mina Abbasova 312 gimnast arasında 2-ci yerə çıxdı
Azərbaycanla Qazaxıstanı birləşdirəcək TransXəzər optik magistralının tikintisinə başlanıldı
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTOLAR
Prezident bu avtomobil yolunun yenidən qurulması ilə bağlı sərəncam imzaladı
"Kimdi bu qəribdən küsüb inciyən" — Sevinc Qəribin şeirləri
Lukaşenko oğluna vəzifə verdi
"Etimada görə təşəkkür edirəm" - İbrahim Məmmədov
DİN polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
Türk nazirdən TANAP-la bağlı AÇIQLAMA
Novruz Məmmədov yeni vəzifəyə təyin olunub
Erkən ölümə nə səbəb ola bilər?
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
Yupiterin peykində nəhəng su ehtiyatı tapılıb – NASA tədqiqatları davam etdirir